"Ermənistan hərəkətlərinə görə məsuliyyəti təmamilə öz üzərinə götürməlidir" Aleksey Naumov

Müsahibələr 17:09 18.02.2021
Eurasia Diary beynəlxalq jurnalist və politoloq Aleksey Naumovla eksklüziv müsahibəni təqdim edir.
 

Hazırda Rusiya-Türkiyə Monitorinq Mərkəzi barədə çoxlu müzakirələr gedir. Bu barədə nə deyə bilərsiniz?

- Rusiya-Türkiyə Monitorinq Mərkəzi bölgəyə nəzarət vasitələrindən biridir. Bu alət Azərbaycan tərəfindən çox peşəkarcasına hazırlanıb. Mərkəzdə otaqlara daxil olduqda  məni çox təəccübləndim. Orada dəqiq bölgü aparılıb. Hər iki tərəfin 8 monitoru, 6 kompüteri, bir kabinet türk komandanın və onun həmkarının. Bu bütün tərəflərin maraqlarını nəzərə alan effektiv monitorinq mərkəzidir. Biz bilirik ki, nə Rusiya, nə də ermənilər istəmirdi türk sülhməramlılar burada olsun. Türk süıhməramlılar hazırda yoxdur. Onlar distant iş görür. Mərkəz vəzifəsinin öhdəsindən effektiv şəkildə gəlir və qarşıya qoyulan diplomatik məqsəd heç kimi qıcıqlandırmır. Mərkəzin yerləşdiyi ərazi işğaldan azad olunmuş ərazidə deyil, artıq çoxdan Azərbaycanın tərkibində olan bir ərazidədir.

Ermənistanda müxalifətin Paşinyanın yerinə hakimiyyətə gəlməsi ehtimalı nə qədərdir?

- Ermənistanda müxalifət hakimiyyətə gələ bilər. Ancaq bu, Ermənistan üçün yaxşı heç nə vəd etmir. Ermənistanda stabilliyin olması bütövlükdə region üçün faydalıdır. Ermənistan Qarabağ məsələsinin nizamlanması şərtlərini qəbul etməli, ərazilərin itirilməsi ilə barışmalıdır və siyasi yenidənqurmaya başlamalıdır. Hakimiyyətə gələn qüvvə Qarabağa hücum etməyə dəyərmi, Azərbaycanla qarşıdurmaya getməyə dəyərmi kimi məsələləri deyil, ölkəni necə bərpa etmək, böhrandan çıxmaq, sonu olmayan revanşızmə məruz qoymamağı müzakirə etməlidir. Ermənistana  sülh lazımdır və kim ölkəni sülhə aparsa, o da Ermənistanın perspektivli siyasətçisi olacaq. Demokratik quruluşlarda qəfil dəyişikliklər ola bilir və populizm xasdır. Hakimiyyətə radikal erməni də gələ bilər. Ancaq bu halda ölkənin gələcəyi daha kədərli olacaq. Ermənistanda konstruktiv müxalifət və qüvvə hələ ki, görünmür. Sülhə doğru meyllər hələ ki, görünmür. Sovet dövründə Ermənistandan bütün dəmir yolları keçirdi. Lakin yeritdiyi siyasətə və buraxılan səhvlərə görə, Azərbaycandan keçən boru kəmərlərinin tranzit ölkə kimi böyük gəlirlərdən məhrum oldu.    

Qarabağ ermənilərinin Azərbaycana tamhüquqlu inteqrasiyasına nə mane olur?

- Tarixən düşmən münasibət bəslənməsi. Azərbaycanın istənilən hökumət qurumu bu vəziyyəti dəyişə bilməz. Hazırda sülh mümkün deyil. Azərbaycanlılarla ermənilərin genetik bir yerdə yaşaya bilməyəcəyi mifdir. Ancaq misalçün 20-30 il keçəndən sonra heç vaxt ünsiyyət qurmayan ermənilər və azərbaycanlılar öncəki mifi dağıtsalar bu mümkün ola bilər, yoxsa onilliklər, yüzilliklər boyu bu düşmənçilik davam edə bilər. Qafqaz regionu koloritli, unikal, möcüzəvi bir bölgədir. Erməni xalqından qeyri-stabilliyin bazası olmaması üçün çox şey asılıdır.  

Azərbaycana nifrət hissi bəsləyən ermənilər bunu öz uşaqlarına da ötürəcəklər. Bəs bu halda düşmənçiliyə nə zaman son qoyulacaq?

- Region iqtisadi cəhətdən inkişaf etdikcə, insanlar anlayacaq ki, qürurlu, zalım və ac olmaqdansa sakit, xeyirxah və tox olmaq daha yaxşıdır. Nifrət yanacaq tələb edir, ən yaxşı isə yanacaq pul və qidadır.

Daha ətraflı videoda:

Müsahibəni aldı: Cəmilə Çebotareva

Tərcümə etdi: Gülnar Səlimova


Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı