Gürcüstan NATO-ya qoşulduqdan sonra Rusiya təhlükəsi ilə üzləşməyə hazırdırmı?

NATO ittifaqı Gürcüstan üçün Abxaziya və Tsxinvali problemindən dolayı yeganə seçimdir

Müsahibələr 13:52 14.02.2021

Co Baydenin hakimiyyətə gəlməsi ilə Cənubi Qafqazla münasibətlər yenidən ABŞ administrasiyasının gündəminə gəldi. Yaxın Şərqdə Türkiyə ilə Qafqazda Rusiya ilə qarşıdurmadan qorxaraq, ABŞ indi Gürcüstanda Qafqazla əlaqələrini genişləndirmək üçün bir yol görür.

Bir çox Qərb mütəxəssisləri hesab edir ki, Gürcüstanın NATO-ya üzvlüyü ABŞ-ın regional planının həyata keçirilməsində böyük rol oynaya bilər.

Məsələyə aydınlıq gətirmək üçün Gürcüstanın Tbilisi şəhərində yerləşən Avropa Universitetinin professoru Emil Avdaliani Eurasia Diary-yə müsahibə verib.

- Qərbin bölgədəki əlaqələrini genişləndirmək ümidi Gürcüstanın NATO-ya üzv olmasıdır. Bununla birlikdə, NATO-ya üzvlük qanununa görə, ərazi bütövlüyü problemi olan ölkələr qoşula bilməz. Bu barədə nə deyə bilərsiniz?

- Abxaziya və Tsxinvali bölgəsindəki (Cənubi Osetiya kimi tanınan) Rusiyanın hərbi mövcudluğu səbəbindən Gürcüstanın ərazi problemləri mövcuddur. Bu, həqiqətən də ölkənin NATO-ya üzv olmaq perspektivləri üçün böyük bir maneədir.

Bu problemin qarşısını almaq üçün NATO-ya üzv olmağa görə müxtəlif modellər təklif olunur. Bunlar arasında Gürcüstanın münaqişəli ərazilərinin NATO-nun müdafiə öhdəliklərinə daxil edilməməsi təklifi mövcuddur. Yəni bu, kollektiv müdafiə maddəsinin yalnız Tbilisinin nəzarətindəki ərazilər üzərində tətbiq olunması deməkdir.

Ancaq görünür ki, onların bu xətti davam etdirmək istəyi yoxdur. Qərbin həll edəcəyi problemlər var. Bunların arasında Transatlantik əlaqələrdəki anlaşmazlıqlar, pandemiyadan qaynaqlanan problemlər, Çin ilə münasibətlərin gərginləşməsi və s. var. Bəlkə də Qərbdə Gürcüstanın NATO üzvlüyünün Rusiya ilə münasibətləri necə çətinləşdirə biləcəyi barədə düşünmək daha çox da əhəmiyyətli deyil. Aİ-Rusiya münasibətləri ən aşağı səviyyədədir (Borrell-in Moskvaya səfəri bir daha bunu göstərdi), lakin aparıcı Avropa dövlətləri hələ də Moskva ilə əlaqələri daha da çətinləşdirmək istəmirlər.

Bundan əlavə, ABŞ prezidenti Co Bayden gələcəkdə Rusiya ilə ikitərəfli əlaqələrin qurulmasında daha açıq olmasına və administrasiyasının Moskvaya qarşı daha prinsipial olacağına baxmayaraq, Bayden də Rusiya ilə gərginlik axtarmayacağı ehtimalı açıqdır. Rusiyanın Gürcüstanın Abxaziya və Tsxinvali bölgəsindəki hərbi varlığı ABŞ rəsmisi tərəfindən tez-tez səslənəcək və tənqid ediləcək. Ancaq Vaşinqtonun Gürcüstanın NATO-ya üzv olma perspektivləri ilə əlaqədar nə qədər irəliləyəcəyi qeyri-müəyyən qalır.

Hal-hazırda, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Rusiyanın bölgədəki addımları NATO və ABŞ-ın manevrlərini məhdudlaşdırır. Ola bilsin ki, müntəzəm hərbi təlimlər, hərbi texnologiyaların ötürülməsi daxil olmaqla daha da gücləndirilmiş NATO-Gürcüstan tərəfdaşlığı mümkündür.

- Gürcüstan NATO-ya üzv olarkən Rusiyanın təhlükəsini nəzərə alır?

- Abxaziya və Tsxinvali bölgəsindəki Rusiya hərbi hərəkətləri Tiflis üçün birbaşa hərbi təhlükədir. Bununla birlikdə, Gürcüstan NATO-ya üzv olması ilə sərhədləri boyunca daha təhlükəsiz geosiyasi vəziyyət yaratmağa çalışır.

Bu, NATO üzvlüyündən sonra iki bölgədəki təmas xətti boyunca problemlərin yaranmayacağı anlamına gəlmir. Lakin ümumilikdə NATO Gürcüstan üçün Abxaziya və Tsxinvali bölgəsinə birbaşa siyasi nəzarəti itirməsi səbəbindən yaşadığı mənfi təsirləri tarazlaşdırmaq üçün yeganə seçimdir.

- Ümumiyyətlə, bu gün Gürcüstan ordusu NATO standartlarına hazırdırmı?

- Gürcüstan ordusu hərbi gücünü artırır. Qərb tərəfdaşları ilə hərbi təlimlər və hərbi təcrübə mübadiləsi kimi digər metodlarla NATO standartlarına uyğunlaşma davamlı olaraq həyata keçirilir.

Yeni hərbi texnologiyalar alınır. Ölkənin hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi üçün böyük səylər göstərilir. Bu, ümumiyyətlə Gürcüstan ordusunun ən zəif nöqtəsi olub. İkinci Qarabağ müharibəsi və pilotsuz təyyarələrin effektiv istifadəsi hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsinin vacibliyini göstərdi. Hava hücumundan müdafiə sistemindəki çatışmazlıqları aradan qaldırmaq üçün Fransa və İsrail ilə tərəfdaşlıq aparılır.

Bunlar hələ sadə hərəkətlərdir. Gürcüstanın hərbi büdcəsi son bir neçə il ərzində durmadan artsa da, qonşu dövlətlərlə müqayisədə hələ də xeyli azdır.

Müsahibəni aldı: Elnur Ənvəroğlu
Tərcümə etdi:Ülvi Əhmədli
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı