İrəvandakı hadisələrdə Rusiyanın əli ola bilər Politoloq açıqladı

Paşinyan hakimiyyətdən gedərsə, Qarabağ və Cənubi Qafqazda gərginlik artacaq

Müsahibələr 20:17 26.02.2021

Ermənistanda Paşinyan hakimiyyətinin devrilməsi zəminində baş verən gərginlik davam edir. Ötən gün İrəvanda Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatı ilə başlayan etirazlar axşam pik həddinə çataraq, baş nazirin istefaya göndərilməsi üçün fasiləsiz aksiyaya çevrildi. Vəziyyətin çevrilişlə nəticələnəcəyini duyan baş nazir Nikol Paşinyan tərəfdarlarını paytaxt meydanına topladı. 

Qeyd edək ki, baş verən hadisələrə bir çox ölkələr münasibət bildirib və bunların arasında Türkiyənin mövqeyi xüsusilə maraqlıdır. İrəvanla diplomatik münasibətləri olmayan Ankara narahatlığını ifadə edərək, hərbi çevrilişin qəbuledilməz olduğunu açıqlayıb. Əksinə, Ermənistanın ən yaxın müttəfiqi sayılan Rusiya baş verənlərin ölkənin daxili işi olduğunu söyləyib, qanuni hakimiyyətə açıq dəstək verməməklə, yaxasını kənara çəkmək niyyətində olduğunu göstərib. Bir çoxları bunu rəsmi Moskvanın, sanki Paşinyanın hakimiyyətdən getməsini dəstəkləməsi kimi dəyərləndiriblər. 

Məsələ ilə bağlı Ankara Böhran və Siyasət Araşdırmalar Mərkəzində (ANKASAM) Beynəlxalq Münasibətlər üzrə ekspert Doğacan Başaran Eurasia Diary-yə müsahibə verib.  

- Dünən Ermənistandakı dövlət çevrilişinə cəhd rəsmi Ankaranı daha çox narahat etdi. Bu narahatlığın arxasında dayanan əsas səbəb nədir?

- İlk öncə qeyd etmək istərdim ki, beynəlxalq qaydalara və demokratik prinsiplərə söykənən Türkiyə istənilən təqdirdə çevrilişi qınayır. Türkiyə Misir və Sudan kimi ölkələrdə olduğu kimi Ermənistanda da baş verənlərə göz yummadığını göstərir. Bu fikirləri Türkiyə Prezidentinin İctimaiyyətlə Əlaqələr üzrə rəhbəri Fahrettin Altunun da açıqlamasında duymaq mümkündür.   

Onu da qeyd edim ki, Türkiyə Ermənistanda baş verə biləcək çevrilişin regiondakı sabitliyi poza bilmə riskindən dolayı narahatdır. Çünki əvvəla, Paşinyan Qarabağdakı savaşı uduzan Ermənistan hakimiyyətinin başında duran bir liderdir. Digər məsələ budur ki, Paşinyan qərbə meyillidir və Rusiya ilə münasibətləri məhduddur. O üzdən də Paşinyanın hakimiyyətdən gedəcəyi təqdirdə Rusiyanın Ermənistanda nüfuzunun artması, rus və ermənipərəst qüvvələrin xüsusən, Qarabağ və cənubi Qafqazda xaos yarada bilmə təhlükəsi var.    

Üstəlik, ordu hakimiyyəti ələ keçirsə, administrasiyanın da hərbiləşdiriləcəyi aydındır. Türkiyə təbii ki, belə bir vəziyyətin baş verməsini istəmir. Bundan əlavə, Paşinyan hakimiyyətdə qalmağı bacararsa, Türkiyə və Azərbaycan Ermənistanla birgə Rusiyaya qarşı müttəfiqlik formalaşdıraraq Moskvanın regiondakı təzyiqini azaltmağa nail ola bilər. Eyni zamanda, bu əlaqələr, Ermənistanın təcavüzkar iddialarından imtina edib daha dinc ölkə imicini almasına kömək edə bilər.

- Göründüyü kimi, Rusiya dünən baş verən hadisələrdən məsafə saxlamağa çalışırdı. Sizcə, Rusiya Paşinyanın hakimiyyətdən getməsində maraqlı ola bilərmi? 

- Rusiyanın bu prosesdə səssiz qalması çevriliş cəhdini dəstəklədiyi kimi ifadə edilə bilər. Hətta Moskvanın Qarabağ müharibəsi dövründə keçmişə nisbətən daha neytral mövqe tutması qismən Paşinyanı cəzalandırmaq istəyindən irəli gəlirdi. Paşinyanın Qərbə meyilli olması Rusiya tərəfindən narahat vəziyyət kimi qəbul olunur. Bu səbəbdən də Moskva, Ermənistandakı prosesləri sözügedən ölkənin daxili məsələsi kimi şərh edərək, çevriliş cəhdini pisləmədiyini bildirdi. Bu məqamda Ermənistanın Baş naziri Paşinyanın Rusiyadan alınan “İskəndər” raketlərinin işə yaramadığı ilə bağlı açıqlamaları diqqətdən kənarda qalmamalıdır. Bundan əlavə, unutmamalıyıq ki, Ermənistan ordusunun şəxsi heyətinin əksəriyyəti Rusiyada təhsil alıb.

- Ermənistanda müxalifət hakimiyyətə gələrsə, Türkiyə ilə Ermənistan arasında münasibətlərə nə kimi təsiri ola bilər? 

- Hesab edirəm ki, Ermənistanda hakimiyyət dəyişikliyi olduğu təqdirdə Vazgen Manukyan baş nazir olacaq. Belə bir vəziyyətdə Rusiyanın Ermənistandakı çəkisi artacaq. Unutmaq olmaz ki, müxalifət aksiyaları Qarabağ müharibəsinə son qoyan razılaşmanın imzalanmasından sonra başladı. Onların əsas narahatlığı 30 illik işğalın sona çatmasıdır. İrəvanda baş verə biləcək güc dəyişikliyi atəşkəsin pozulmasına və revanşist meyillərin güclənməsinə səbəb ola bilər. Bu, Türkiyəni ciddi narahat edən bir məsələdir. Çünki rəsmi Ankara ərazi bütövlüyünə nail olan güclü, müstəqil bir Azərbaycan dövlətini istəyir. Bu baxımdan o, həmişə Azərbaycanın yanındadır və daim yanında olmağa davam edəcək. O üzdən də İrəvanda qeyri demokratik yollarla baş verə biləcək hakimiyyət dəyişikliyi Türkiyəni narahat edir.

Elnur Ənvəroğlu 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
Hamısı