“Erməni katolikosunun qanunsuz səfəri Azərbaycanın qarşısına önəmli vəzifələr qoyur” Elçin Xalidbəyli

Müsahibələr 17:50 07.06.2021

Xəbər verdiyimiz kimi, erməni katolikosu II Qaregin Qarabağa qanunsuz səfər edib. Azərbaycan ərazilərinə Azərbaycanın icazəsi olmadan daxil olan Ermənistanın baş keşişi Xankəndidə qondarma “Dağlıq Qarabağ respublikasının prezidenti”, terrorçu fəaliyyətinə görə beynəlxalq axtarışda olan Arayik Arutyunyanla görüşüb.

II Qareginin Azərbaycan torpaqlarına qanunsuz səfəri ərəfəsində Azərbaycan jurnalistləri və digər mülki şəxslər Kəlbəcərdə ermənilərin basdırdığı minaya düşərək həlak olub. Sülh və barış təbliğatı aparmaq əvəzinə, Qarabağdakı erməni əhalisini terrora çağıran katolikos, Azərbaycan Konstitusiyasının və beynəlxalq hüququn müvafiq qanun və prinsiplərini pozub. Təəssüflər olsun ki, bütün bu qanunsuz səfərlər, sərhəd təxribatları və mina faciələri ərazidə sülhə və təhlükəsizliyə bilavasitə cavabdeh olan Rusiya sülhməramlı kontingentinin gözü qarşısında baş verir.

II Qareginin səfəri hansı məqsəd daşıyırdı? Rusiya sülhməramlılarının öz missiyalarını yerinə yetirməməsi nə ilə nəticələnə bilər? Azərbaycan bu qanunsuz səfər və təxribatların qarşısını almaq üçün hansı addımlar atmalıdır? “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli bu və digər məsələlərlə bağlı Eurasia Diary portalına açıqlama verib.

-Elçin bəy, bildiyimiz kimi erməni katolikosu II Qaregin Azərbaycandan icazə almadan, Laçın dəhlizindən qanunsuz keçərək Qarabağa səfər edib. II Qareginin səfəri ümumiyyətlə, hansı məqsəd daşıyır?

-  Erməni katolikosu II Qareginin Qarabağa səfəri gələcək separatizm və terrorizm fəaliyyətinin intensivləşdirilməsinə ideoloji hazırlıq prosesinin davam etdirildiyi anlamına gəlir. Erməni keşişləri terrorizm və işğalçılıq fəaliyyətinin əsas ideoloqları sayılırlar. Böyük ehtimalla II Qaregin də Xankəndidə terrorizm və separatizm fəaliyyətinin yenidən təşkili istiqamətində müəyyən təlimatlar verib. Onun savaşın hələ sona çatmadığı, ermənilərin sona qədər mübarizəyə hazır olmalarını bildirməsi də bunu təsdiqləyir. II Qareginin Xankəndinə səfəri bölgədə yaşayan ermənilərin separatizm və terrorizm fəaliyyətinin yenidən təşkili ilə bağlı təlimatların verilməsi məqsədi daşıyır. Keçirdiyi görüşlərdə erməni katalikosun savaşın bilmədiyini bildirməsi, mübarizənin davam edəcəyini vurğulaması, tezliklə ermənilərin yenidən qalib gələcəyini iddia etməsi də bunu təsdiqləyir. II Qaregin erməni revanşizmini təmsil edir. O, ermənilərin terrorizm və separatizm fəaliyyətinin əsas ideoloqu sayılır. Böyük ehtimalla II Qaregini bölgəyə erməni separatçılara və terrorçulara yeni pozuculuq fəaliyyəti ilə bağlı konkret təlimatların verilməsi üçün göndərmiş ola bilərlər.

- Rus sülhməramlıları II Qareginin qanunsuz səfərinə heç bir müdaxilə etmədən, Azərbaycan hökumətinə hər hansı icazə və ya bildiriş təqdim etmədən, keşişin  Qarabağda sərbəst hərəkətinə imkan yaradıb. 2021-ci il 10 noyabr razılaşmasında belə bir bənd var ki, münaqişə tərəflərindən biri sülhməramlıların fəaliyyətindən imtina edərsə, onların ərazidə 5 ildən artıq qalma müddəti ləğv edilir. Azərbaycan tərəfi bunu edəcəkmi?

- Ümumiyyətlə, Laçın dəhlizindən keçən şəxslərin kimliyi və onların səfərlərinin məqsədi barədə Azərbaycanın rəsmi dairələrinə əvvəlcədən məlumatın verilməsinə nail olmaq artıq vacib şərtə çevrilib. Əks halda, belə terrorizm ideoloqları yenidən bölgədə sülhün və əmin-amanlığın yaradılması cəhdlərini puça çıxara bilərlər. Ona görə də, erməni terrorizminin və revanşist mövqenin əsas ideoloqu olan II Qareginin Qarabağa səfəri ətrafında ciddi araşdırma aparılması olduqca vacibdir.

Azərbaycanın rəsmi dairələri Rusiya sülhməramlı qüvvələrinin rəhbərliyindən bu terror ideoloqunun Xankəndi səfəri ilə bağlı geniş izahat tələb etməlidirlər. II Qaregin kimi din pərdəsi altında gizlənən cinayətkarların bölgəyə səfərlərinin qadağan edilməsinə cəhd edilməlidir.

 İlk növbədə Laçın dəhlizinə Rusiya sülhməramlı qüvvələri ilə Azərbaycanın da paralel nəzarətinə nail olmaq vacibdir. Çünki 10 noyabr anlaşmasına görə, rus sülhməramlılar 5 il ərzində orada ermənilərin nəzarətsiz keçidinə göz yummaqda davam edəcəklər. Anlaşmaya görə, Azərbaycan yalnız rus sülhməramlıların fəaliyyətinin ilk 5 ilinin tamam olmasına 6 ay qalmış onların bölgədən çıxarılmasını tələb edə bilər.

-  Rusiya – Türkiyə Monitorinq Mərkəzinin baş verən son olaylara, məsələn, Kəlbəcərdə Azərbaycan jurnalistlərinin minaya düşərək həyatını itirməsi faciəsinə hər hansı reaksiya verməməsi, bu qurumun mahiyyətcə formal olduğu fikrini əsaslandırmırmı?

- Rusiya-Türkiyə Monitorinq Mərkəzinin səlahiyyətləri olduqca məhduddur. Bu qurum yalnız bölgədə baş verə biləcək atəşkəsin pozulması hallarını qeydə almaq, silahlı hərəkətliliyi təhlil etmək və öz komandanlıqlarını məlumatlandırmaq səlahiyyətlərinə malikdirlər. Yəni, bu qurumun daha çox sadəcə, müşahidə etməklə məhdudlaşan siyasi əhəmiyyəti var. Və yaxın gələcəkdə bu siyasi faktor qabarıq şəkildə ortaya çıxa bilər.

- Baş keşiş və Ermənistanın keçmiş Milli Təhlükəsizlik naziri Qarabağda terrorçu Arayik Arutyunyanla görüşüb. Bu görüş Kəlbəcərdə Azərbaycan jurnalistlərinin minaya düşərək həyatını itirdiyi gündə baş verib. Bu məsələ ilə əlaqədar Rusiya sülhməramlıları heç bir açıqlama vermədilər. Azərbaycan sülhməramlıların bu saymazyana davranışı ilə  əlaqədar hansı addımları atmalıdır?

-  II Qareginin Xankəndinə səfəri də sübut etdi ki, Rusiya sülhməramlı qüvvələri 10 noyabr anlaşmasına görə yerinə yetirməli olduqları missiyanın öhdəsindən gələ bilmirlər. Əslində, rus sülhməramlıları bilərəkdən həmin missiyanı anlaşmaya uyğun şəkildə yerinə yetirmirlər. Onlar hesab edirlər ki, ermənilərin bölgəyə geri qaytarılması və onların təhlükəsizliyin təmin edilməsi sülhməramlı missiyanın əsas vəzifəsidir. Ancaq Xankəndi və ətraf bölgədə yerləşdirilmiş ermənilərin törətdikləri təhlükələr və onların separatçı fəaliyyəti Rusiya sülhməramlı qüvvələrini demək olar ki, qətiyyən narahat etmir. Əksinə, onların nəzarətində olan bölgəyə çoxlu sayda erməni terrorçu qrupların yerləşdirilməsi barədə də müəyyən məlumatlar mövcuddur.

Hətta Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazidə erməni terrorçulara təlim keçildiyi barədə də iddialar mövcuddur. Digər tərəfdən, bəzi məlumatlara görə, Ermənistan minalanmış zonaların xəritələrini Rusiya sülhməramlı qüvvələrinə verib. Ancaq Rusiya sülhməramlı qüvvələrinin rəhbərliyi bu məlumatları nə təsdiq, nə də təkzib etmir. Ona görə də, rus sülhməramlılarında minalanmış bölgələrin xəritələrinin ola biləcəyi ilə bağlı ehtimal aktuallığını qoruyur.

Sualınıza gəldikdə, nəhayət, Rusiya sülhməramlı qüvvələri nəzarət etdikləri ərazilərdə separatizm və terrorizm fəaliyyətinin qarşısını almağa borcludur. Ancaq biz onların buna cəhd etdiklərini müşahidə etmirik. Əksinə, erməni terrorizminin əsas ideoloqlarından biri II Qaregin rahat şəkildə Xankəndinə səfər edə bilir, bölgədə separatizmin əsas idarəçisi olan Araik Arutyunyan hələ də orada fəaliyyətini hər hansı əngəllə üzləşmədən davam etdirir. Bu sıraya Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədən Ermənistan ordusunun tör-töküntülərinin hələ də çıxarılmamasını əlavə etdikdə mənzərə tamamilə aydınlaşmış olur.

Bütün bunları nəzərə aldıqda, Azərbaycanın qarşısında hazırda əsasən iki önəmli vəzifənin dayandığını düşünmək olar. Birincisi, ən yaxın vaxtlarda Laçın dəhlizinə nəzarəti ələ keçirtmək lazımdır. Bu II Qaregin və ya hər hansı terrorizm və separatizm ideoloqlarının bölgəyə maneəsiz keçə bilməsinin qarşısını almaq üçün vacibdir. İkinci, Rusiya sülhməramlı qüvvələrinin ilk fəaliyyət müddətinin (5 il) sona çatmasından dərhal sonra onların Azərbaycan ərazilərindən çıxarılmasına nail olmaq lazımdır. Buna nail olarsaq, onilliklər boyu üzləşdiyimiz "erməni separatizmi" problemi birdəfəlik həll oluna bilər.

Şəlalə Göytürk

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı