Eurasia Diary jurnalist, politoloq və amerikanşünas alim Aleksey Naumovdan müsahibə alıb.
A. Naumovun sözlərinə görə, Qarabağ münaqişəsi bir daha göstərdi ki, müasir dünyada problemlər hərbi yolla həll olunur.
O, münaqişənin həllində balansı qorumağa nail olan Rusiyanın post-sovet ərazisində əsas oyunçulardan biri olduğunu dedi.
Politoloq Azərbaycanın müasir orduya sahib olduğunu qeyd etdi. O, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü incə diplomatiya sayəsində Qarabağ münaqişəsində tərəflərin hər biri üçün sərfəli vəziyyətin yarandığını xüsusi vurğuladı.
A. Naumov müharibədə qalib gələn Azərbaycanın sülhü qazanmalı olduğunu və müharibədə məğlub olan Ermənistanın sülhü uduzmamalı olduğunu söylədi.
Daha ətraflı video-müsahibədə:
Müsahibəni aldı: Cəmilə Çebotareva
Tərcümə etdi: Gülnar Səlimova