"Türkiyənin insanların şüurunda rəqibimiz olması təəccüblü deyil" Rusiyalı səfir

Müsahibələr 10:58 10.02.2021

Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov “Komsomolskaya pravda”nın müxbirinə müsahibə verib. 1983-cü ildən bəri diplomatik xidmətdə olan Yerxov Mərakeş (1983 - 1987), Misir (1990 - 1994), İsrail (1996 - 2000) səfirliklərində çalışıb. 6 il Rusiya Federasiyasının İstanbuldakı baş konsulu vəzifəsində çalışıb, bundan sonra Rusiya Xarici İşlər Nazirliyinin Böhran Mərkəzinə rəhbərlik edib.

Yerxovun müsahibəsində müxbirin Türkiyə haqda sualları yumşaq desək, qərəzli görünür. Amma səfir əlbəttə ki, suallara xeyli diplomatik tərzdə cavab verib. Müsahibəni bəzi maraqlı hissələrini təqdim edirik.

- Pandemiya Rusiya-Türkiyə münasibətlərinə necə təsir edib?

- Siyasi dialoq və nümayəndə heyəti səviyyəsində görüşlər azalıb. Ticarət dövriyyəsi də geriləyib: keçən ilin 11 ayına olan məlumatlara görə, ikitərəfli ticarət 2019-cu ilin eyni dövrünə nisbətən 22% azalaraq, 18,5 milyard dollar təşkil edib. Ancaq eyni zamanda, iki ölkənin prezidentləri təmasları daima davam etdiriblər. Üç şəxsi görüş keçirilib, üstəlik videokonfrans vasitəsi ilə Astana formatında sammit olub. Dövlət başçıları 18 dəfə telefonla danışıblar.

- Rusiya cəmiyyəti Türkiyəni ölkəmizin geosiyasi rəqibi kimi görür. Sizcə, bu fikir nə dərəcədə haqlıdır?

- Bir ingilis dövlət xadimi deyib ki, onun ölkəsinin daimi dostları yox, daimi mənafeləri var. Bu prinsip bütün digər dövlətlərə də aiddir. Hər ölkənin öz maraqları var və onları rəhbər tuturlar. Siyasət siyasətdir. Bəzən sərt, bəzən qəddar ola bilər. İki güclü ölkə, iki imperiya, necə deyərlər, sərhəd-sərhədə əsrlər boyu yanaşı yaşayırlarsa, bu və ya digər mərhələdə qarşıdurma qaçılmaz ola bilər. Türkiyə ilə üç əsrdə kiçik münaqişələri nəzərə almasaq, on iki böyük müharibəmiz olub. Bu səbəbdən Türkiyənin insanların şüurunda rəqibimiz olması təəccüblü deyil.

- Türklərin də eyni düşüncələri varmı?

- Kimsə rus turistlərin gəlməsinə sevinir, çünki mağazasında bundan əlavə gəlir əldə edirlər. Biri rusun ağıllı və gözəl qadınına görə sevinir. Ancaq tarixi stereotiplərin əsiri olanlardan var ki, onlar Rusiyanı sevmir, ona etibar etmir. Buna da tez-tez rast gəlirik.

- Dostlar və maraqlar haqqında sitatı xatırladınız. İndi Rusiya ilə Türkiyənin fərqli maraqları varmı?

- Bəli, yəqin ki, var. Ancaq türkiyəli həmkarlarımızla birlikdə balansı və qarşılıqlı hörmətə əsaslanaraq, kompromislərə imkan verən variantlar axtarırıq. Buna ən yaxşı nümunə, Rusiya, Türkiyə və İranın Suriyadakı genişmiqyaslı döyüş əməliyyatlarını dayandıra bilməsidir.

- Türkiyə Ukraynaya pilotsuz təyyarələr tədarükünü və hətta birgə istehsal etməyi planlaşdırır. Bu silahların Donets Xalq Respublikasında və Luqansk Xalq Respublikasına qarşı istifadə olunacağına dair hər hansı təhlükə varmı?

- Baxın, iki suveren dövlət hərbi-texniki əməkdaşlığı inkişaf etdirir. Prinsipcə, buna etiraz etmək çətindir. Amma etirazlar da olur. Məsələn, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması Qərbdə bəzilərində son dərəcə mənfi reaksiyasına səbəb oldu. Amma biz əlbəttə ki, bu kimi əməkdaşlıq məsələlərinə daha sakit yanaşırıq. Eyni zamanda, Rusiyanın ekspert dairələrinin, Kiyevin türk "Bayrakdar" a sahib olmasının üstünlüyüdən istifadə edə biləcəyi ilə bağlı narahatlıqları da bölüşmək lazımdır. Münaqişəni yenidən hərbi yolla həlli cəhdləri barədə narahatlıqlar haqlıdırmı? Mən deyə bilmirəm. Bu ssenarinin gerçəkləşməsini istəməzdim. Bunun baş verməməsi üçün çalışacağıq.

- Türkiyənin Dağlıq Qarabağdakı münaqişədəki rolunu necə qiymətləndirirsiniz? İstanbul Azərbaycanı fəal şəkildə dəstəklədi, onları “Bayraktar”larla təmin etdi.

- Biz bölgədəki vəziyyətin gərginləşdiyi andan etibarən Türkiyə ilə sıx təmasda olduq, daim məsləhətləşdik. Nəticə etibarilə, 31 yanvarda Rusiya və Türkiyə tərəflərindən 60 zabitin sülh razılaşmalarının icrasını birlikdə izləyəcək Monitorinq Mərkəzi işə başladı.

- Rusiyanın sizdən əvvəlki səfiri öldürüldü. Burada özünüzü təhlükəsiz hiss edirsiniz?

- Bu faciədən sonra əlavə təhlükəsizlik tədbirləri görüldü. İndi bu barədə təfərrüatlara varmaq, detallar haqqında danışmağı lazımsız hesab edirəm.

- Türkiyə türkdilli dövlətlərin birliyini yaratmağa, bu birlikdə lider rolunu oynamağa hazır olduğunu fəal şəkildə təbliğ edir. Ankara keçmiş SSRİ respublikalarını da öz maraq zonalarına daxil etmək istəyir. Moskva bu cür ideoloji təşkilatlanmaya necə baxır?

- Həyatdan konkret misallara baxaq. Tələbənin türk və Türkiyə tarixini öyrənməsi yaxşıdır, yoxsa pis? Yəqin ki, yaxşıdır. Teatr, musiqi və rəqs qruplarının dövlətlərarası və bölgələrarası mübadiləsi inkişaf edir, bu necədir? Görünür, çox faydalıdır. Amma aşkar şovinizm fikirlər “hiyləgərliklə” təbliğ olunursa - bu, şübhəsiz ki, pisdir. Ancaq problem ondadır ki, bu cür prosesin tam məzmununu ayırd etmək, belə demək mümkünsə, dənəni samandan ayırmaq qədər çox çətindir. (Musavat.com)

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Çin Aİ-dən Tibbi Texnika İdxalına Məhdudiyyət Tətbiq Etdi
01:38 07.07.2025
BRİCS Sammitindən İsrailə Sərt Mesaj: "Suriya Ərazisindən Geri Çəkil "
01:07 07.07.2025
Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Təl-Əvivdə hava limanına hücum olub
14:30 06.07.2025
Yaponiyada zəlzələ baş verib
14:00 06.07.2025
Azərbaycanlı güləşçi qızıl medal qazandı
13:30 06.07.2025
İlon Mask yeni siyasi partiyasını elan etdi
13:00 06.07.2025
"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Əsvanda Ptolemey dövrünə aid qəbirlər aşkarlanıb
11:29 06.07.2025
Rusiya Xarkova PUA hücumu həyata keçirib
11:11 06.07.2025
"Almaniya müdafiə olunmalıdır”
10:51 06.07.2025
Almaniya Ukraynaya Patriot sistemi almaq istəyir
10:16 06.07.2025
İsrailin Qəzzaya endirdiyi son hava hücumlarında 78 nəfər ölüb
09:52 06.07.2025
Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Şirkət maşını dərəyə aşıb
08:19 06.07.2025
Aşura günü 2 mindən çox şəxs qan verib
07:47 06.07.2025
Hamısı