Əfqanıstandan qaçan ABŞ, KTMT və müəmmalı gələcək Talibanın güclənməsi region üçün təhdid yaradır

Müsahibələr 16:31 28.06.2021

ABŞ hərbi qüvvələrinin Əfqanıstandan tamamilə çıxarılması xəbəri Taliban qüvvələrini hərəkətə gətirib. Hökumətə meydan oxuyan Taliban qüvvələri Əl-Qaidə terror təşkilatı ilə yenidən birləşib və ölkə daxilində sabitliyi pozmağa başlayıb. Hərbi əməliyyatları genişləndirən Taliban, sürətlə irəliləyərək, ölkənin bəzi şəhərlərini tutub. İş o yerə çatıb ki, taliblər ölkənin şimal şəhərlərini ələ keçirərək, Tacikistanla sərhədə çıxıblar. Taliblər, qonşuları, KTMT-nin tərkibinə daxil olan Tacikistan, eləcə də Özbəkistanı hədələməkdən belə çəkinmirlər.  

Maraqlısı budur ki, bir il öncə Taliban və Əl-Qaidə ilə birgə Dohada razılaşma imzalayan ABŞ yenidən Talibana qarşı əməliyyatlar həyata keçirib. Ən son əməliyyat havadan zərbə nəticəsində terrorçu qüvvələriun zərərsizləşdirilməsi olub. İndi ortaya sual çıxır: bu il 11 sentyabr tarixinə qədər ordunun Əfqanıstandan çıxmasını planlaşdıran ABŞ administrasiyası geri dönəcəkmi? 

Orta Şərq Araşdırmalar mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan məslə ilə bağlı Eurasia Diary-yə müsahibə verib.  

Kim daha şanslıdır - Seçkini maraqlı edəcək Əhmədinejad, yoxsa şovinist  Laricani? - ŞƏRH

- Son günlər Taliban qruplaşması Əfqanıstanda güclənməyə başlayıb və terror dalğası ölkənin uc nöqtələrinə, o cümlədən KTMT-yə daxil olan ölkələrin sərhədlərinə qədər uzanıb. Taliban Tacikistan, Özbəkistan kimi ölkələri təhdid edib. Bunun sonu nə ilə nəticələnə bilər?

- Qeyd edim ki, Tacikistan və Özbəkistanda bir zamanlar Əfqanıstandan sızan silahlı qüvvələrin fəaliyyəti olub və bunun nəticəsində hər iki ölkədə insan itkisi baş verib. Bu qruplaşmaların adı rəsmən Taliban olmasa da, əslən Əfqanıstana və Taliban ideologiyasına aid olması açıq-aydın idi. Bu gün həmin qüvvələrinin kökündən məhv edilməsi ehtimalı çox azdır. Hələ bir neçə il öncə Tacikistan Daxili İşlər nazirinin müavini və xüsusi təyinatlı polis dəstəsinin başçısı Gülməmmədov İŞİD terrorçu qruplaşmasının sıralarına qatıldı və həmin sıralarda məhv edildi. Yəni, vəziyyət bu həddə çatmışdı. Bundan əlavə, sonradan İŞİD-in tərkibində tacik və özbək vətəndaşlarının da olduğu bildirildi. Bu da onu deməyə əsas verir ki, Tacikistan və Özbəkistanda Talibanın ideoloji və siyasi düşüncəsinə uyğun qruplar var və həmin şəxslər hər iki ölkə üçün problem yarada bilər. O üzdən də Talibanın bu gün Özbəkistan və Tacikistan sərhədlərində bir neçə sərhəd məntəqələrini ələ keçirməsi bu ölkələrdə həmin terrorçu qruplaşmaların fəallaşmasına səbəb ola bilər. 

Bunu açıq görmək mümkündür ki, Taliban təhlükəsi sərhədlərə yaxınlaşdıqca Rusiyanın mövqeyi həmin ölkələrin sərhədlərində artıq mökəmlənməyə başlayır. Onu da qeyd edim ki, Talibanın hərəkətə keçməsi, eyni zamanda üçüncü tərəfin, yəni ABŞ, Rusiya və NATO-nun regionda rolunun artmasına səbəb olur. 

Son olaraq qeyd edə bilərəm ki, hazırda Tacikistan və Özbəkistan sərhədlərində Talibanla bağlı gərginliyin artması, ümumiyyətlə Mərkəzi Asiya ölkələri üçün problem yarada bilər.  

- Əfqanıstandan çıxan ABŞ qoşunları yenidən hərəkətə keçib və  bir çox şəhərlərdə Taliban qüvvələri havadan məhv edilib. ABŞ Əfqanıstanı sürətlə ələ keçirən Talibanla mücadilə üçün yenidən qayıdacaqmı? 

- Bəli, Əfqanıstanda hazırda ABŞ qüvvələri yenidən fəallaşmağa başlayıb. Düzdür, ABŞ rəsmi olaraq bəyan edib ki, hərbi qüvvələrinin yarısını Əfqanıstandan çıxarıb və bəzi hərbi qurğuları da Əfqanıstan hökumətinin nəzarətinə buraxıb. Lakin mövcud vəziyyət hesab edirəm ABŞ qüvvələrinin ölkədə yenidən cəmləşmə və fəaliyyətə başlamasına səbəb ola bilər. Baxmayaraq ki, ABŞ prezidenti Baydenlə Əşrəf Qani arasında görüş keçirilərkən hər iki tərəf hərbi qüvvələrin ölkədən tamamən çıxarılacağına dair razılıq əldə etmişdilər. Hətta ABŞ prezidenti Cosef Bayden əfqan xalqının öz taleyini özü həll edə biləcəyini Əfqanıstan prezidentinə bildirib. Buna baxmayaraq, tərəflər fors-major anında hərbi yardımın istisnasız olduğunu da vurğulayıb. O üzdən də ABŞ öz varlığını Taliban tərəfdarı olan qüvvələr, o cümlədən Rusiyaya hiss etdirmək üçün Taliban məntəqələrini bombalayıb.  

Ümumiyyətlə proseslərə nəzər saldıqda onu demək olar ki, ABŞ-ın Əfqanıstanı tamamilə tərk etməsi inandırıcı deyil. Bunu Pentaqon rəsmiləri də bəyan ediblər ki, Əfqanıstanda 650-yə yaxın hərbi kontingentin saxlanılması nəzərdə tutulub.  

- Ümumiyyətlə Talibanın bu qarşıdurmada əsas tələbi nədir, bütün bu qarşıdurma sonda hansı nəticəni verəcək?   

- Məlumdur ki, Taliban hakimiyyəti ələ keçirmək və dövləti öz ideologiyasına uyğun idarə etmək istəyir. Taliban özünü üzdə islam yönlü təşkilat hesab etsə də, daxildə faşist düşüncəli terrorçu bir qruplaşmadır. Bu xüsusiyyət onun digər etnik azlıqlara, xüsusən də türklərə və türk-dilli xalqlara qarşı barışmaz mövqedə olması ilə təzahür edir. 

Əfqanıstana gəldikdə isə burada milli məsələ ön planda durur. Hesab edirəm Talibanın hakimiyyəti tamamilə ələ keçirməsi Əfqanıstan üçün bir faciə ilə nəticələnə bilər. Buna baxmayaraq bu qarşıdurmalar Əfqanıstanda yeni siyasi hadisələr və tələblər meydana çıxaracaq. 

Elnur Ənvəroğlu

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Hamısı