Rüstəmov müəmması həllini tapmayıb Hansısa generalın əvəz olunması Rusiya siyasətini dəyişməyəcək

Müsahibələr 19:15 16.05.2021

Son zamanlar həm erməni, həm də Azərbaycan ictimaiyyətində Rusiya sülhməramlı qüvvələrinin rəhbəri ilə bağlı xəbərlər dolaşır. Sülhməramlıların hazırkı komandanı general Rüstəm Muradovun vəzifəsindən geri göndərilməsi qərarının verilməsi, ardınca isə onun bundan sonra da öz funksiyasını icra etməkdə davam edəcəyi barədə informasiya müəmmalara səbəb olub. 

Qeyd edək ki, Rüstəm Muradov son zamanlar erməni hakim dairələrinə qarşı sərt fikirlər söyləməsi ilə yadda qalıb. Bəziləri onun geri göndərilməsi qərarının erməni tərəfinin tələbi ilə bağlı ola biləcəyini deyirdilər. Guya ki, rəsmi Moskva narazılığın ardınca altı aylıq xidməti başa çatan generalın geri çağırılması əmrini verib. 

Lakin Azərbaycanla Ermənistan arasında sərhəd məsələləri danışıqlarında Muradovun bilavasitə vasitəçi qismində iştirak etməsi ortaya bir sıra suallar çıxarıb. Daha öncə onun əlavə olaraq iki ay öz vəzifəsini davam etdirəcəyi  qeyd olunsa da, indi Muradovun daha 6 ay Qarabağda qalacağı bildirilir. Belə ki, postu ondan təhvil alacağı deyilən general Aleksandr Avdeyev yeni vəzifəsilə tanış edilsə də, təhvil-təslim prosesi hələdə müəyyən səbəblərdən uzadılıb. 

Ədalət Vəliyev: Prezidentimizin ağsaqqallardan gözləntiləri çoxdur -  AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bəs Muradovun səlahiyyət müddətinin uzadılmasının səbəbi nədir? Azərbaycan və Ermənistan ictimaiyyətinə açıqlanmayan məqam nədən ibarətdir? Hərbi ekspert Ədalət Verdiyev Eurasia Diary-yə müsahibəsində bəzi suallara aydınlıq gətirib.

- Rüstəm Muradov barədə qeyri müəyyənlik nədən qaynaqlanır, onun vəzifəsində qalması və ya getməsi hansı prosedurlara əsaslanır? Ümumiyyətlə, onun vəzifəsində qalıb-qalmaması bizə və ermənilərə sərf edirmi?

- İstənilən sülhməramlı fəaliyyət adətən 6 ay müddətlə məhdudlaşdırılır. Bu Azərbaycanın da beynəlxalq mandat altında fəaliyyət göstərən sülhməramlı qüvvələrə aiddir və belə olan halda bizdə də hər altı aydan bir rotasiya prosesi həyata keçirilir. Rüstəm Muradovun vəzifəsindən gedib-getməyəcəyinə gəlincə, burada bir sıra məlumatlar səsləndirilib. Lakin əldə olunan son məlumata görə, Muradov iki ay ərzində postunu təhvil verəcək. 

Hazırda Rusiyanın Qarabağda sülhməramlı fəaliyyət çərçivəsində həyata keçirdiyi tədbirlər nə Ermənistan, nə də Azərbaycan ictimaiyyəti tərəfindən qəbul edilmir. Bunu bir çox səbəblər gətirməklə izah etmək olar. Əvvəla, Ermənistana hərbi tərəfdaş olan Rusiya, erməni ictimaiyyəti tərəfindən “müharibə zamanı nədən ermənilər tərəfindən savaşmadınız” deyə ittiham edilir. Azərbaycana gəldikdə, biz qan yaddaşımız olan nə 20 yanvar hadisələrini, nə Xocalı faciəsini, nə də birinci Qarabağ savaşındakı rus hərbi qüvvələrinin mövqeyini, eləcə də ikinci Qarabağ savaşı zamanı, xüsusilə Tovuz hadisələrində Rusiyanın Ermənistana göndərdiyi hər gün təyyarələrlə dolu silah təchizatını unutmadıq. Bu baxımdan ora kimin təyin olunmasından asılı olmayaraq hər iki tərəf Rusiyanı daha şəffaf və bitərəf görməyə meyllidir. 

Qeyd edim ki, Azərbaycan tərəfinin Rusiyadan gözləntiləri təkcə bununla bitmir. Bura həmçinin 10 noyabr sazişinin bəndlərinə tam əməl edilməsi gündəmdə yer alır. Bunlardan birincisi erməni hərbçilərinin Qarabağdan tam çıxarılmasıdır. Əfsuslar olsun ki, üzərindən 6 ay keçməsinə baxmayaraq, bu işlər tam bitməyib. Digər məsələ Ermənistan tərəfinin Zəngəzur məsələsini uzatması, eləcə də minalanmış ərazilərin xəritəsinin təhvil verilməsində Rusiya sülhməramlılarının öz funksiyalarını tam yerinə yetirməməsidir. 

Bundan əlavə, “İsgəndər” raketlərinin atılması ilə bağlı Azərbaycan tərəfi hələ də Rusiyadan bir cavab gözləməkdədir. Son dönəmlərdə Laçın dəhlizində sərhədlərlə bağlı demarkasiya işlərinin ləngiməsi və s. bu kimi problemlər buna aydın misal ola bilər. 

- Bir müddət əvvəl R.Muradovu Aleksandr Avdeyev adlı yeni generalın iki ay ərzində əvəz edəcəyi deyilirdi. Lakin Muradov dünən Azərbaycanla Ermənistan arasında dəhlizlə bağlı danışıqlarda vasitəçi kimi iştirak edib. Hətta onun bundan sonra altı ay müddətində öz vəzifəsini icra edəcəyi bildirilib. Bunun arxasında dayanan səbəb nə ola bilər?

- Rüstəm Muradovun getməsi ilə bağlı məlumat artıq tam təsdiqlənib. Məlumatda bildirilir ki, o, iki ay sonra öz postunu təhvil verəcək. Görünür ki, Muradovun getməsi yeni təyin olunan Aleksandr Avdeyevin bütün bu işlərə, xüsusilə də sərhəd məsələsindəki gərginliyə həmin iki ay ərzində tam adaptasiya olunmasından sonra nəzərdə tutulub. Lakin Murdovun getməsi şərtdir, çünki onun Ermənistan siyasi rəhbərliyi ilə münasibəti onun səsləndirdiyi sərt fikirlərdən sonra daha da korlanmışdı. O üzdən də onun fəaliyyətinin növbəti altı ay müddətində uzadılması real görünmürdü. Onun burada qalma müddətinin bir qədər uzadılması sadəcə az öncə qeyd etdiyim kimi, yeni gələn komanda heyətinin gedişatlardan bir qədər xəbərsiz olması ilə əlaqədardır.  

- Tutaq ki, Muradov vəzifəsindən getdi və yerinə digər bir general gəldi. Bu Rusiya siyasətində nəyisə dəyişəcək?

- Hansısa generalın Qarabağda əvəzlənməsi Rusiya siyasətinin dəyişməsi anlamına gələ bilməz. Lakin şəxsi keyfiyyətlər baxımından Muradov Azərbaycanı çox narahat edirdi. Çünki o, Azərbaycan tərəfindən axtarışa verilən və mülki əhalimizə operativ taktiki raket kompleksi və yayılım atəşi sistemindən dəfələrlə atəş açılmasına əmr verdiyini etiraf edən qondarma qurumun “rəhbəri” Araik Arutunyanla hər dəfə bu qurumun “bayrağı” altında öpüşüb görüşərək tədbirlər keçirirdi. Sadəcə ümid edirik ki, yeni təyin olunan Avdeyev bu kimi faktları nəzərə alacaq və gələcəkdə bu kimi yanlış addımların atılmasına yol verməyəcək. Yeni təyin olunan komanda unutmamalıdır ki, xidmət göstərəcəyi Qarabağ Rusiya tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. O üzdən də onlar, xüsusilə onlara başçılıq edən Avdeyev öz fəaliyyətlərini bu fakt üzərindən qurmalıdır və Azərbaycanın maraqları hər bir danışıqlar prosesində ön planda əks etdirilməlidir. 

Elnur Ənvəroğlu

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı