“Bu hekayələr bir xalq kimi sizin haqqınızda təsəvvür yaradır. Bu iki xalq arasında sülhməramlılıq kimidir.
Mən sizin ölkədə tolerantlıq gördüm, təhlükəsiz yerdə olduğumu hiss etdim. Bakıda keçirilən, Bibliya süjetləri və Evangeliyaya həsr olunmuş bir mühazirəmdə ilk sırada hicablı bir qadın əyləşmişdi. Mövzu din kimi həssas mövzu olduğundan toxunaqlı bir fikir söyləyə biləcəyimdən ehtiyat edir və onun ikinci mühazirəyə gəlməyəcəyindən narahat idim. Lakin ertəsi gün onun yenə ilk sırada oturduğunu gördüm və sonda yaxınlaşıb mənə bir qutu uzatdı. Qutunu açanda bunun ipək mavi şal olduğunu gördüm”, deyə Yulia təsirlənmiş halda danışır.
Y. Tarasenko, hazırda məlumat toplayaraq incəsənətin əhəmiyyəti və təsirini araşdırdığını bildirib.
"İçəri Şəhərdə gəzərkən Əli Şəmsinin qalereyası ilə tanış oldum. İnanmazsınız, o içəridə ayaqyalın gəzirdi. Həmin vaxt mən dağ tematikası ilə maraqlanırdım. Ondan mənə master klass keçməsini xahiş etdim. Bura müxtəlif millətlərin nümayəndələri, uşaqdan-böyüyə hamı gəlirdi", Yulia həyəcanla təəssüratlarını bölüşdü.
Daha ətraflı videoda:
Müsahibəni aldı: Cəmilə Çebotareva
Tərcümə etdi: Gülnar Səlimova