"Azərbaycan Ermənistanı kapitulyasiyaya məcbur etməyə hazırdır" Rusiyalı ekspert

Müsahibələr 13:47 29.10.2020

Eurasia Diary redaksiyası, Rusiyalı politoloq Denis Korkodinovla Dağlıq Qarabağ münaqişəsi ətrafında bir sıra məsələləri müzakirə edib.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədə keçiriləcək görüşü barədə o bunu dedi:

- Azərbaycanın rəsmi açıqlamasına görə, xarici işlər nazirliklərinin rəhbərlərinin Cenevrədəki görüşü, cəbhə xəttində mövcud qüvvələr balansını nəzərə alaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün "yol xəritəsi"ni hazırlamaq məqsədi daşıyır. Bu mənada, Bakı tərəfdən, bu, Dağlıq Qarabağdakı Azərbaycan ordusu tərəfindən azad edilmiş ərazilərin beynəlxalq səviyyədə tanınmasıdır. Bundan əlavə, Cenevrə görüşü regional qarşıdurma tərəflərini sülhə məcburetmə prosesində aralıq diplomatik mərhələ ola bilər.

Xatırladaq ki, hazırda Bakıda "erməni məsələsi" ilə bağlı ən azı iki fikir yürüdülür: türkpərəst və iranpərəst. Birinci istiqamətin nümayəndələri Azərbaycan qoşunlarının Xankəndinə gətirilməsini zəruri hesab edərək qondarma rejimin “müdafiə ordusu” və Ermənistan Silahlı Qüvvələri üçün sarsıdıcı məğlubiyyətin tərəfdarı qismində çıxış edirlər. İranpərəst cərəyanın tərəfdarları, İran Xarici İşlər Nazirinin müavini Abbas Arakçinin Bakı səfərindən sonra xeyli aktivləşdi və Azərbaycan ordusunun tanınmamış respublikanın inzibati mərkəzinə girməmək şərti ilə İrəvanla danışıqlar aparmağın mümkünlüyü fikrini müdafiə edirlər.

Cenevrə toplantısı rəsmi şəkildə bütün bunlara aydınlıq gətirməli və Azərbaycan Prezidenti İlham Əliyevin türkpərəst mövqedən çıxış edərək Ermənistanı təslimçiliyə məcbur etməyə hazır olduğunu nümayiş etdirməlidir. Lakin İrəvanın təklif olunan danışıq formatını rədd etməsindən, Cenevrədəki görüşün iflas olması və strateji əhəmiyyətini itirdiyi qənaətinə gəlmək olar.

Üç dəfə atəşkəsin pozulması, ardıcıl olaraq Bərdəyə hücum, eləcə də Paşinyanın çıxışından sonra danışıqlara getməyin mənası varmı?

- Azərbaycan Prezidenti İlham Əliyevin ərazi bütövlüyünün bərpasının zəruri olmasına dair açıqlamaları Dağlıq Qarabağ problemi ətrafındakı hərbi-siyasi prosesin əsasında durur. Lakin hazırda bu cür siyasət rəsmi Bakının əleyhdarlarının mövqeyi ilə ziddiyyət təşkil edir. Məhz bu səbəbdən Cenevrə görüşü bütün təmas xətti boyunca atəşkəsə səbəb ola bilməz.

Cenevrə danışıqlarının formatı başlanğıcda regional oyunçuların Cənubi Qafqazdakı hərbi-siyasi böhrandan çıxmaq üçün alternativ proqram hazırlamaq səyləri, habelə ABŞ və Rusiyanın Ermənistana təzyiq göstərmək üçün Qarabağ fonundan istifadə etməklə Azərbaycan-Türkiyə təşəbbüslərinin həyata keçirilməsinə maneələr yaratmaq məqsədi daşıyırdı. Bu arada rəsmi Bakının prinsipial mövqeyi tez bir zamanda bütün şübhələrə son qoydu. Azərbaycan rəhbərliyi döyüş əməliyyatlarını davam etdirməyə hazırdır və əsas prioriteti Dağlıq Qarabağın işğaldan azad edilməsi olaraq qalır. Öz növbəsində İrəvan, ərazi mübahisəsinin həlli üçün sərt hərbi güc tətbiq etməkdən başqa yol təklif etmədən, öz nöqteyi nəzərini qorumağa və Azərbaycanın mülki hədəflərinə zərbələr endirməyə davam edir. Bununla əlaqədar olaraq, Bakı, Ermənistan rəhbərliyi ilə ənənəvi beynəlxalq platformalarda danışıqları davam etdirməyin real olmadığına əmin oldu. Bu baxımdan Azərbaycan nəyinsə dəyişməyəcəyini bildiyindən Cenevrə görüşünə böyük ümidlər bəsləmir. Lakin diplomatiya ənənələrinə hörmət etmək Bakını İrəvanla danışıqların hələ də mümkün olduğunu fərz etməyə məcbur edir.

Uğursuz Moskva və Vaşinqton görüşlərindən sonra ATƏT-in Cenevrə danışıqları nəyə hesablanıb?

- Ermənistan-Azərbaycan fikir ayrılıqlarının həlli üçün Cenevrə görüşünün nəticələrinə əsasən ətraflı “yol xəritəsi”nin hazırlanması planlaşdırılır. Ankara, Moskva, Paris və Vaşinqton münaqişənin yol xəritəsi ilə təsirsiz hala gətirilməsinə dair öz fikirlərini maksimum dərəcədə əlaqələndirmək və ən əsası, Bakı ilə İrəvanı   gələcək qarşılıqlı faydalı həll yoluna vadar etmək üçün bir sıra müvafiq addımlar atdılar. Öz növbəsində, Rusiya, Türkiyə, Fransa və ABŞ-ın əsas missiyası, Ermənistan və Azərbaycan arasında dialoq üçün ən əlverişli mühit yaratmaq və atəşkəsin təmin edilməsi üçün tərəflərə təzyiq göstərməkdir, xüsusən də bundan əvvəl edilən iki son dərəcə uğursuz cəhddən sonra.

Qoşunların geri çəkilməsinə dair tələb həm Bakıya, həm də qondarma rejimin “müdafiə ordusu”nun tabe olduğu İrəvana aiddir. Regional oyunçular tanınmamış respublikanın silahlı qüvvələrini silahlarını yerə qoymağa həvəsləndirmək üçün Dağlıq Qarabağa xüsusi status verilməsi ssenarisini hazırlamaq təklifi ilə çıxış etməyə hazırdırlar. Çox güman ki, indiki məqam və hərbi-siyasi vəziyyətlə zidd olması səbəbindən Azərbaycanın bu təklifi rədd edəcəyi gözlənilir. Buna görə, regional oyunçular Bakıya imtina edə bilməyəcəyi bir şey təklif etməlidirlər: məsələn, Cenevrə razılaşmalarının həyata keçirilməsinin ilk mərhələsində 5 rayonun, ikinci mərhələdə daha 2 rayonun Azərbaycana qaytarılaraq 7 rayonun işğaldan azad edilməsi.

Azərbaycan və Ermənistanın rəsmi mövqeləri aydındır və bir-birinə ziddir. Hansı halda ortaq məxrəcə gəlmək mümkündür?

- Tərəflər atəşkəs şərtlərinə ciddi əməl etməyi qəbul etməyincə, Ermənistan və Azərbaycan arasında ortaq məxrəcə gəlmək mümkün deyil. Bundan əlavə, qoşunlarını Xankəndinə göndərməyə hazır olan Bakının strateji hədəflərini nəzərə alsaq, İrəvanın Azərbaycanla ortaq nöqtələri tapmaq yollarını axtarmağa meylli olacağı inandırıcı deyil. Öz növbəsində, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisində yerləşən mülki obyektləri atəşə tutarkən tərəflərin bir-birlərini dinləməyə və eşitməyə hazır olduqları barədə danışmaq hələ tezdir.

Ermənistan davamlı olaraq Azərbaycan ərazisini atəşə tutur. Azərbaycan Ermənistandakı hərbi obyektləri vura bilərmi?  

- Azərbaycanın ərazisini hərbi güc istifadə daxil olmaqla bütün mövcud vasitələrlə qorumağa tam haqqı var. Bu səbəbdən, düşmənin hərbi obyektləri Azərbaycan ərazisi üçün birbaşa təhlükə yaradırsa, Azərbaycan silahlı qüvvələrinin qabaqlayıcı zərbələr endirə biləcəyinə şübhə yoxdur.

Gülnar Səlimova

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

BRİCS Sammitindən İsrailə Sərt Mesaj: "Suriya Ərazisindən Geri Çəkil "
01:07 07.07.2025
Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Təl-Əvivdə hava limanına hücum olub
14:30 06.07.2025
Yaponiyada zəlzələ baş verib
14:00 06.07.2025
Azərbaycanlı güləşçi qızıl medal qazandı
13:30 06.07.2025
İlon Mask yeni siyasi partiyasını elan etdi
13:00 06.07.2025
"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Əsvanda Ptolemey dövrünə aid qəbirlər aşkarlanıb
11:29 06.07.2025
Rusiya Xarkova PUA hücumu həyata keçirib
11:11 06.07.2025
"Almaniya müdafiə olunmalıdır”
10:51 06.07.2025
Almaniya Ukraynaya Patriot sistemi almaq istəyir
10:16 06.07.2025
İsrailin Qəzzaya endirdiyi son hava hücumlarında 78 nəfər ölüb
09:52 06.07.2025
Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Şirkət maşını dərəyə aşıb
08:19 06.07.2025
Aşura günü 2 mindən çox şəxs qan verib
07:47 06.07.2025
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan keçiriləcək
07:13 06.07.2025
Hamısı