Moskvanın Qarabağ münaqişəsində monopoliyası pozulub ekspert

Müsahibələr 16:42 09.10.2020

Qarabağda baş verən son hadisələrlə əlaqədar olaraq, Eurasia Diary Ukrayna ordu araşdırmaları, dəyişim və tərkisilah Mərkəzinin (Tbilisi) Cənubi Qafqaz şöbəsinin rəhbəri, ukraynalı politoloq Vladimir Kopçakla Kremlin Qarabağdakı qarşıdurma ilə bağlı strategiyası, erməni tərəfinin açıqlamaları və digər mövzularda söhbət edib.

Ermənistan Müdafiə naziri Tonoyan Azərbaycanın yeni ərazilərini işğal edəcəklərini söyləmişdi və ardından Tovuz hadisələri baş verdi. Azərbaycanın əməliyyatlarını "qabaqlayıcı müharibə" adlandırmaq olarmı?

- Əgər "yeni müharibə - yeni ərazilər" kimi ifadələrdən danışırsınızsa, mən bunu, hər şeydən öncə, istənilən müharibənin dəyişməz atributu kimi dəyərləndirirəm, yəni bu düşmənə qarşı informasiya və psixoloji təzyiq, bundan əlavə öz əhalisinə və beynəlxalq ictimaiyyətə qətiyyət nümayişidir.

Ermənistanla Azərbaycan arasındakı dövlət sərhəddində (Qarabağ bölgəsindəki demarkasiya xəttində deyil) iyul ayındakı gərginliyin məhz bununla bağlı olduğuna əmin deyiləm. Biz həmin vaxt münaqişənin məhz necə və niyə alovlandığını, “bizə bunu desələr də, əslini bilməyəcəyik". 12 iyulda baş verənlər gec-tez baş verə bilərdi və bu olmalı idi. Ermənistan və Azərbaycan faktiki olaraq 30 ildən çoxdur ki, Qarabağ uğrunda mübarizə aparır. Bu müddət ərzində münaqişə heç vaxt tamamilə dondurulmayıb və bu uzun illər ərzində sülh yolu ilə nizamlanma perspektivləri baxımından dalana dirənib. Toqquşmalar, atışmalar, hərbçilər və mülkilər tərəfindən təmas xəttindəki itkilər demək olar ki, adi hala çevrilib. Digər bir məsələ, Ermənistanla Azərbaycan arasındakı dövlət sərhəddi üçün alovlanmanın xarakterik olmamasıdır, lakin eyni şey fərqli bölgələrdə baş verdi. Amma daha tez-tez. Sərhəd hələ dəqiqləşdirilməyib, tərəflər ən azından hərbi səviyyədə müharibənin Qarabağ bölgəsindən kənara çıxaraq genişmiqyaslı münaqişəyə çevrilməsinə hazırlaşırdılar.

Əminəm ki, Qarabağ cəbhəsindəki hazırda gərginliyin artması İyul hadisələri ilə sıx bağlıdır. Hər şeydən əvvəl, Türkiyənin Azərbaycanın uzunmüddətli müttəfiqi kimi oyuna fəal daxil olması ilə. İyul ayında Tovuz bölgəsindəki regional enerji nəqliyyat sistemi üçün risklər və təhdidlərin olduğu aydın şəkildə bildirildi, təkrarlamağa ehtiyac yoxdur. Rusiya Federasiyası ilə Azərbaycan arasındakı münasibətlərdə kəskin soyuqluğu unutmamalıyıq. Bakıda olarkən S. Şoyqunun “Ermənistana daşınan 400 ton hərbi ləvazimat” qalmaqalı zamanı “kamod və çarpayılar” barədə izahatları qəbul edilmədi.

"Qabaqlayıcı müharibə” və ya "əks hücum" məsələsinə gəldikdə - indi söz oyununun əhəmiyyəti yoxdur. Ümumiyyətlə, Azərbaycanda hərbi yol da daxil olmaqla ərazilərinin işğaldan azad edilməsi fikri doktrina şəklində möhkəmləndirilib. Təəssüf, elə bir şey baş verdi ki, ona uzun illər sərf edilmişdi. Təəssüf, ona görə ki, Qarabağ qarşıdurmasında uzunmüddətli Moskva moderatorluğu onun sülh yolu ilə həllinə deyil, onun üçün əlverişli “tüstü”lənən formatda saxlanmaya yönəlmişdi. Məqsəd Bakını, İrəvanı və Cənubi Qafqazı qarmaqda saxlamaq idi. Bu sonsuzadək davam edə bilməzdi. Bəli, indi baş verənlərdən sonra, Moskvanın Qarabağ münaqişəsinin idarə olunmasında monopoliyasının pozulduğunu inamla deyə bilərik.

Çıxışlarından birində İlham Əliyev baza prinsiplərinə çağırır və Ermənistan razılaşacağı təqdirdə müharibəni dayandıracağını deyir. Ermənistan niyə razılaşmır?

- Azərbaycan aydın və birmənalı şəkildə hərbi əməliyyatların dayandırılması şərtlərini - erməni silahlı birləşmələrinin işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmasını açıqladı. Və bu, açıq və anlaşılan səbəblərdən İrəvan üçün qəbuledilməzdir. Bakı məntiqli olaraq Qarabağ cəbhəsindəki hücumla əlini gücləndirir. Ancaq İrəvanda da, gec-tez Rusiyanın müdaxilə edəcəyini başa düşdülər (artıq fəal şəkildə müdaxilə edir). Gümrüdəki 102-ci hərbi bazadan və ya faktiki olaraq hərbi blok kimi mövcud olmayan KTMT çətirindən, hətta fasiləsiz gedən "hərbi bazarlıq"dan danışmıram. Moskva qarşıdurmanın hər iki tərəfinə müxtəlif təsir vasitələrindən / təzyiqlərdən istifadə edə bilər. Məsələn, Kreml artıq Moskvada xarici işlər nazirləri səviyyəsində görüşlər təyin edib.

... Rusiya, əslində, adi və dəfələrlə sınaqdan keçirilmiş məntiqi ilə hərəkət etməyə davam edir - "eskalasiya yolu ilə gərginliyin azalması". Ancaq bu gün təşəbbüs əvvəllər heç olmadığı kimi Azərbaycanın tərəfindədir və çox şey Bakının mövqeyinin möhkəmliyindən asılı olacaq. Məsələ hətta onun arxasında Türkiyənin olmasında deyil. Bəli, Kreml Türkiyəyə təsir gücü (ilk növbədə hərbi) məhdud olduğu üçün Ankaranın bugünkü mövqeyini görməzdən gələ bilməz. Ancaq gözümüzün qabağında Moskva və Ankaranın anlaşa bildiyi Suriya nümunəsi var. Mövqeyi formalaşdırarkən bunun da nəzərə alınması lazımdır.

Ermənistan nə üçün ərazi itkilərini təkzib edir?

- Çünki müharibə və təbliğata informasiya dəstəyi baxımından bunu özləri üçün sərfəsiz və təhlükəli hesab ediblər. Bundan əlavə, orada belə görünür ki, itirilmiş mövqeləri geri ala biləcəklərinə inanırlar. Bu inkarda qəribə bir şey görmürəm. Başqa bir sual budur ki, müəyyən bir məqamda bunu etmək mümkünsüz və mənasız olacaqdır. İrəvanın məntiqi ilə belə bir məqam hələ yetişməyib.

Sualın özündə qəribəlik var - “Ermənistan və ərazi itkiləri”. Döyüşlər Ermənistan tərəfindən belə tanınmayan, tanınmamış "DQR" ərazisində baş verir. Yeri gəlmişkən, İrəvan Qarabağın beynəlxalq “tanınması” kartını fəal şəkildə oynamağa başladı. Ancaq bu İrəvanın öz kartıdır? Yoxsa xal qazanmaq üçündür və Moskva tərəfindən şantajdır? Həyəcanverici siqnaldır.

Müharibə bitdikdə Dağlıq Qarabağın statusu və sülhməramlılar məsələsi ilə bağlı fikriniz nədir? Türkiyə Rusiya ilə birgə İdlibdəki modeli işlədə bilərmi?

- Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, burada heç bir anlaşılmazlıq ola bilməz. Vəziyyətin faciəli tərəfi ondan ibarətdir ki, onun Azərbaycana sülh yolu ilə qayıtması üçün fors-major şərait var. Bundan əlavə, bu vəziyyətə illərdir gəlib çıxılıb. Sadəlövhlük kimi çıxsa da, dalandan çıxmağın real yolunu yalnız Bakı ilə İrəvan arasındakı vasitəçilərlə birbaşa danışıqlarda görürəm, amma “moderatorlar”la deyil. Bunun nə vaxt olacağını bilmirəm. Ancaq dəqiq bilirəm ki, bu format Kreml üçün “kabus”a çevrilər.

"Sülhməramlılar"a gəldikdə isə, Moskva burada birinci skripkada ifa edir və Cənubi Qafqazda növbəti "sülhməramlı" rıçaqına sahib olmağı çox istəyir, yaxşı olar ki, təkbaşına. Azərbaycan üçün vəziyyət çox sadə görünür. Əgər Ermənistanla dövlət sərhədində sülhməramlılar (və yeri gəlmişkən, fərqi yoxdur kiminki) yerləşəcəksə,  bu ayrı bir hekayədir. Bu gün Bakı üçün "maksimum"  proqramını axtarırıq. Qarabağ bölgəsindəki yeni bir demarkasiya xəttindən danışırıqsa (hansı ki, danışılır) (və bu istənilən halda Azərbaycan ərazisi olacaq), deməli bu tamamilə fərqli bir vəziyyətdir. Xatırladım ki, 30 ildir ki, Bakı Moskvanın bu cür təkliflərindən ümumiyyətlə imtina edir. Maraqlıdır ki, Yerevanda da “sülhməramlılar” la bağlı monopolist rus versiyasından məmnun deyillər.

Türkiyə ilə Rusiya isə artıq işləyirlər. Ancaq "İdlib"deyil, Qarabağ, daha doğrusu, Cənubi Qafqaz sxemi üzrə. İdlib təcrübəsi göstərir ki, razılaşmalar və planlar, qarşıdurmanın bütün iştirakçıları üçün çox fərqli və son dərəcə gözlənilməz ola bilər.   

Gülnar Səlimova

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı