Ərəb dövlətləri İsraillə niyə dostlaşır? Ekspert açıqladı

Müsahibələr 22:46 14.09.2020

11 sentyabrda ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) sonra daha bir Körfəz ölkəsi Bəhreynin İsrail ilə münasibətləri normallaşdırmaq üçün razılığa gəldiyini açıqladı. Bəhreyn Kralı Bin İsanın, Trampın dəvəti ilə İsrail və BƏƏ arasında əldə edilmiş razılığın 15 sentyabr tarixində Ağ Evdə keçiriləcək rəsmi imza atma mərasiminə qatılacağı bildirildi. 

Eurasia Diary mövzu ilə əlaqədar Türkiyənin Orta Şərq Araşdırmalar Mərkəzinin (ORSAM) Fələstin/ İsrail Araşdırmaları üzrə eksperti Haydar Oruçdan müsahibə alıb.

Körfəz ölkələri niyə illər sonra mövqelərini dəyişərək İsrail ilə yaxınlaşdılar? Bu yaxınlaşma İsrail-Fələstin münaqişəsinin həllinə necə təsir edəcək?

- Körfəz ölkələrinin İsrail ilə örtülü şəkildə olsa da əlaqələri artıq mövcud idi. Bunu xüsusən də Körfəz ölkələri rəsmilərinin İsrail-BƏƏ münasibətlərinin normallaşması sazişindən sonra verdiyi açıqlamalardan başa düşmək olur. Keçmişdə Səudiyyə Ərəbistanından başqa digər Körfəz ölkələrindən heç birinin İsrail ilə düşmənçiliyi yox idi. 1970-ci illərdən bəri müstəqillik əldə etməyə başlayan Körfəz ölkələrinin daha öncə baş verən Ərəb-İsrail müharibələrində tərəf olmadıqlarını nəzərə alsaq, bu normallaşmaların o qədər də tarixi olmadığı anlaşılacaq.

Bundan əlavə, bu ölkələr, xüsusilə ABŞ-ın bölgədə mövcudluğundan - 1991-ci ildəki I Körfəz müharibəsi və sonra 2003-cü ildə İraqın işğalından bəri, ABŞ-ın təhlükəsizlik çətirinin altındadırlar. Bütün Körfəz ölkələrində ABŞ və / və ya digər Qərb ölkələrinin bazaları olmaqla yanaşı, demək olar ki, hər sahədə, xüsusən də enerji sahəsində investisiyaları var. Ancaq Obamanın rəhbərliyinin II dövründən ABŞ diqqətini Çinin artan təsirinə və bunun qarşısını almaq üçün atdığı addımlara yönəltməsilə ABŞ-ın böyük strategiyasında Orta Şərqin əhəmiyyəti azalmağa başladı. Xüsusilə, ABŞ-ın özünü təmin etməsi və hətta ixrac etməsi üçün yetərli həcmdə neft və təbii qaz ehtiyatlarının aşkar edilməsilə, Yaxın Şərqdəki enerji qaynaqlarına əvvəlki illərdə göstərdiyi marağı itdi.

Körfəz ölkələri üçün digər bir mühüm dövr Ərəb Baharı zamanı yaşandı. Xalq hərəkatlarını hakimiyyətləri üçün təhlükə görən monarxiyalar çarəni diktatorlara və çevrilişlərə dəstək verməkdə gördülər. Təəssüf ki, bu müddətdə, insan haqlarının davamlı pozulmasına baxmayaraq, ABŞ başda olmaqla demək olar ki, bütün qərb ölkələrinin bu dövlətlərə dəstək verdikləri müşahidə edildi. Xüsusilə, Misir və Tunis kimi ölkələrdəki olaylardan sonra, bölgənin digər ölkələrində buna bənzər proseslərin yaşanmaması üçün ciddi müqavimət göstərildi və digər islamçı hökumətlərin qarşısını almağa çalışdılar.

Sonrakı dövrdə ABŞ-ın bölgədən tədricən çıxmasına baxmayaraq, 2015-ci ildə başda İsrail olmaqla Körfəz ölkələrinin bütün etirazlarına rəğmən İranla imzalanan nüvə anlaşması bölgədəki ölkələrin regional ittifaqlarında da köklü dəyişikliklərə səbəb oldu. Bunlar Körfəz ölkələrini, regional təsirini artıran və tərəfdaşları vasitəsilə bütün bölgədə mövcud olan İran təhdidinə qarşı İsrail ilə eyni ittifaqda birləşdirdi.

Tramp prezident seçildikdən sonra tamamilə fərqli bir proses başladı. O vaxtdan bəri bölgədə baş verənlər, hadisələrin İsrailin istədiyi istiqamətdə getdiyini göstərdi. Trampın sözdə əsrin planına yönəlik cəhdləri Körfəz ölkələrini İsrailə daha da yaxınlaşdırıb və hətta onları bu planın tərəfdarlarına çevirib. Bu yeni dövrdə Körfəz ölkələri Trampın məntiqsiz siyasətlərindən zərər görməmək və İsrailin ABŞ rəhbərliyinə təsiri sayəsində İranın qarşısının alınmasından faydalanmaq üçün İsrail ilə daha yaxın əməkdaşlığa başladılar.

Körfəz ölkələri başda olmaqla ərəb dövlətlərinin həm maraqlarından dolayı, həm də hakimiyyəti itirmək qorxusu səbəbilə ABŞ-ın regional dizaynına qarşı çıxa bilməməsi ən çox Fələstinlilərə təsir etdi. Tarixən bölgə ölkələrindən həm siyasi, həm də iqtisadi dəstək alan Fələstin üçün yeni mərhələ bu dəstəyin azaldığı və ya dayandırıldığı bir dövr olaraq tarixə düşdü. Qüdsə dair qərar verildikdən və ABŞ səfirliyi beynəlxalq hüquqa zidd olaraq Təl-Əvivdən Qüdsə köçürüldükdən sonra İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Birliyi tərəfindən bu hərəkətləri qınayan və qəbul etməyən qərarlar verilsə də, bölgə dövlətləri buna münasibət göstərmədi. Bu səbəbdən Fələstin məsələsi ərəb məsələsi olmaqdan çıxaraq yalnız bəzi ölkələrin həssaslıq göstərdiyi problemə çevrildi.

Körfəz ölkələrinin Fələstin məsələsinin həllini şərtləndirmədən İsrail ilə münasibətlərini normallaşdırmağa başlamaları da önümüzdəki illərin fələstinlilər üçün daha pis olacağını göstərir. Fələstin məsələsinin bir ərəb və İslam məsələsi kimi fələstinlilərin xeyrinə həll olunmadığını nəzərə alsaq, ərəb həssaslığı olmayan bir problemdə gedişatın tamamilə İsrailin lehinə çevrilməsi gözlənilməz olmayacaq.

BƏƏ və Bəhreynlə imzalanacaq müqavilənin arxasında Səudiyyə Ərəbistanı və Donald Tramp durur. Tramp ilk xaricə səfərini Səudiyyə Ərəbistanına etdi və indi də yəhudi lobbisinə verdiyi vədə əməl edir. Bu əməkdaşlıq Səudiyyə Ərəbistanına, ABŞ-a və İsrailə nə verdi?

- BƏƏ-nin İsrail ilə münasibətlərinin normallaşmasının domino effekti yaradaraq bölgənin digər ölkələrinin də İsrail ilə əlaqələrinin normallaşmasına səbəb olması gözlənilən idi. Ancaq BƏƏ-İsrail razılaşmasından sonra bölgəyə səfər edən ABŞ Xarici İşlər naziri Pompeonun bu mövzuda müsbət cavab almadığı və bu müddətin bir az uzanacağı gözlənilirdi. Ancaq noyabr ayında keçiriləcək ABŞ prezident seçkiləri üçün yəhudi lobbisinin və evangelistlərin dəstəyini almaq istəyən Trampın bu ölkələri gözləmək niyyəti yox idi. Daha öncə Qaşıqçı cinayəti kimi sensasiyalı hadisələr səbəbiylə hüquqi cəhətdən ABŞ-ın dəstəyinə ehtiyac duyan Körfəz ölkələrinin bu təzyiqə qarşı çıxması mümkün deyildi.

Trampın BƏƏ-dən sonra Bəhreynin İsrail ilə münasibətlərinin normallaşacağını elan etməsi də bu əlaqəni göstərir. Ancaq unutmamalıyıq ki, BƏƏ-dən fərqli olaraq, Bəhreyn Səudiyyə Ərəbistanından daha çox asılıdır və Səudiyyə rəhbərliyinin icazəsi və təsdiqi olmadan belə bir qərar verməyəcək. Bu səbəbdən Bəhreynin İsrail ilə münasibətlərini normallaşdıracağını elan etməsi dolayısı ilə Səudiyyə Ərəbistanının da niyyətini göstərir. Bundan əlavə, Təl-Əvivdən havaya qalxan və ABŞ və İsrail heyətlərini daşıyan El Al təyyarəsinin Səudiyyənin hava məkanından istifadə edərək BƏƏ-yə uçması da bunu göstərir.

Hazırda ABŞ prezidenti Tramp, İsrail ilə bölgə ölkələri arasındakı münasibətləri normallaşdıraraq İsrailin yetmiş illik arzusunu reallaşdırdı, beləliklə seçkilərdə yəhudi lobbisinin dəstəyini və növbəti müddət üçün hakimiyyətdə qalmasını təmin etməyə çalışır. Bundan əlavə, bölgədəki təsirlərini artıran Rusiya və Çinin qarşısını almaqla bölgə dövlətlərini birbaşa olmasa da, İsraillə tərəfdaşlığı sayəsində öz təhlükəsizlik çətirinin altında saxlamağa çalışır.

Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn başda olmaqla İsrail ilə münasibətlərinin normallaşması gözlənilən digər ölkələr İran təhdidinə qarşı geniş bir ox yaradaraq özlərini sığortalamaqla, antidemokratik idarəetmələri nəticəsində məruz qalacaqları sanksiyalarından xilas olmağı təmin edir, terror təşkilatı saydıqları Müsəlman Qardaşlar kimi strukturların bölgədə aktiv olmasına əngəl olur və ABŞ-ın nəzarəti altında beynəlxalq sistemdə öz yerlərini tutmalarını təmin edirlər. Bununla yanaşı, Fələstin məsələsinin fələstinlilərin hüquqlarına və mənafelərinə uyğun olmayan şəkildə həll edilməsində sadəcə müşahidəçi olur və işğal olunmuş Fələstin torpaqlarındakı Məscidül-Əqsanın statusu ilə bağlı güzəştə gedirlər, hətta bunlara məhəl qoymurlar.

İsrail bundan ən çox faydalanan tərəfdir. Bölgədə İrana qarşı geniş bir ittifaq qurmağı bacarıb və qurulduğu gündən bəri özlərini düşmən olaraq tanıdıb görməzdən gələn ərəb ölkələri tərəfindən rəsmi olaraq qəbul edilməyə və hətta müttəfiq olaraq görülməyə başlayıb. İşğal etdiyi Fələstin ərazilərindəki suverenliyini ərəb ölkələrinə qəbul etdirib və Birləşmiş Millətlər Təşkilatı tərəfindən və 2002-ci il tarixli Ərəb Sülh Planında təklif olunan iki dövlətli həll planlarını etibarsız saymışdır. Son hadisələrlə fələstinliləri ərəblərdən ayıraraq daha asanlıqla udulacaq tikəyə çevirib.

Bölgədəki proseslər İsraili region dövlətlərinin gözündə ABŞ-a açılan qapı kimi qəbul edilməsinə və beləliklə strateji əhəmiyyətinin xeyli artmasına səbəb olmuşdur. Ancaq bölgədəki yeni statusuna görə ABŞ-a, daha çox isə Trampa borclu olan İsrail üçün bu müddətin nə qədər davam edəcəyi məlum deyil. Baydenin ABŞ seçkilərindən sonra prezident olacağı təqdirdə İsrailin bölgədəki mərkəzi mövqeyini qoruyub saxlaya biləcəyi məlum deyil. ABŞ-ın İsrailə dəstəyini davam etdirməsi gözlənilsə də, Obamanın ikinci dövründə İsraillə bağlı siyasətini xatırladıqda, demokrat prezidentin İsrailin bölgədəki mövqeyini qoruyub saxlamasını sual altında qoyduğu da yaddan çıxarmaq olmaz.

Gülnar Səlimova

Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO

Xəbər xətti

Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
10:38 19.03.2024
Xankəndidə xeyli silah-sursat tapılıb
10:35 19.03.2024
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
10:30 19.03.2024
FHN əhaliyə müraciət edib
10:22 19.03.2024
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
10:15 19.03.2024
Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA
10:06 19.03.2024
Azərbaycanda sosial problemlər həllini niyə tapmır? - Natiq Cəfərli və Tural Abbaslı ilə MÜZAKİRƏ
10:00 19.03.2024
Rusiyanın Ukrayna bufer zona yaratmaq planı
Rusiyanın Ukrayna bufer zona yaratmaq planı
09:51 19.03.2024
Bakıda qadın dəm qazından boğularaq ölüb
09:40 19.03.2024
Bayram günlərində təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq
09:33 19.03.2024
Sabunçu rayonunda marketin anbarında yanğın olub
09:31 19.03.2024
Pakistanda zəlzələ baş verib
Pakistanda zəlzələ baş verib
09:27 19.03.2024
Sabahdan Novruz tətili başlayır
09:19 19.03.2024
Səhiyyə Nazirliyi viruslarla bağlı əhaliyə müraciət etdi
09:16 19.03.2024
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
09:10 19.03.2024
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
09:00 19.03.2024
Rusiya bu təklifimizə "hə" desə... - ABŞ
06:58 19.03.2024
Sabah Avroparlamentdə Aİ-nin genişlənməsi müzakirə ediləcək
05:00 19.03.2024
Goranboyda mağazadan oğurluq olub
04:48 19.03.2024
Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı...
03:30 19.03.2024
Göyçayda kənd yolu əsaslı təmir olunub
02:29 19.03.2024
Aİ-dən BƏYANAT: Rusiyadakı seçkilər ciddi məhdudiyyətlər şəraitində keçirilib
01:00 19.03.2024
Şimali Koreya Rusiyaya 7 min konteyner silah göndərdi
00:11 19.03.2024
Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlanıb
23:45 18.03.2024
Avropa Sülh Mexanizminin maliyyə tavanı 17 milyard avrodan çox olacaq
23:24 18.03.2024
Attraksionlara nəzarət gücləndirildi
23:00 18.03.2024
İstanbul NS-də həkim səhlənkarlığı: qadın öldü
22:38 18.03.2024
Pakistan Əfqanıstanla sərhəd bölgələrində antiterror əməliyyatları keçirib
22:22 18.03.2024
"Neftçi" - "Spartak" matçının biletləri satışda
22:00 18.03.2024
NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
21:47 18.03.2024
Ciddi əlavə təsirləri aşkarlanan dərmanlar haqqında bildirişlərin göndərilmə vaxtı uzadılır
21:39 18.03.2024
"Qarabağ"ın baş məşqçisi cəzalandırılıb
21:22 18.03.2024
Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib
21:00 18.03.2024
Bakı Dəmiryol Vağzalında dəmiryolçular üçün göz müayinəsi aksiyası təşkil edilib
20:44 18.03.2024
Dərman vasitələrinə farmakonəzarət üzrə məlumat və hesabat sənədləri türk dilində təqdim ediləcək
20:22 18.03.2024
Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
19:57 18.03.2024
Hikmət Hacıyev: “Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var”
19:54 18.03.2024
Azərbaycan-İraq iqtisadi əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub
19:50 18.03.2024
Bərdədə it dişləyən azyaşlının SON VƏZİYYƏTİ
19:39 18.03.2024
Fransada fermerlər hökumət binaları qarşısına təkər yığıblar
19:20 18.03.2024
Hamısı