ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri həkim Handə Harmancı ilə eksklüziv müsahibə

Müsahibələr 14:58 09.01.2021

Eurasia Diary Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri həkim Handə Harmancı ilə eksklüziv müsaibəni təqdim edir.

- Son məlumatlara görə, vəziyyət hər gün kəskin şəkildə dəyişir, yoluxan və ölənlərin sayı getdikcə artır.

Sizcə vəziyyəti nəzarətə götürmək üçün nə etmək lazımdır?

Həkim Handə Harmancı: Hər şey bir il əvvəl başladı və biz dəfələrlə yoluxan insanların faizinin artacağını söylədik. Bir nəfər başqasını yoluxdurur və bu həndəsi silsilə ilə davam edir, nəticədə vəziyyət ağırlaşır.

Bu virus qrip adlanan virus xəstəliyinə çox oxşayır. Həm də mövsümi xarakter daşıyır. Yaz aylarında daha az yoluxmanın olduğunu gördük, ancaq təkcə bir qış ayında yoluxanların sayı kəskin şəkildə artdı. Azərbaycanda bu cür artım qeydə alındı. Qeyd etmək lazımdır ki, bir çox ölkələrdə koronavirusun ikinci dalğası birincisindən daha güclü idi.

Əlbəttə ki, hamımız yeni infeksiyaların qarşısını almaq üçün bütün səylərimizi göstərməyə çalışırıq və bununla da yoluxmanın sayını azaltdıq. İndiki anda yoluxanların artmasını dərhal dayandırmaq və bu virusa tam qalib gəlmək mümkün deyil. Ancaq ümumi səylər və məcburi qaydalara riayət etməklə bu mümkündür. Üstəlik, bu yaxınlarda peyvənd təqdim ediləcək.

- Bu gün infeksiya nə qədər tez yayılır?

Həkim Handə Harmancı: Əslində düşündüyünüzdən daha sürətli. Rəqəmlər hər gün artır. Diqqətdə saxladığımız müəyyən statistika var.

Hər bir ölkənin hansı tədbirlərin görülməsi ilə bağlı öz epidemiologiyası var.

 Azərbaycan ciddi tədbirlər görməyə qərar verdi və biz bunun nəticəsini həqiqətən görürük - yoluxmuş insanların sayı azalıb.

- Koronavirus içməli su və qida ilə ötürülə bilərmi?

Həkim Handə Harmancı: Yaxşı sualdır. Pandemiyanın başlanğıcında bu barədə daha çox sual və narahatlıq var idi. Bu yaxınlarda Çin, Almaniya, Hollandiya, Yeni Zelandiyadan dondurulmuş qidaların qutusunda ​​canlı koronavirus olduğu barədə gözlənilməz məlumatlar gəldi. Laboratoriya xaricində COVID-19-un xüsusi şərtlər altında qablaşdırmada uzun müddət qala biləcəyi ilk dəfə təsdiqləndi.

Biz hələ ki, bunun virusun ötürülməsinə təsir edib etmədiyini öyrənmək üçün mütəxəssislərlə işləyirik. Bildiyimiz budur ki, Covid-19 müxtəlif vaxtlarda səthlərdə yaşaya bilər və istilik və rütubətdən asılıdır, həm də virusun yayılmasına mane olmayan soyuq saxlamadan asılıdır. Vacib olan da odur ki, qida sahəsində işləyən insanlar həmişə qida təhlükəsizliyi qaydalarına riayət etməlidirlər.

İndiyə qədər insanların yemək istehlakı yoluyla Covid-19-a yoluxduğuna dair heç bir dəlil yoxdur, bu səbəbdən Covid-19 qidadan qaynaqlanan bir xəstəlik deyil.

Covid qida və ya içməli su ilə yayılmır.

- Başqa ölkələrin təcrübəsini nəzərə alaraq, pandemiyanın bundan sonra necə inkişaf edəcəyini proqnozlaşdırmaq mümkündürmü?

Həkim Handə Harmancı: Həqiqətən, proqnoz vermək çətindir. Ancaq xoşbəxtlikdən artıq peyvənd var. Ancaq bunun fərqli yaş qrupları, həssas qruplar üçün nə qədər təsirli olacağını bilmirik.

Bəzi ölkələr artıq vaksinasiyaya başlamışlar, əslində pandemiyaya qarşı qlobal miqyasda mübarizənin effektli olacağına ümid edirik, ancaq nəticə verməsi üçün bir az gözləməli olacağıq.

- Dünyada həqiqi korona virusu peyvəndi varmı?

Həkim Handə Harmancı: BƏLİ! Ancaq bilirik ki, hazırda işlənib hazırlanma mərhələlərində olan bir neçə peyvənd var.

Yeni texnologiyaların Covid-19 xəstəliyində faydalı olacağı aydındır, ancaq ümid edirik ki, bu texnologiyalar digər ciddi xəstəliklərin də qarşısını ala bilər və bununla da dünyada milyonlarla insanın həyatını xilas edə bilər.

Ancaq dörd qaydaya riayət etməli olduğumuzu bilməliyik, bunun sayəsində yoluxma sayının artımını azaltmaqla yanaşı koronavirusu da məğlub edə bilərik:

- maska taxmaq

- əlləri yumaq, dezinfeksiya etmək üçün spirt və ya antiseptik istifadə etmək

- məsafə saxlamaq (ən azı iki metr)

- otağı yaxşı havalandırmaq

Abunəçimizdən biri çox maraqlı sual verib: alkoqol və tütünün koronavirusdan effektiv şəkildə qoruduğu doğrudurmu?

Həkim Handə Harmancı: Hər şey alkoqolu necə istifadə etməyinizdən asılıdır, əgər əllərinizdəki virusu məhv etmək üçün alkoqoldan istifadədən danışırıqsa və mayenin tərkibində ən az 60% spirt varsa, o zaman dezinfeksiyaedici rol oynayır.

Tütünə gəldikdə isə, bilirik ki, siqaret çəkənlər siqaret çəkərkən barmaqlarını istifadə etdikləri üçün daha həssas ola bilir: siz səthə toxunursunuz, onu ağzınıza gətirirsiniz, əlləriniz dodaqlarınıza toxunur və s. Beləliklə, siqaret çəkmək ümumiyyətlə zərərlidir. O, xərçəngə səbəb olur, bundan əlavə, Covid-dən qorumur və ÜST olaraq sağlamlığınızı qorumaq üçün bütün tütün məhsullarından istifadə etməməyi tövsiyə edirik.

Daha ətraflı videoda:

Müsahibəni aldı: Cəmilə Çebotareva

Tərcümə: Gülnar Səlimova


Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
BMT Ermənistandakı kilsə-hakimiyyət mübarizəsinə dair açıqlama verdi
19:07 08.07.2025
Hamısı