Çarəsiz qalan ABŞ Türkiyəni hər tərəfdən sıxmağa çalışır

Onların məqsədi Türkiyəni istədikləri müəyyən vasitələrlə yola gətirmək və yaxud da zərərsizləşdirməkdir

Müsahibələr 17:11 23.04.2021

Erməni nağıllarının “məhsulu” olan “erməni soyqırımı” iddiası yenə gündəmə gəlib. ABŞ-da postu yenicə təhvil alan, ilk gəlişində xoş və gülərüzlü olan Cozef Bayden, son zamanlar Türkiyə ilə tərs gəldiyindən, daş atmaq üçün yenə gözünü yerə dikib. Bu dəfə əlinə daş əvəzi “erməni soyqırımı” bəhanəsini alıb. 

Ötən gün verilən rəsmi məlumata görə, Ağ Ev-in 100-dən çox nümayəndəsi bir araya gələrək prezident Cozef Baydenə “erməni soyqırımını” tanıması barədə çağırış ediblər. Bundan öncə Türkiyə ilə bir çox ziddiyyətli məslələrdə qarşı-qarşıya gələn ABŞ “erməni soyqırımı” uydurmasından siyasi təzyiq aləti olaraq istifadə etsə də, istədiyi nəticəni ala bilməmişdi. Amma bu gün vəziyyət dəyişib. 

Şənbə günü prezident Bayden rəsmi olaraq qondarma “erməni soyqırımını” tanıyacağını bildirib. Baydenin vədini yerinə yetirərək “erməni soyqırımını” tanıyacağı təqdirdə vəziyyətin hansı istiqamətdə davam edəcəyi sual doğurur.

Siyasi analitik Teymur Qasımlı Eurasia Diary-yə açıqlamasında məsələyə aydınlıq gətirməyə çalışıb.     

Unutmayaq ki, Azərbaycan üç imperiyanın varisi ilə qonşudur - Teymur Qasımlı  | Hafta.az

- ABŞ prezidenti Co Bayden ötən gün qondarma “erməni soyqırımını” tanıyacağını bildirib. Hakim kürsüyə oturduğu gündən nəcib davranış nümayiş etdirən Baydenin Türkiyə ilə qərəzi nədir? 

- Heç şübhəsiz ABŞ-ın öz dövlət maraqları var. Saxta “erməni soyqırımnı” tanısa belə heç nə dəyişməyəcək. Bu günə qədər saxta soyqırımı tanıyan dövlətlər olub, amma bunun heç bir təsiri olmayıb. Məsələnin arxa planına gəldikdə isə qeyd etmək istərdim ki, bütün bu qərarlar qeyri-rəsmi prezident kimi fəaliyyət göstərən Kamala Harrisin niyyətindən qaynaqlanır. Məlumdur ki, ABŞ-ın vitse-prezidenti olan Harris ailəvi olaraq ermənipərəstdir və bu da Ağ Ev nümayəndələrinin fikirlərinə böyük təsir edir.  

Digər tərəfdən, Bayden və Ərdoğan bir birini yaxşı tanıyır. Xüsusilə prezident Ərdoğan bilir ki, ABŞ Türkiyə ilə Rusiyanın münasibətlərindən narahatdır. O, Türkiyənin S-400-dən imtina etməsini tələb etməklə yanaşı, onun Suriyada istədiklrini icra etməsini və bu məsələdə İranla yaxınlaşmamasını istəyir. Düzdür, o zaman Tramp administrasiyası buna göz yumsa da, Bayden hökuməti bu məsələlərə bir mənalı olaraq kritik yanaşır.

Əlavə olaraq qeyd edim ki, Baydenlə Ərdoğan arasında görüşün baş tutması üçün hazırda Ərdoğan hökuməti var gücüylə Vaşıqtonda işlər aparır. Ərdoğanın iqlim dəyişikliyi konfransına dəvət olunması buna bir işarədir.

- ABŞ bundan öncə Yunanıstandan istifadə edərək Türkiyəyə təzyiq etməyə çalışırdı. Hətta Türkiyəni F-35 proqramından tamamilə çıxarma qərarı da buna əlavə edilə bilər. Sizcə “erməni soyqırımı” məsələsi ABŞ-ın yeni bir təzyiq planı ola bilərmi? Yəni nə zamansa Türkiyə onu istədiyi məsələdə razı salarsa ABŞ bu qərarından geri çəkilərmi?

- Məlumdur ki, ABŞ-ın qarnının ağrısı S-400-lə əlaqəlidir. Yəni ABŞ Türkiyəyə erməni məsələsini bəhanə edərək, S-400-in heyfini çıxmağa çalışır və ona təzyiq göstərir. Bunun xaricində ABŞ-ın Türkiyəyə qarşı hər hansı bir qərəzinin olub-olmamasından söz gedə bilməz. Çünki ABŞ yaxşı bilir ki, Türkiyə olmadan Qafqaza nüfuz etmək onun üçün əlçatmazdır. O üzdən də ABŞ-la Türkiyənin münasibətlərində bir çox pərdəarxası məsələlər dayanır. Türkiyə S-400-ləri alsa da hələ onları aktiv etməyib və şübhəsiz ki, Türkiyə ABŞ-ın istəyinə uyğun hər hansı bir addımı atarsa ABŞ hər an qərarını dəyişə bilər.  

Digər bir nüansı qeyd etmək istərdim ki, ABŞ-ın Ankaradakı səfiri Türkiyə müxalifət liderləri ilə qapalı görüşlər keçirir. Burada təbii ki, məqsəd Türkiyəni istədiyi müəyyən vasitələrlə yola gətirmək və yaxud da zərərsizləşdirməkdir. 

- Ermənilər 100 ilin məchul hadisəsini dünyanın gözünə soxmağa çalışır. Lakin beynəlxalq aləm son 30 ildə Dağlı Qarabağda baş verən erməni vəhşiliyini görməzdən gəlir. Sizcə ABŞ-ın verdiyi bu qərar beynəlxalq təşkilatlar tərəfindən qınanmalıdırmı?  

- Bu günə qədər ABŞ-ın atdığı addımlar beynəlxalq təşkilatlarda müzakirə də olunub, sənədlər qəbul olunub, ancaq heç bir siyasi təsiri olmayıb. Düşünmürəm ki, erməni məsələsində beynəlxalq təşkilatların ABŞ-ı qınayıb qınamaması böyük əhəmiyyət kəsb edə. Bayaq qeyd etdiyim kimi, bütün bunlar bir siyasi məqsəd daşıyır və istənilən beynəlxalq qurum və ya təşkilat bu iddiaların boş bir şey olduğunu yaxşı bilir. 

Elnur Ənvəroğlu
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Hamısı