İranda milli nüvə texnologiyası günü atom obyektində qəza rəsmi Tehran üçün sürpriz və ya "təbrik" sayıla bilərmi..?

Müsahibələr 17:09 12.04.2021

Şənbə günü İranın Nətənzdəki nüvə atom stansiyasında ciddi texniki problem yaşanıb. Rəsmi Tehran stansiyada partlayış nəticəsində xəsarət alan və ətrafa radioaktiv maddə yayılmadığını bildirir. Buna baxmayaraq, nüvə sahəsindəki ekspertlər bunun təhlükəsizlik baxımından ciddi siqnal olduğu qənaətindədirlər. 

Bir çox qərb mənbələri baş verən hadisənin kiberhücum olduğunu iddia etsə də, rəsmi Tehran hələ də bu hadisənin törədilməsində əsl səbəbkarın axtarışındadır. Qeyd edək ki, “New York Times”, “Jerusalem Post” kimi nüfuzlu və gizli informasiyaların ötürüldüyü qəzetlər belə, partlayışın arxasında İsrail xüsusi xidmət orqanlarının dayandığını bildirilər. 

Ortada qaranlıq məqamlar, o cümlədən İran rəsmilərinin bir-birini təkzib edən fikirləri yer alır. Təbii ki, İranın hədəfində olan Qərb ilkin şübhəli qismində qara siyahıda yer alıb. Eyni zamanda, sanksiya buxovlarından qurtulmağa çalışan İran məsuliyyəti sionist dövlət kimi tanıdığı İsrailin üzərinə yıxır. 

Baş verənlərdə ən maraqlı cəhət isə bu hadisənin İranda aprelin 8-də qeyd edilən milli nüvə texnologiya gününə təsadüf etməsidir. Görünür hansısa qüvvələr İrana sürpriz hazırlayıb.   

Eurasia Diary-yə müsahibə verən politoloq  Sədrəddin Soltan bir çox vacib məqamlara aydınlıq gətirib. 

Sədrəddin Soltan: “İrandakı vəziyyətin qənaətbəxş olmayacağı ehtimal  edilir” Pravda.az

- “New York Times”, “Jerusalem Post” və bəzi digər mənbələr İrandakı nüvə stansiyasındakı hadisəni terror aktı kimi dəyərləndirir. Sizcə bu, İrana qarşı kiberhücumdur, yoxsa sadəcə nasazlıq səbəbindən baş verən qəza?

- İranın Nətənz atom nüvə stansiyasında baş verən hadisə müxtəlif şəkildə dəyərləndirilə bilər. Şübhəsiz ki, İran hökuməti ölkəsində baş verən bu kimi hadisələrdə ilk öncə İsraili göz önünə alır. İranda təxminən 100 il əvvəl baş verən hadisələrdə ingilis barmağı axtarılırdısa, indi son 30 ildəki hadisələrdə İsrail və ABŞ hədəfdə dayanır. Eyni zamanda, bu gün verilən açıqlamadan aydın olur ki, həmin hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Təbii ki, ilk növbədə bu, kiberhücum kimi dəyərləndirilir. Çünki İranın nüvə obyektləri fiziki baxımdan çox güclü şəkildə qorunur. Orada hər hansı bir hərbi hücumun gerçəkləşdirilməsi mümkünsüzdür. Lakin müasir informasiya texnologiyaları sübut edir ki, kiberhücumlar bu günümüzdə daha yüksək təsirə malikdir. İran özünü təmizə çıxartmaq üçün bunun nasazlıq səbəbindən olduğunu deyə bilər, lakin düşünürəm ki, bu, İrana bir xəbərdarlıqdır.   

- İranla ABŞ arasında nüvə məsələsi üzərində donmuş danışıqlar bərpa edilir. Sizcə bu hadisə danışıqlara təsir edə bilərmi?  

- Danışıqlara gəldikdə, məlum olduğu kimi ABŞ irəli sürdüyü şərtlərin yerinə yetiriləcəyi təqdirdə İranla dəyirmi masa ətrafında oturacağını deyib. İran isə bu mərhələli danışıqlara razı deyil. Hesab edirəm ki, bu hadisədən sonra İranın mövqeyində müəyyən yumşalma özünü göstərəcək. Eləcə də, bu hadisə İrana qarşı təzyiq və beynəlxalq qınağı artıracaq. 

Digər tərəfdən İranın iddialı və hikkəli davranışı onun özünə böyük problem yaradacaq. Çünki bu, adi bir iqtisadi və ya siyasi məsələ ilə bağlı sanksiya deyil. Baxın, 1986-cı ildən bəri Çernobıl qəzasından 35 beş il keçsə də, həmin hadisənin fəsadları hələ də öz təsirini göstərir. O üzdən İran bu məsələdə iddialı və hikkəli davrana bilməz və bu qəbuledilməzdir. Bu, birbaşa region dövlətləri üçün ölüm təhlükəsi ola bilər.    

- İranın XİN rəhbəri Cavad Zərif bazar günü İran Parlament üzvləri, Milli Təhlükəsizlik Xidməti və Xarici Siyasət Komitəsinin nümayəndələri ilə görüşündə Natanz nüvə bazasındakı qəza barədə məruzə edib. O qeyd edib ki, baş verən hadisə İranın nüvə istehsalını azaltmayacaq. Əksinə, sionistlərə cavab olaraq İran bu sahədə fəaliyyətini daha da gücləndirəcək...

- Bayaq qeyd etdiyim kimi, İranın burada kiməsə acıq verməsi və ya nüvə istehsalını artırması adi qəbul edilə bilməz. Burada sadəcə bir silah və ya artilleriyadan söhbət getmir. Söhbət İran daxil olmaqla, ətrafındakı region dövlətlərin milyonlarla əhalisindən gedir. 

İran bu hadisədə kimisə günahlandırmaqdansa, ilk növbədə mühafizə sistemindəki zəif tərəflərini aradan götürməlidir. Qeyd etdiyim kimi, burada hər hansı bir fiziki təhlükəsizlikdən söz gedə bilməz. İranın nüvə obyektləri qalın betonlarla mühafizə olunur və orada kifayət qədər həm havadan, həm də qurudan mühafizə sistemi təşkil olunub. Burada sadəcə bir məsələ qalır, o da müasir texnologiyanın gücü ilə həyata keçirilə bilən kiberhücum. 

Fikrimcə, hadisələr də onu göstərir ki, İran bu sahədə geridə qalır. Bir halda ki, İranın ən təhlükəli obyektinə bu hücum gerçəkləşdirilir, demək burada günahkar təhlükəni törədəndən çox, obyektin sahibidir. Çünki İran bu tip hadisələrin qarşısını almaqda aciz duruma düşdü və bunun yenidən təkrarlana bilməsi istisna edilmir. Buna görə də, İran Qərbin qoyduğu qaydalara əməl etməli və bununla da regionda şəffaflığı təmin etməlidir. 

- İranın nüvə istehsalını artırması ilə bağlı əks fəaliyyəti Qərb tərəfindən necə qarşılanacaq? İranı daha hansı təhdidlər gözləyir? 

- İranın nüvə istehsalını artırması Qərb tərəfindən birmənalı olaraq müsbət qarşılanmır. Düşünürəm, ABŞ dövlət katibi Entoni Blinkenin Brüsselə səfərində müzakirə olunacaq məsələlər arasında İranın nüvə proqramı da dəyərləndiriləcək və həmçinin, qəzanın incə detallarına da baxılacaq. 

Hesab edirəm ki, bundan sonra ABŞ daxil olmaqla Qərbi təmsil edən 4 dövlət İrana qarşı sanksiyalar tətbiq edəcək. 

Digər bir məsələ, məhz bu hadisədən sonra İran iqtisadiyyatında geriləmənin labüd olmasıdır. Nətənz nüvə stansiyasının bərpası ən azı doqquz ay sürəcək və bu müddət ərzində İran iqtisadiyyatı böhran yaşayacaq. İranın bərpa işləri üçün külli miqdarda vəsaitə ehtiyacı var. Qərbin təzyiqləri isə İranın bir çox planlarını geri salacaq.   

Elnur Ənvəroğlu 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı