F-35-lərdən məhrum edilmə son deyil Sanksiyaya məruz qalan Türkiyə öz milli təyyarəsini istehsal edəcək

Müsahibələr 16:56 23.04.2021

Beləliklə, ABŞ iki gün öncə Türkiyəni beşinci nəsil F-35 qırıcı təyyarələrinin istehsalı proqramından çıxardı. Və qırıcı təyyarələrin istehsalı layihəsi üzrə digər yeddi tərəfdaşı – Avstraliya, Böyük Britaniya, Danimarka, İtaliya, Kanada, Niderland və Norveç ilə memorandum imzaladı. ABŞ-ın bu qərarı Türkiyənin Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərini alması ilə izah edilir.

Qeyd edək ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalamış və bu saziş iki müttəfiq ölkə arasında beynəlxalq qalmaqala səbəb olmuşdu. ABŞ Türkiyədən bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərini almağı tələb etdi. Əks halda Vaşinqton ən yeni F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının ləngidiləcəyini və ya tamamilə dayandırılacağını bildirdi. Buna baxmayaraq, Rusiyanın hava hücumundan ən yeni müdafiə sistemləri S-400 zenit-raket kompleksləri 2019-cu il iyul ayının ortalarından Türkiyəyə çatdırılmağa başlanıldı. Ən son nəticədə, ABŞ verdiyi sözün üzərində dayandı və Türkiyəni proqramdan kənarlaşdırdı.

Bundan sonra hadisələrin hansı məcrada inkişaf edə biləcəyi, Türkiyənin hansı addımlar ata biləcəyi ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Eurasia Diary-yə müsahibə verib.

Ölkədə saxta qəhrəmanlar yetişdirməklə məşğul olan saytlar var” - Hərbi  ekspert » Teref.az

- Türkiyə F-35-ləri nə ilə və ABŞ-ı hansı dövlətlə əvəz edə bilər?

- Türkiyə F-35-ləri bir çox ölkələrin silahları ilə əvəz edə bilər. Burada namizəd kimi zaman-zaman Rusiya təyyarələri göstərilsə də, bildiyimiz kimi Rusiyanın istehsal etdiyi Su-30-lar heç də Türkiyənin istifadə etdiyi F-16-lardan güclü deyil. Türkiyə hazırda onlardan daha güclü bir sistemə malikdir. Bundan əlavə, F-16-ların modernləşdirilməsi də Türkiyənin özündə həyata keçirilir. 

Su-57-yə gəldikdə isə ondan bir çox ölkələr sifariş vermişdi, o cümlədən də ən böyük alıcısı Hindistan olacaqdı. Lakin bu təyyarənin F-35 xüsusiyyətlərinə tam cavab vermədiyi üçün Hindistan artıq bu qırıcılardan imtina edib, Fransa “Rafael”-lərini seçdi. Düşünürəm ki, Türkiyə üçün burada ən optimal variant Pakistanın Çin ilə birgə, həm də Pakistan ərazisində istehsal etdiyi qırıcılar ola bilər. “JF-Thunder” tipli qırıcıların üçüncü bloku daha üstün xüsusiyyətlərə malik ola bilər. Digər tərəfdən, Çinin də 5-ci nəsil qırıcıları var. Və Çinlə Türkiyə arasında silah idxal və ixracında münasibətlər çox müsbət tonlarda davam edir. Odur ki, Pakistan və Çin Türkiyə üçün bu sahədə əməkdaşlığa daha real görünür.

- Türkiyənin F-35 proqramından çıxarılmasını ABŞ-dan asılılığın sonu saymaq olarmı?

- Türkiyənin F-35 proqramından çıxarılmasından danışarkən unutmayaq ki, bundan əvvəl də Türkiyə NATO-da təmsil olunmasına baxmayaraq ABŞ-dan nə Patriot sistemlərini, nə də pilotsuz zərbə tipli vasitələri əldə edə bilməmişdi. Sonda Türkiyə məcbur qalaraq Rusiya tərəfə meyllənmişdi. Pilotsuz vasitələrdə isə Rusiyanın imkanları məhdud olduğundan Türkiyə özünün ABŞ və İsraillə rəqabət apara biləcək “Bayraktar” ailəsinin təyyarələrini hazırladı. Bu təyyarələri həm Suriyada döyüşlərdə tətbiq etdi, həm Vətən müharibəsində biz onların imkanlarından yararlandıq, həm də hazırda bu pilotsuz sistemlər demək olar ki, ən çox tələb olunan aparatlar arasındadır. Odur ki, tətbiq olunan bu məhdudiyyətlər potensialı olan ölkələr üçün müsbət nəticələrə gətirib çıxara bilir. Bəzən bu sanksiyalar vasitəsilə asılılığı aradan qaldırmaq üçün səfərbər olunan qüvvələr yeni və ölkənin milli maraqlarının tələb etdiyi məhsullar istehsal edə bilir. Bu baxımdan mən gözləmirəm ki, Türkiyə hansısa məsələlərdə ABŞ-dan asılı qalmaq niyyətindədir. Tam əksinə, getdikcə bu asılılığın minimal səviyyəyə endirilməsi planlaşdırılır. Nəzərə alaq ki, Türkiyənin TF-X beşinci nəsil milli qırıcı təyyarə proqramı var və ilk təyyarə 2023-cü ildə havaya qalxmalıdır.

- Ekspertlərin sözlərinə görə, Türkiyə F-16-ları yeniləyib, gələcəkdə 4 və 5-ci nəsil səviyyəsinə qədər yüksəldə bilərsə, yeni bir təyyarə modeli almağa ehtiyac qalmayacaq. Bu doğurdanmı belədir?

- Modernləşmə məsələsində F-16-ların 4-cü və 5-ci nəsil səviyyəsinə yüksəldilməsi məsələsi belədir ki, zatən  F-16-lar 4-cü nəslə aiddir və Türkiyənin öz imkanları ilə modernləşdirilir. Hətta NATO üzvü olan ölkələrin F-16-larının modenləşdirməsi Türkiyə imkanları ilə həyata keçirilir. Lakin düşünməyək ki, F-16-nı modernləşdirməklə onu 5-ci nəslə çevirmək olar. Xeyir, bu belə deyil. F-16 sadəcə 4-cü nəslin maksimum imkanlarını əldə edə bilər, lakin bu onun F-35 olacağından xəbər verməz.

- F-35-lər proqramından çıxarılması Türkiyə ilə ABŞ arasında soyuq münasibətləri bir qədər də gərginləşdirə bilərmi?

- Zatən F-35 proqramından çıxarılmaq məsələsi yeni deyil. Bu Rusiyadan alınan S-400 komplekslərinə cavab olaraq atılan addımdır. Bu yeni olsaydı, biz hansısa gərginləşmədən danışa bilərdik. Lakin bu bir neçə ay, hətta bir il öncə baş verdiyindən gərginləşmə artıq mövcud idi. Lakin bu o demək deyil ki, ABŞ-la Türkiyə NATO çərçivəsində əməkdaşlığını kəsəcək və yaxud da bu münasibətlər daha da gərginləşib bəlli bir diplomatik böhrana səbəb olacaq. Gərginləşmə artıq baş verib və bu davam edir, daha da gərginləşəcəyini gözləməyə dəyməz. Zaman-zaman Türkiyə ilə ABŞ arasında belə məsələlər olub. Lakin onlar bu və digər şəkildə gec də olsa həllini tapıb. Bu dəfə də yəqin ki, nə zamansa həllini tapacaq. Amma F-35 proqramı Türkiyə üçün çox önəmli idi çünki, onun bir çox hissələri də Türkiyədə istehsal olunurdu və Türkiyə bu silahların istehsalından çox ciddi məbləğdə vəsaitlər əldə edirdi.

Gülnar Səlimova

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı