Türkiyənin dəstəyi Moskvanın Azərbaycanın irəliləməsini əngəlləməsinin qarşısını alır Paul Qobl

Müsahibələr 18:03 07.10.2020

Eurasia Diary Sovet İttifaqı və Rusiya üzrə ekspert, Amerikalı analitik Paul Qobldan hazırda Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasında gedən müharibə haqqında müsahibə alıb.

Qobl Amerika Birləşmiş Ştatları Dövlət katibi yanında Sovet milli məsələləri və Baltikyanı işləri ilə bağlı xüsusi məsləhətçi kimi xidmət etmişdir.

UAObserver: Paul Goble: Putin Can Deny But No Longer Conceal He's Invaded  Ukraine

Sentyabrın 27-dən bəri, Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasındakı hərbi münaqişələr Qarabağın bütün təmas xətti boyunca intensiv hal almışdır. Ciddi qarşıdurmalar və qarşılıqlı hücumlar nəticəsində hər iki tərəfdən hərbi və mülki şəxslər arasında böyük itkilər və ziyanlar var. Zəhmət olmasa deyin, Dağlıq Qarabağda hərbi münaqişələrin alovlanmasının əsas səbəbi nədir?

- Həm Bakı, həm də İrəvan, hər iki tərəfin bir-birini müntəzəm olaraq sınağa çəkməklə zaman itirirlər. Müəyyən bir məqamda,  tərəflərdən birinin digərini cavab verməyə təhrik edəcəyi qaçılmaz idi. Mənim fikrimcə, heç biri məsul hesab edilə bilməz, əksinə, son qığılcım ümumi vəziyyətdən yaranmışdır.
 
Rusiyanın Ermənistanı Azərbaycanla müharibədə tək qoyduğunu düşünürsünüz?

- Rusiya tərəflərdən heç birinin qazanmasını istəmir. Əminəm ki, zəif tərəf olan Erməmistana kömək edib, lakin bu dəstək İrəvanın gözlədiyindən xeyli azdır. Moskva fərq qoymamaq üçün daha çox silah göndərməli və ya birbaşa müdaxilə etməlidir ancaq bu hər keçən gün daha da çətinləşir.

Avqust ayında Azərbaycan və Türk hərbi birləşmələri, o cümlədən hava və quru qoşunları Azərbaycanda geniş miqyaslı birgə təlimlər keçirdi. Sizcə Azərbaycanın mənimsədiyi türk hərbi strategiyası Dağlıq Qarabağdakı əks-hücum əməliyyatlarında əhəmiyyətli rol oynayır?

- Türkiyənin dəstəyi Moskvanın Azərbaycanın irəliləməsini əngəlləməsinin qarşısını alır. Eyni zamanda, tarixi səbəblərdən Türkiyənin rolu ermənilərin narahatlığını daha da artırır və bir əsr öncəki hadisələrdən dolayı Qərbin çox hissəsinin İrəvanı dəstəkləməsini təmin edir.

Qarabağ müharibəsinin Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə başa çatmasını Cənubi Qafqazdakı mövcud inkişafları necə geri çevirə biləcəyini düşünürsünüz? Sizcə, Rusiya və Türkiyə Suriya və Liviya kimi bu bölgənin gələcəyini təyin edən güclü obrazlar ola bilərmi?

 - Erməni qüvvələrinin geri çəkilməsi ilə Azərbaycanın hərbi qüvvələri 1991-dəki Ermənistan sərhədlərinə qədər irəliləyə bilsələr belə, təkcə bunun sülhə aparacağını zənn etmirəm. Nə İrəvan, nə də Moskva bunu istəmir və buna görə də gələcəkdə bir məqamda yenidən nəzərdən keçiriləcək barışıqlarla dayandırılmış başqa bir münaqişə baş verəcəkdir. Önümüzdəki bir neçə ildə daha bir müharibənin baş verməməsi üçün çoxlu işlər görülməli olacaq.

- Qarabağ müharibəsi ilə, xüsusən də Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsi ilə bağlı İranın mövqeyi nədir?

-Eynilə İran da, heç bir tərəfin qalibiyyətini görmək istəmir, xüsusilə də Azərbaycanın qələbə çalacağından narahatlıq duyur. Bu halda, Tehranın istəmədiyi hadisələr baş verəcək, Cənubi Azərbaycandakı azərbaycanlılar Tehranla Bakı arasında yeni əlaqələrin yaradılması üçün təşviq olunacaqlar. 

- Sizcə, ABŞ-ın Qarabağ münaqişəsindən çəkilməsi Cənubi Qafqazdakı riskləri artıra bilərmi?

-Təəssüf ki, Amerikanın geri çəkilməsi münaqişədə dolayı yolla iştirak edənlər və Rusiya və Türkiyə kimi regional güclərin iştirakına yol açdı. Bu, bütün bölgə üçün daha təhlükəli vəziyyət yaratdı. Amerikanın belə zəif iştirakına təəssüflənirəm.

- Nəhayət, zəhmət olmasa deyin, erməni və azərbaycanlı xalqı arasındakı düşmənçiliyə son qoymaq üçün Dağlıq Qarabağ münaqişəsi necə həll olunmalıdır?

- Mən hər zaman sülh üçün hər iki tərəfin də istədiyini aldığını hiss etməsinin lazım olduğunu düşünmüşəm. Otuz il əvvəl, mən ərazi mübadiləsi təklif etmişdim. Ancaq, o zaman hər şey daha fərqli idi. İndi isə Bakı və İrəvanın ticari və nəqliyyat əlaqələrini genişləndirmək yolunda irəliləməli olduqlarını düşünürəm. Bu zaman alacaq, ancaq bu yolda lazımi addımlar atılmazsa, xarici güclər bu münaqişədən tezliklə yenidən öz məqsədləri üçün istifadə edəcəklər.

Yunis Abdullayev

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Starmerin reytinqi aşağı düşüb
02:06 07.07.2025
Çin Aİ-dən Tibbi Texnika İdxalına Məhdudiyyət Tətbiq Etdi
01:38 07.07.2025
BRİCS Sammitindən İsrailə Sərt Mesaj: "Suriya Ərazisindən Geri Çəkil "
01:07 07.07.2025
Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Təl-Əvivdə hava limanına hücum olub
14:30 06.07.2025
Yaponiyada zəlzələ baş verib
14:00 06.07.2025
Azərbaycanlı güləşçi qızıl medal qazandı
13:30 06.07.2025
İlon Mask yeni siyasi partiyasını elan etdi
13:00 06.07.2025
"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Əsvanda Ptolemey dövrünə aid qəbirlər aşkarlanıb
11:29 06.07.2025
Rusiya Xarkova PUA hücumu həyata keçirib
11:11 06.07.2025
"Almaniya müdafiə olunmalıdır”
10:51 06.07.2025
Almaniya Ukraynaya Patriot sistemi almaq istəyir
10:16 06.07.2025
İsrailin Qəzzaya endirdiyi son hava hücumlarında 78 nəfər ölüb
09:52 06.07.2025
Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Şirkət maşını dərəyə aşıb
08:19 06.07.2025
Hamısı