Azərbaycan AİB-ə öz gündəliyi ilə daxil olacaq ekspert

Müsahibələr 14:47 23.04.2021

Azərbaycanın AİB-ə daxil olması perspektivləri Birliyin yarandığı gündən qaldırılıb. Eyni zamanda, Bakı müntəzəm olaraq AİB ilə münasibətlərin rəsmiləşdirilməsinin Qarabağ münaqişəsinin həll olunanadək baş verməyəcəyini açıq şəkildə bildirib. Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə ölkənin ikitərəfli münasibətlərin inkişafına diqqət yetirdiyini bildirib. Lakin, Azərbaycan Vətən müharibəsində qalib gəldikdən dərhal sonra onun AİB-ə daxil olması məsələsi nəzərə çarpacaq dərəcədə aktuallaşdı. Bundan əlavə, aprelin sonunda Kazanda keçiriləcək AİB ölkələri hökumətlərarası şurasının növbəti iclasının əsas məsələlərindən biri Azərbaycanın Birliyə müşahidəçi və ya azad ticarət zonasının iştirakçısı qismində qoşulması ola bilər. Buna baxmayaraq, Azərbaycan ictimaiyyətini maraqlandıran bir çox məsələ var.

Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr komitəsinin ekspert şurasının üzvü Alexandr Savelyev, Eurasia Diary beynəlxalq informasiya və analitik portalına verdiyi müsahibədə Azərbaycanın AİB-ə qoşulması ilə əlaqəli ən vacib sualları cavablandırmağa çalışıb.

Cənab Savelyev, bəlkə bundan başlayaq, Azərbaycanın AİB-ə daxil olması mövzusu niyə məhz müharibədən sonrakı dövrdə xüsusilə aktuallaşdı? Əlbəttə ki, İkinci Qarabağ müharibəsindən xeyli əvvəl bu məsələ mətbuatda tez-tez ortaya çıxmışdı, ancaq "fikirlər səsləndirildi" və müharibədən sonra bu fikirlər kifayət qədər real təkliflərə çevrildi. Bu mövzu hətta AİB ölkələrinin hökumətlərarası şurasının iclasının əsas məsələlərindən biri hesab olunur, sizcə bunun səbəbi nədir?

Doğru buyurdunuz, bu mövzu uzun zamandır müzakirə olunur. İndi məlum qərar və razılaşmalarla əlaqədar olaraq məsələ praktik  müstəviyə keçir. Qısamüddətli qərarlar gözləməməlisiniz, amma tendensiya göz qabağındadır. Müharibə bitdi, qarşıda dinc yolla həll və qalan məsələlərin sülh yolu ilə həlli durur. AİB-də iştirak güzəştli ticarət və iqtisadi müqavilələrə tədrici və düşünülmüş şəkildə qoşulma sayəsində Azərbaycan üçün yalnız iqtisadi baxımdan faydalıdır. Balanslaşdırılmış siyasət Azərbaycanın müstəqilliyini möhkəmləndirəcək - bu, Prezident İlham Əliyevin mütləq prioritetidir. Azərbaycan-Türkiyə münasibətlərinin bütün isti və qardaş xarakteri də daxil, maraqlar heç vaxt tam üst-üstə düşmür. Əminəm ki, Azərbaycan bunu yaxşı başa düşür.

Azərbaycanın misilsiz coğrafi mövqeyi həm üstünlükdür, həm də təhlükəlidir. Naxçıvanla birbaşa və etibarlı nəqliyyat əlaqələrinin qurulmasının zəruriliyi aydındır və artıq hamı tərəfindən qəbul edilib. Bunun ediləcəyinə şübhəm yoxdur. Ancaq qlobal kontekst də var - Azərbaycan Şərq-Qərb və Şimal-Cənub ticarət yollarının kəsişməsində yerləşir. İnfrastrukturun inkişafı, dünya iqtisadi inkişafında və işbirliyində layiqli iştirak, ölkənizin gücünə görə yalnız yük daşınmaları deyil, həm də maliyyə, intellektual, texnoloji daxil olmaqla Avrasiya mərkəzinə çevrilmək imkanlarınız var. Eyni zamanda, Azərbaycandanın beynəlmiləlçiliyi və qonaqpərvərlik amili son dərəcə vacibdir.

AİB-də iştirak sinerji effektinə nail olmağa imkan verəcək və hər kəsə fayda gətirəcək. Aydındır ki, Azərbaycanın bu inteqrasiya özü ilə yeni bir gündəm gətirəcək. Özbəkistanın AİB-ə göstərdiyi marağa baxın – burada Çinin qlobal təşəbbüsü də daxil olmaqla bütün imkanlar və çağırışlar nəzərə alınmaqla, hər bir ölkənin imkanları ilə uyğunlaşan bazar perspektivlərini və Avrasiyanın inkişafı və qurulmasında birgə iştirakını görürlər və "Bir kəmər-bir yol” adlı qlobal təşəbbüs ÇXR-nin təsirini artırır.

Azərbaycanın AİB-dəki statusu məsələsi üçün, fikrimcə, münasib vaxt deyil. Bütün maraqları uzlaşdırmaq üçün hazırlıq dövrü və çox zəhmət tələb olunacaq, çünki bir daha təkrar edirəm, Azərbaycan AİB-ə daxil olsa, öz gündəmi ilə daxil olacaq ki, bu da təbii və məntiqlidir. İştirakçı ölkələrin heç bir həll olunmayan ziddiyyətini, ciddi və obyektiv maraqlarının toqquşmasını görmürəm. Qlobal böhran kontekstində OPEC + formatı ümumi maraqların anlaşılmasının vacibliyini və bu anlaşmadan irəli gələn qərarların effektivliyini göstərdi.

Sizcə, Ermənistan Azərbaycanın AİB-ə üzv olmasına dəstək verəcəkmi?

Erməni cəmiyyəti travma sonrası stres yaşayır. Əldə edilmiş və yumşaq razılaşmaları zamanında rədd edən Ermənistan rəhbərliyi gözlənilən cavabı aldı. Emosiya və hakimiyyət uğrunda mübarizənin idarə etdiyi insanların nə düşündüyünü demək çətindir. Obyektiv olaraq Azərbaycanın AİB-ə daxil olması Ermənistan üçün də faydalıdır - maraqlar nə qədər çox bir-birinə bağlı olarsa, müharibə ssenariləri o qədər az olur, qarşılıqlı anlaşma və ümumi mənafelər axtarmaq istəyi güclənir. Hər halda, Ermənistanda revanşizm qalib gəlsə belə İrəvanın Azərbaycanın AİB-də iştirakına, bu istiqamətdə konkret ardıcıl addımlara ciddi şəkildə qarşı çıxacağını düşünmürəm.

Və ən əsası, AİB-ə qoşulmaq Azərbaycanı neft asılılığından xilas edəcəkmi? Təşkilata daxil olarkən qeyri-neft sektorunu inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır?

Neft pis bir şey deyil və istənilən neft istehsalçısı olan dövlət üçün bir nemət və resursdur. Pis olan neft ehtiyatlarından səmərəsiz istifadədir. Dövlət bu resurslardan müasir rəqabətli sənayelərin inkişafı üçün istifadə edirsə - bunun nəyi pisdir? Rəsmilər “bizdə neft var, buna görə işləməyə ehtiyac yoxdur” deyəndə pisdir (gülür).

Türkiyənin bu məsələdəki mövqeyini necə görürsünüz?

Bu suala cavab vermək üçün bu ölkənin müxtəlif siyasi qüvvələrinin mövqeyindən Türkiyənin maraqlarını başa düşmək lazımdır. Obyektiv olaraq, Türkiyə Avrasiya ölkəsi olaraq regional sabitlik və inkişafda maraqlıdır. Bu marağın reallaşması maraqların hərtərəfli başa düşülməsini tələb edir. İnteqrasiya strukturları daxil olmaqla milli maraqların taktiki və koordinasiyalı təşviqi həm Azərbaycanın, həm də Türkiyənin mənafeyinə uyğundur. Eyni zamanda, Bakının müstəsna türk mənafelərinin təmsilçisi olacağını bəyan edən və Azərbaycanın AİB-ə üzvlüyünü tənqid edənlərlə heç də razı deyiləm. Azərbaycanın, hər kəsin hesablaşmalı olduğu öz milli maraqları var. Türkiyənin bu məsələdəki mövqeyi o qədər də vacib deyil və ən əsası burada maraqların toqquşması yoxdur. Əksinə, Azərbaycanın AİB-də iştirakı Türkiyəni yeni Avrasiyanın inşasına daha müstəsna yanaşmaya sövq edəcək. Strateji baxımdan bu, Türkiyənin özü üçün faydalıdır, onun AİB və ya digər inteqrasiya sistemlərində iştirakı məsələsinin də gündəmdə olacağını istisna etmirəm.

Hüseyn Səfərov

Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

500-dən çox quş növü məhv ola bilər
00:14 01.07.2025
"Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm"
23:59 30.06.2025
Ürək sağlamlığı üçün Gündə bir ovuc qoz ye
23:40 30.06.2025
Fransa polisi mülki şəxsləri öldürür
23:25 30.06.2025
Rusiyanın növbəti hədəfi Odessadır
23:13 30.06.2025
Bu qidalar iltihabı azaldır
22:54 30.06.2025
"ABŞ İrana milyardlarla dollar köçürüb"
22:39 30.06.2025
PKK-nın silahlarını təhvil verəcəyi tarix məlum oldu
22:27 30.06.2025
Uitkoff İranla müzakirələri davam etdirir
22:12 30.06.2025
Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir?
21:15 30.06.2025
Gündə bir alma yemək bu xəstəliklərdən qoruyur
21:06 30.06.2025
İTV Kənan MM-in iddialarına cavab verdi
20:51 30.06.2025
Paşinyan kilsəni zərərsizləşdirə biləcək?
20:36 30.06.2025
Aralıq dənizində Rusiyadan bir milyon barel neft daşıyan gəmi partlayıb
20:19 30.06.2025
Vinçenzo Montellanın müqaviləsi uzadıldı
20:04 30.06.2025
Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı paylaşım edib
19:49 30.06.2025
"Android" smartfonlarında "casus antenalara" qarşı qoruma funksiyası olacaq
19:34 30.06.2025
Paşinyan "xarici agentlər" haqqında qanun təklif etdi
19:19 30.06.2025
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində nə gəzir?
19:04 30.06.2025
Danimarkalı qadınlar orduya püşkatma ilə çağırılacaq
18:49 30.06.2025
Almaniyanın Ukraynaya maliyyə yardımı büdcəsindən 1 milyard avro "yoxa çıxıb"
18:34 30.06.2025
İran Ukraynaya nota verdi
18:19 30.06.2025
Tramp Suriyaya qarşı sanksiyaların yumşaldılması haqqında fərman imzalayacaq
18:04 30.06.2025
DİN "Sputnik Azərbaycan"da keçirilən əməliyyatla bağlı açıqlama verdi
17:55 30.06.2025
Bəylər Eyyubov vəzifəsindən azad edildi
17:39 30.06.2025
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
17:24 30.06.2025
Simonyandan Paşinyan haqqında danışdı: - “Antixristin kiçik barmağıdır”
17:09 30.06.2025
Peskov Azərbaycan XİN-in etirazına reaksiya verdi
16:54 30.06.2025
Avrasiya İttifaqı Özbəkistana “qarmaq” atır
16:39 30.06.2025
"Azərbaycanlıların Rusiyada öldürülməsi kök salmış şovinizmin təzahürüdür"
16:21 30.06.2025
Daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib
16:06 30.06.2025
İran ABŞ-dən zəmanət tələb edir
15:51 30.06.2025
Rusiya FTX-nin "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanıldı
15:36 30.06.2025
İranda "Starlink" istifadəçiləri şallaqlana bilərlər
15:21 30.06.2025
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
15:08 30.06.2025
Metsamor Cənubi Qafqazı Çernobilə çevirə bilər
14:53 30.06.2025
Səfərov qardaşlarının nəşi təhvil verildi
14:41 30.06.2025
Mirzoyan Lavrova elə öz sözləri ilə cavab verdi
14:38 30.06.2025
Rusiyada azərbaycanlıların cinayət işi Mərkəzi İstintaq Komitəsinə tapşırıldı
14:24 30.06.2025
"Sputnik Azərbaycan"da əməliyyat keçirilib
13:40 30.06.2025
Hamısı