Türk dövlətləri problemlərini ancaq bir yerdə həll edə bilərlər Politoloq

Müsahibələr 17:01 23.06.2021

Hazırda tərkibində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olmaqla dörd türkdilli dövləti birləşdirən TürkPA (Türkdilli dövlətlərin Parlament Assambleyası) təşkilatı sıralarına daha bir türkdilli ölkəni qatmağı planlaşdırır. Uzun müddət siyasi və diplomatik sahədə neytrallıq nümayiş etdirən Özbəkistanın TürkPA-ya üzv olmaq qərarına gəldiyi bildirilir. 

Əslində, son zamanlar cərəyan edən proseslər göstərir ki, uzun müddət Rusiyanın təsir dairəsində olan türkdilli ölkələr, bu gün qlobal qərarların verilməsində iştirak etmək üçün mütləq bir araya gəlmələri zəruridir. Lakin bunun hansı formatda davam edəcəyi hələ də məlum deyil. Xüsusilə, bu birlik zəncirindəki ən zəif bəndin kim olduğu və bu birliyi daha sıx edə biləcək zəruri addımların nə olduğunu zaman və şərait müəyyən edəcək. 

Məsələ ilə bağlı politoloq Teymur Qasımlı Eurasia Diary-yə müsahibə verib.  

No description available.

- Artıq türkdilli ölkələrinin bir araya gəlməsi məsələsində ciddi və sürətli proseslər baş verir. Qırğızıstan prezidentinin Türkiyəyə səfəri, Qazaxıstan baş nazirinin müavini, xarici işlər nazirinin Bakıya qəfil səfəri... Bu arada uzun müddət neytrallığını qoruyub saxlayan Özbəkistan dövləti TürkPA-ya üzv olmağı qərara alıb.

- İcazə verin bu sualinıza fərqlı cavab verim. Türkdilli ölkələrdə son zamanlarda müxtəlif siyasi proseslər gedir. Fikrimcə, bəzi türkdilli ölkələr, əsasən də Qırğızıstan Türkiyəyə yaxınlaşmaq istəyir. Qırğızıstan Orta Asiyada həm Moskva, həm də Vaşınqton üçün önəmli dövlətdir. Qırğızıstan həm də Orta Asiyada ən çox rusyönümlü dövləti sayılırdı. Qırğızıstan cəmiyyətində bu günə qədər Türk birliyi ilə bağlı dəstək fikirlər səslənməmişdi. Bundan əlavə, Qırğızıstanın keçmiş rəhbəri “erməni soyqırmı” abidəsini ziyarət etmişdi. Amma son zamanlar Orta Asiyada açar rolunu oynayan Qırğızıstanın münasibəti dəyişib. Yeni seçilmiş Qırğızıstan prezidentinin Ankara səfəri önəmlidir. Amma yenə Bişkek öz dövlət maraqları çərçivəsində, Rusiya və Türkiyə arasında balanslı siyasət aparmaq istəyir. Lakin bunun nə qədər uğurlu olacağını zaman göstərəcək. 

Qazaxıstanın dövlət rəsmilərinin Bakıya səfərinə gəldikdə, bu səfərlər hər dövrdə olub və belə də davam edəcək. Qazaxıstan öz maraqlarını güdən bir dövlətdir və məhz Azərbaycanla da münasibətləri bu çərçivədə qurub. Məsələn, Xəzərin statusu ilə bağlı Rusiyaya qarşı Azərbaycanla birlikdə hərəkət edib. Düşünürəm ki, Qazaxıstan dövlətinin Bakıya səfərləri Türk birliyi ilə yanaşı, digər məsələlərdə birlikdə hərəkət etmək məqsədi daşıya bilər. Onu da qeyd edim ki, son zamanlar Rusiyanın təzyiqi Qazaxıstan üzərində artmağa başlayıb. 

Özbəkistan dövləti haqqında onu deyə bilərəm ki, İslam Kərimovdan sonra Özbəkistanda çox yeniliklər olub. Həm daxili, həm də xarici siyasətdə bəzi dəyişikliklər özünü göstərir. Əsas da xarici siyasətdə maraqlı gedişlər artmaqdadır. Özbəkistanın TürkPA-ya üzv olması ilk öncə öz dövlət maraqları üçündür. Digər tərəfdən, Daşkənd Vaşınqtonla yaxınlaşıb və bəzi məsələlərdə ondan dəstək alır. Eyni zamanda, ABŞ rəhbərliyinin də Özbəkistan və Tacikistanla bağlı maraqlı planları var. Orta Asiya və Qafqaz çətin coğrafiyadır, ona görə də, türkdilli ölkələr dövlət kimi irəli getmələri üçün ən azında öz maraqları çərçivəsində birlik nümayış göstərməlidirlər.

- Sizcə Azərbaycanın Qarabağ müharibəsində qələbəsi,  Türkiyə və Azərbaycan arasında imzalanan Şuşa bəyannaməsi türkdilli dövlətlərin daha da yaxınlaşmasında rol oynaya bilərmi? 

- İlk öncə onu deyim Türk birliyi modelinin təməli Bakıda qoyulub. Azərbaycan aydınları bu modeli Türkiyəyə aparıblar. Bakı, Ankara və Təbriz türk dünyası üçün önəmli və vacib şəhərləridir. Azərbaycan və Türkiyə türk dünyası və türklük üçün ağır bədəllər ödəyib. Xüsusən də Azərbaycan xalqı. İndi Azərbaycan öz maraqları nəyi tələb edirsə, o addımları atmalıdır. Azərbaycan 44 günlük Vətən müharibəsində tarix yazıb. Bu qələbə türk ölkələri üçün də stimul ola bilər. Şuşa bəyannaməsi Azərbaycan-Türkiyə birliyi, əlaqələrinin çox möhtəşəm modelidir. Digər türkdilli ölkələr yaxınlaşmanı dərinləşdırmək üçün mövqe ortaya qoymalıdırlar. Fikrimcə, digər türkdilli dövlətlər özlərinin maraqlı dairəsində belə bir yaxınlaşmaya gedəcəklər.

- TürkPA-nın genişlənməsi və gələcək perspektivlərini necə görürsünüz?

- Türkmənistan  və Özbəkistan çıxmaqla digər türkdilli dövlətlər TürkPA-ya üzv olmuşdular. Özbəkistan son zamanlar dünyaya çıxmaq üçün addımlar atır. Bu gün də onun TürkPA-ya üzv olması həmin addımlardan biridir. 

Türkdilli dövlətlərinin hər birinin öz maraqları var və hər birinin özünə görə problemləri var. Düşünürəm ki, türkdilli dövlətlər birlikdə olsalar, müəyyən problemlərini həll edə bilərlər. Türkdilli dövlətlər beynəlxalq arenada olmaları üçün düzgün gedişlər etməlidirlər. Ən azından TürPA-nın nüfuzu artmalı və tanınmalıdır. İnanıram ki, TürkPA gələcəkdə uğurlu işlər görəcək.

Elnur Ənvəroğlu 
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı