Azərbaycanın enerji infrastrukturu Türkmənistana öz enerji ehtiyatlarını Avropaya ixrac etmək üçün yeni imkanlar yaradıb Ekspert

Müsahibələr 17:22 26.01.2021

Bu birgə razılaşma digər sahilyanı dövlətlərin mənafeyinə zidd deyil və bölgədəki enerji təhlükəsizliyinə və enerji təchizatının şaxələndirilməsinə müsbət təsir göstərəcək.

21 yanvar tarixində Azərbaycan Respublikası və Türkmənistan Respublikası hökumətləri arasında uzun illərdir mübahisə və qarşıdurma mövzusu olan Xəzər dənizindəki Dostluq neft yatağının birgə kəşfiyyatı və işlənməsinə dair Anlaşma Memorandumu imzalandı. Azərbaycan və Türkmənistan üçün hər iki ölkənin liderlərinin son nəticədə regional tərəfdaşlıq çərçivəsində uzunmüddətli mübahisələrin həllinə dair razılığa gəlməsi çox əhəmiyyətli tarixi məqamdır.

Eurasia Diary saytı Anlaşma Memorandumunun Azərbaycan-Türkmənistan münasibətlərinə təsirləri barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Orxan Bağırovdan müsahibə alıb.

 No description available.

Orxan Bağırov regional və beynəlxalq iqtisadi əlaqələr və nəqliyyat dəhlizləri üzrə aparıcı məsləhətçidir.

- Cənab Bağırov, sizin fikrinizcə, Azərbaycanla Türkmənistan arasında ikitərəfli münasibətlərin inkişafı baxımından birgə razılaşmanın zərurəti nədir?

- Azərbaycan və tərəfdaş ölkələrin bu yaxınlarda Cənub Qaz Dəhlizindən tam istifadə etməyə imkan verən TAP layihəsini başlatması Azərbaycanın regional enerji mərkəzi kimi cəlbediciliyini artırdı. Artıq Azərbaycan regional ölkələrə neft kəmərləri ilə yanaşı, tranzit kimi istifadə etmələri üçün qaz kəmərləri də təklif edə bilər. Azərbaycanın enerji infrastrukturu Türkmənistana öz enerji ehtiyatlarını Avropaya və digər ölkələrə ixrac etmək üçün yeni imkanlar yaradıb. Azərbaycan uzun illər özünü etibarlı tərəfdaş kimi sübut edib və bu da Azərbaycanın regional ölkələrlə ikitərəfli münasibətlərinə müsbət təsir göstərib. Bu səbəbdən həm Azərbaycan, həm də Türkmənistan üçün ikitərəfli münasibətləri inkişaf etdirmək və Dostluq neft yatağının birgə kəşfiyyatı üzərində işləmək əlverişli tarixi məqamdır. Həm də pandemiya səbəbindən iqtisadi inkişafın geriləməsi dövründə bu neft yatağı həm Azərbaycana, həm də Türkmənistana böyük maliyyə gəlirləri gətirə bilər.

- Bəzi ekspertlərin fikrincə, Xəzər dənizinin milli sərhədləri qovşağında neft yatağı ilə bağlı uzunmüddətli mübahisənin sona çatması ilə əlaqədar Azərbaycan və Türkmənistan arasındakı birgə razılaşma Türk İttifaqının güclənməsi üçün növbəti vacib addımdır. Bu barədə nə deyə bilərsiz?

- Birgə razılaşmanın Türk İttifaqının güclənməsi ilə birbaşa əlaqəli ola biləcəyini düşünmürəm. Bu saziş daha çox Azərbaycan və Türkmənistan arasındakı ikitərəfli münasibətlərin inkişafına xidmət edir, çünki hər iki tərəf üçün faydalı layihədir. Azərbaycan həmişə regional əməkdaşlığı dəstəkləyib və regional birgə enerji və nəqliyyat layihələrində fəal iştirak edib. Beləliklə, Azərbaycan Türkmənistanla birgə sazişi imzalayaraq regional inkişafa və enerji təhlükəsizliyinə müsbət töhfə verməyə çalışır.

- Bu hadisədən sonra Türkiyə, Azərbaycan və Türkmənistan tərəfindən yeni üçtərəfli formatın yaradılması üçün imkan varmı?

- Müxtəlif əməkdaşlıq formatlarının yaradılması üçün həmişə imkanlar vardır. Xüsusilə işğal olunmuş ərazilər azad edildikdən sonra bölgədə yeni əməkdaşlıq perspektivləri yaranıb. Lakin bu cür format hazırda mövcud deyil. Əgər belə bir formatın yaradılması təklifi olarsa və Azərbaycanın maraqlarına xidmət edəcəksə, düşünürəm ki, Azərbaycan bu formata qoşula bilər. Bu, üçtərəfli formatın təklif edə biləcəyi üstünlüklərdən asılı olacaq.

- Digər sahilyanı dövlətlərin, xüsusən Rusiya və İranın Xəzər dənizindəki neft yatağı ilə bağlı Azərbaycan və Türkmənistan arasında uzunmüddətli mübahisənin həllinə münasibəti necədir?

- Mənim fikrimcə, Rusiya və İran daxil olmaqla bütün sahilyanı ölkələr regional əməkdaşlığı dəstəkləyir və regional ölkələr arasında enerji sahəsində mübahisələrin əleyhinədirlər. Tarix göstərir ki, onlar heç vaxt Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi bölgədəki fərqli enerji layihələrinin həyata keçirilməsinə qarşı olmamış və müdaxilə etməyə çalışmamışlar. İndi Azərbaycanla Türkmənistan arasındakı birgə müqaviləyə eyni münasibəti nümayiş etdirirlər. Bu birgə razılaşma digər sahilyanı dövlətlərin mənafeyinə zidd olmadığından bölgədəki enerji təhlükəsizliyinə və enerji təchizatının şaxələndirilməsinə müsbət təsir göstərəcək.

Müsahibəni aldı: Yunis Abdullayev  

Tərcümə: Gülnar Səlimova

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Hamısı