Görmə qabiliyyətini necə qorumaq və yaxşılaşdırmaq olar aparıcı oftalmoloqun tövsiyələri

Müsahibələr 13:31 06.01.2021

Eurasia Diary aparıcı həkim oftalmoloq Elmira Yusubova ilə müsahibəni təqdim edir.

E.Yusubova bildirib ki, insanların həyat tərzi dəyişdiyindən real həyatdan çox, rəqəmsal dünyada yaşayırıq. Onun sözlərinə görə, biz hər tərəfdə texnika ilə əhatə olunmuşuq. Bu səbəbdən gözlərimiz əsasən yaxın məsafədə işləyir.

"Gözün optik sistemi isə elə qurulub ki, 1 metrlik məsafədə çalışması göz əzələləri üçün hiper yüklənməyə səbəb olur. Buna görə, hazırda çox insanda yaxındangörmə problemi var. Ailələrdə analar öz rahatlığı üçün azyaşlı uşaqların əlinə telefon verir. Ümumiyyətlə, 6 yaşadək olan uşaqlara telefondan istifadə etməyə icazə verilməməlidir. Əvəzində uşaqlar rəsm, plastilin və digər məşğuliyyətlərə yönəldilməlidir. Görmə qabiliyyətində problemi olan uşaqlar həkim tövsiyyəsi əsasında mütləq eynək taxmalıdır. Bunun üçün onları anaları psixoloji olaraq hazırlamalıdır. Əks təqdirdə, gələcəkdə gözlər tənbəlləşir və 19-20 yaşlarında olan pasiyentə lazer korreksiyası artıq kömək etmir", o qeyd edib.

Həkim ekspert, göz üçün gimnastikanın dəstəkləyici komponent kimi rolu olduğunu deyib. O bildirib ki, ciddi xəstəlikdə bu xilas etməsə də yardımçı olur. Kompüter şüalarının mənfi təsirini azaltmaq üçün kaktus və digər bitkilərin istifadəsi barədə isə bildirib ki, şüanın ziyanverici təsirinin qarşısını ancaq qoruyucu eynək taxmaqla almaq olar. Həkim, onlayn formatda keçən dərslərdə uşaqlara 40 dəqiqəlik dərsdən sonra 10 dəqiqə kompüterdən aralanıb uzaq məsafəyə baxmaqla dincəlməyi məsləhət görüb. O, kitablarla kompüteri müqayisə edərkən kitabların xüsusi atmosfer yaratdığı üçün daha üstün olduğunu deyib. Həmçinin, kitablar analitik düşüncə üçün imkan yaradır. Telefonda bir toxunuşla əldə edilən informasiyalar çoxluğuna rəğmən məqsədyönlü deyillər və analitik düşüncə üçün imkan yaratmır. 

E.Yusubova bildirib ki, əgər insanın görmə qabiliyyətində hər hansı patologiya yoxdusa ildə bir dəfə, problem varsa yarım ildən bir, yaşlı adamlar isə 3-6 aydan bir həkim müayinəsindən keçməlidirlər. Gözlər bədənin çox həssas hissəsidir. Gözlərinizə qulluq etməsəniz, yorğunluğuna məhəl qoymasanız, onda tezliklə aydın görmə qabiliyyətini itirəcəklər. Görmə orqanınızla düzgün rəftar edib etmədiyiniz, onlara istirahət verib vermədiyiniz barədə düşünməyə dəyər.

Daha ətraflı videoda:

Müsahibəni aldı: Cəmilə Çebotareva

Tərcümə: Gülnar Səlimova


Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Təl-Əvivdə hava limanına hücum olub
14:30 06.07.2025
Yaponiyada zəlzələ baş verib
14:00 06.07.2025
Azərbaycanlı güləşçi qızıl medal qazandı
13:30 06.07.2025
İlon Mask yeni siyasi partiyasını elan etdi
13:00 06.07.2025
"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Əsvanda Ptolemey dövrünə aid qəbirlər aşkarlanıb
11:29 06.07.2025
Rusiya Xarkova PUA hücumu həyata keçirib
11:11 06.07.2025
"Almaniya müdafiə olunmalıdır”
10:51 06.07.2025
Almaniya Ukraynaya Patriot sistemi almaq istəyir
10:16 06.07.2025
İsrailin Qəzzaya endirdiyi son hava hücumlarında 78 nəfər ölüb
09:52 06.07.2025
Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Şirkət maşını dərəyə aşıb
08:19 06.07.2025
Aşura günü 2 mindən çox şəxs qan verib
07:47 06.07.2025
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan keçiriləcək
07:13 06.07.2025
Mark Zukerberq Ağ Evdən qovulub
06:38 06.07.2025
Hamısı