ABŞ və Çin arasındakı diplomatik əlaqələrin perspektivləri nələrdir? Əməkdaşlıq yoxsa rəqabət

Müsahibələr 21:27 20.02.2021

İki gün əvvəl, Amerika prezidenti Co Bayden Çin Xalq Respublikasının lideri Şi Cinping ilə hakimiyyətə gəldikdən sonra ilk telefon danışıqları həyata keçirilib. Telefon danışıqlarında hər iki lider bir sıra problemlərə, o cümlədən ikitərəfli əlaqələrə, koronavirusa qarşı mübarizəyə, iqlim dəyişikliyinə, Çində insan hüquqları məsələsinə və Hind-Sakit okean regionundakı vəziyyət ilə bağlı məsələlərə toxunub.

Qeyd olunmalıdır ki, Donald Tramp rəhbərliyi altındakı ABŞ Çin dövləti ilə əməkdaşlıqdan çəkinib, iki dövlət arasındakı rəqabəti gücləndirdi. Trump Amerikanı ticarət mübarizəsinə sürükləyərkən, Çinsahili ərazilərdə öz hərbi hegemonluğunu artırırdı.

Növbəti 10 illikdə Amerika və Çin dövlətləri arasında istər geosiyasi, istərsə də geoiqtisadi sahələrdə nə baş verəcəyi hələ də müəmmalı görünür.

Amerika və Çin arasındakı diplomatik əlaqələrin perspektlərini aydınlaşdırmaq üçün, Çin tədqiqatları üzrə ekspert Denis Hetler öz nöqteyi-nəzərini Eurasia Diary ilə bölüşüb. Cənab Hetler öz dokturantura dərəcəsini  Amerikanın Kaliforniya universitetində antropologiya sahəsi üzrə yiyələnib. O, Çindəki 1980 və 1990-cı illərdəki arxeloji və antropoloji sahə üzrə tədqiqata yardım etmiş, 35 ildən artıq kollec və universitetlərdə pedaqoji fəaliyyət göstərib.

 Donald Trampın hakimiyyəti dövründə Çinə qarşı aqressiya mövcud idi. Bəs Co Baydenin idarəçiliyi altındakı Amerika ilə Çin arasında daha yaxşı bir əmədaşlıq gözlənilirmi?

- Əgər biz real mövqedən vəziyyətə nəzər salsaq, Tramp administriyasının Çin dövləti ilə münasibətdə uğursuzluğa uğradığını görürük. Nəticə olaraq, Çin ixracatı artmış və ABŞ-ın isə ixracatı azalmışdır. Çinin yüksək texnoloji sektoruna qarşı tətbiq olunan sanksiyalara baxmayaraq, bu addımlar Çini özünü daha çox təmin edə bilməsi üçün yerli sənayesini inkişaf etdirməyə sövq etdi. Trampın Şərq və Cənubi Çin dənizlərində və Tayvan boğazında silahlı gəmi diplomatiyası Çinin sayıqlığını artırmasına səbəb oldu. Dövlət katibinin bombardman ritorikası, Çinin daxili siyasətində davamlı olmaq qərarını gücləndirdi. Nəhayət, COVID-19-un Çindən qaynaqlandığı üçün Trampın Çinə qarşı çıxması, Çinin pandemiya ilə əlaqəli tibbi qruplar və ləvazimatlar və COVID-19 peyvəndlərini inkişaf etməkdə olan ölkələrə və inkişaf etməkdə olan bazarlara tədarükündə dünyaya liderlik etməsinə səbəb oldu. Buna baxmayaraq, Trampın Çinə qarşı münasibəti Qərb mediasında mənfi təbliğat şəklində əks olundu və ABŞ siyasi dairələrində Çinə qarşı konsensus meydana gəldi.

Bayden bununla da uğursuz Çin siyasətini miras aldı, ancaq “Çinə qarşı yumşaq” olmaqda günahlandırılmadan konstruktiv dialoq üçün kifayət qədər sərbəst deyil.Nəticə etibarilə, rəsmi Pekinin qarşısında ritorik sərt xətt çəkmək üçün bir sıra addımlar atmaq məcburiyyətində qaldı. Trampın Çinlə effektli siyasət yürütməməsinə cavab olaraq, Bayden, ABŞ-a müttəfiqləri ilə Çinə meydan oxumaq və "hesabını vermək" üçün "Dəyərlər İttifaqı" qurmaq üzərində işləyəcəyini söylədi. Ancaq ABŞ-ın dünya siyasətində əxlaqi əminlik və liderliyi dövrü çoxdan geridə qaldı və ABŞ-ın “dəyərlərinin” boş, pozğun və riyakar olduğu görüldü. Müttəfiqləri, Amerika ilə ticarət əlaqələri yaratmaqdan daha çox Çinlə ticarət və investisiya müqavilələri ilə maraqlanırlar.

Baydenin seçimi daralır. Çinlə “güclü rəqabətə” girmədən əvvəl, o öz əlaqələrini möhkəmləndirməlidir. Atacağı ən yaxşı addım isə müəyyən dərəcədə münasibətləri yeniləmək və gözləməkdir (cəza nəzərdə tutulmur). Çinə qarşı etdiyi hər hansı bir hərəkət, simvolik olacaq və nəticəsi təsirli olmayacaq.

 ABŞ və Çin arasındakı əməkdaşlıq dünyadakı təhlükəsizlik və sabitliyə müsbət təsir göstərə bilərmi?

- COVID-19 sonrası dünyada sülh, təhlükəsizlik və sabitlik dünyanın iqtisadi dirçəlişi üçün vacib olacaq. Çin bir sıra digər Şərqi və Cənub-Şərqi Asiya ölkələri kimi öz sərhədləri daxilində pandemiyaya effektli şəkildə nəzarət edir. ABŞ, İngiltərə və Aİ-nin vəziyyəti o qədər də yaxşı deyil və iqtisadiyyatları hələ də çətin vəziyyətdədir. Hindistan, Braziliya və Meksika kimi ən böyük inkişaf etməkdə olan ölkələr, Latın Amerikasındakı digər ölkələr kimi pandemiyaya çox məruz qaldılar. Çin bir daha 2009-cu ildəki dünya maliyyə böhranından sonra olduğu kimi qlobal iqtisadi dirçəlişə rəhbərlik edə biləcək mövqedədir. Bu səbəbdən ABŞ və Çinin fikir ayrılıqlarını kənara qoyub təhlükəsizlik və sabitliyə nail olmaq üçün birlikdə çalışmaları dünya dövlətlərinin marağındadır.

 Bayden Şi Cinping ilə danışıqlarında, Çinin Honq Konqa təzyiqləri, Sincanda insan haqları pozuntuları və Tayvana qarşı getdikcə daha da şiddətlənən addımları barədə narahatlığını vurğuladı. Sizcə, ABŞ-ın Çinin daxili işlərinə qarışmağa davam etməsi iki böyük güc arasındakı ikitərəfli münasibətlərin normallaşmasına təhlükə yaradırmı?

- Çinin Sincan, Honq Konq və Tayvandakı siyasətinin üç məsələsi Çinin əsas milli maraqları ilə bağlıdır və müzakirə edilə bilməz. ABŞ və onun müttəfiqlərinin Çində sabitliyi pozmaq və geosiyasi üstünlük qazanmaq üçün hər üç sahədə də gərginlik yaratmağa çalışdıqları şübhəsizdir. Honq Konqda Çin suverenliyini və milli təhlükəsizliyini sığortalamaq, demokratik hüquqlara qarşı bir təzyiq deyil. Xarici qüvvələrin təhriki ilə Sincanda baş verən separatizm və yerli terrorizmlə mübarizə insan haqlarının pozulmasına səbəb olmur və Tayvanın müstəqilliyə doğru irəliləməsini dəstəkləmək səylərinə qarşı çıxmaq aqressivlik deyil və bu addımlar Çinin milli suverenliyini xaricdən sarsıtmaq cəhdlərindən qoruyur. ABŞ Çinin əsas milli maraqlarına meydan oxumaq cəhdlərində davam edərsə, bu Vaşinqton və Pekin arasında ikitərəfli münasibətlərin tam normallaşmasına mane olacaq.

Bayden, Şi Cinpingə azad və Hind-Sakit okean bölgəsini qorumağın ABŞ-ın əsas hədəfi olduğunu söylədi. Bölgədəki təhlükəsizliyi və sabitliyi gücləndirmək üçün hər iki tərəf Hind-Sakit okean hövzəsi məsələlərini başa düşməlidir. Xahiş edirəm deyəsiniz, iki böyük gücün bu mövzuda güzəştə getməsi nə dərəcədə real ola bilər?

- Amerika Hind-Sakit okean hövzəsində hərbi hegemonluğunu qorumağa çalışdığı müddətcə, regional və qlobal gücünü artıran Çinlə qarşıdurmada olacaq. Çinin yaxın sahil sularından və uzun müddətdir davam edən suveren iddialarından xarici müdaxilələrə görə əl çəkəcəyini düşünmək real deyil. ABŞ Çinin uzaqlaşmadığını və bölgədəki mövqeyindən əl çəkmək fikrində olmadığını anlamalıdır. Bu olmadığı müddətcə iki dövlət arasında gərginlik qalacaq.

Müsahibəni aldı: Yunis Abdullayev

Tərcümə: Babək Məmmədzadə

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
Hamısı