Qafqaz biotəhlükəsizlik üçün ümumi məkandır Umud Mirzəyev

Müsahibələr 15:50 13.09.2021

Bu yaxınlarda “Qolos Armenii” nəşrində Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə bağlı məqalə dərc olunub. Məqalədə Azərbaycanda uzun müddətdir fəaliyyət göstərən müstəqil beynəlxalq qeyri-hökumət təşkilatı olan BAMF tərəfindən bu ilin iyun ayında başladılan “Avrasiya: ümumi biotəhlükəsizlik platforması” tənqid edilib. Erməni jurnalistlər Azərbaycanı Qafqazda Ermənistansız "yeni bioloji nizam" yaratmaqda günahlandırıblar.

Sözügedən platforma haqqında daha ətraflı məlumat vermək və növbəti erməni təxribatını şərh etmək üçün BAMF-ın təsisçisi və prezidenti, tanınmış ictimai xadim Umud Mirzəyevə müraciət etdik.

- Umud müəllim, erməni mətbuatının sizin Fondun təşəbbüsünə mənfi reaksiya verməsini necə qiymətləndirirsiniz və sizcə belə təxribatlara diqqət yetirməyə dəyərmi?

- Azərbaycan 30 ildir ki, Qarabağda özünə məxsus olan torpaqları geri qaytarmaq üçün sülh və diplomatiya dilindən istifadə etməyə çalışıb. Ancaq həyat bir daha sübut etdi ki, yaxşılıq da bir yerə qədərdir. Bu səbəbdən hər hansı bir təxribatın ardınca adekvat və lazımi cavab verilməlidir.

Amma sualınızın mesajı ilə razı deyiləm. Mən dərc olunan məqaləni təxribat hesab etmirəm. Bu, müəllifin, qəzetin baş redaktorunun və sosial şəbəkələrdə tərif yağdıran insanların dar düşüncəliliyinin sübutudur. Bu, erməni siyasətçilərinin və jurnalistlərinin böyük bir hissəsinin burunlarından o tərəfə heç nə görmədiklərinin sübutudur. İşğal olunmuş ərazilərin bizə hansı vəziyyətdə qayıtdığına baxsanız, o zaman nə dediyimi anlayacaqsınız.

- Məqalədə sizin, başçılıq etdiyiniz Fond və təşəbbüsünüzü dəstəkləyən ictimai xadimlər haqqında xoşagəlməz sözlər deyilir.

- Uzun müddətdir ki, Ermənistan tərəfinin mənə qarşı hücumlarına əhəmiyyət vermirəm. Qoy mənim fəaliyyətimə xalqım və ölkəm qiymət versin. Məsələnin şəxsi zəminə keçməsini Ermənistandakı səlahiyyətlilərin və bütövlükdə cəmiyyətin onu dəstəkləyən hissəsinin düşdüyü vəziyyətin ümidsizliyinin göstəricisi hesab edirəm. Ancaq bir daha deyirəm, bu cür hücumları şərh etməyə dəyməz. Bizim karvanımız doğru yoldadır və hər külək əsintisinə fikir verməməliyik.

- Platforma yaratmaq ideyası necə yarandı?

- Bu ideyanı ölkəmizdə bir çoxları irəli sürə bilərdi. Biz sadəcə daha çevik və qətiyyətli olduq. Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın, hökumət üzvlərinin, millət vəkillərinin, regional hakimiyyət orqanlarının COVID-19-la mübarizə probleminə verdiyi diqqəti özünüz görürsünüz. Prezidentimiz çıxış etdiyi demək olar ki, bütün beynəlxalq məkanlarda dünya ictimaiyyətini yeni koronavirus infeksiyasına qarşı birgə mübarizə aparmağa çağırır. Pandemiyanın qorxulu həddə çatan miqyasını anlayan liderimiz, ilk dəfə istisnasız olaraq bütün ölkələrin nümayəndələrini qarşılıqlı yardım üçün əl uzatmağa və qarşılıqlı dəstəyə çağırıb.

Mən və Fondumuzun heyəti də hesab etdik ki, Azərbaycan Prezidentinin təşəbbüslərini sadəcə dinləməklə və razılaşmaqla kifayətlənməməliyik. Qərara gəldik ki, bu təşəbbüslərin öz səviyyəmizdə həyata keçirilməsinə töhfə verə bilərik. İdeyamızın əsasında bu istək dururdu. Platforma sayəsində vətəndaş mövqeyimizi gerçəkləşdirdik.

- Platformanı elan edərkən qeyd etmişdiniz ki, bioloji təhdidlərə qarşı mübarizədə səyləri birləşdirmə yolunda ilk addım Qafqazda biotəhlükəsizlik üçün ümumi məkanın yaradılması olmalıdır. Ancaq platformanın adından da göründüyü kimi, o, bütün Avrasiya qitəsinə yönəlib.

- Bilirsiniz, 18-ci əsrin sonunda kiçik məsələlər haqqında belə geniş yayılmış siyasi anlayış vardı. Mən onu qismən dəstəkləyirəm. Platformanın adı ilə özümüzə hərəkət istiqaməti müəyyən etmişik, amma yenə də kiçik addımlarla addımlamaq lazımdır. Gəlin Qafqazdan başlayaq, bura bizim evimizdir. Burada hələ görüləcək işlər çoxdur.

- Sizcə, ümumi biotəhlükəsizlik sisteminin qurulmasında niyə məhz Azərbaycan və Rusiya lider ola bilər?

- İntensiv inteqrasiya və ölkələrimizin liderlərinin postsovet məkanındakı mürəkkəb konfliktli situasiyaları effektiv həll etmək bacarığı başqa seçim qoymur. Azərbaycan Avrasiyanın ticarət yollarının kəsişməsinin əsas nöqtəsidir və Rusiyada SSRİ dövründən bəri, xüsusilə təhlükəli infeksiyaların yayılmasına qarşı sanitariya-epidemioloji nəzarət və cavab sistemləri inkişaf edib. İndi onun əsasında yeni bir texnoloji platformada "sanitar qalxan" yaradılır. Əminəm ki, bioloji təhdidlərə qarşı ümumi müdafiəni yaratmaqda əməkdaşlıq qaçılmazdır.

- Azərbaycan hakimiyyəti və siyasətçiləri platformanı dəstəkləyirmi?

- Fondumuz qeyri-kommersiya təşkilatıdır və platformanın işə salınması vətəndaş təşəbbüsüdür. Bu uzunmüddətli layihədir və dərhal nəticə verəcəyini gözləmirik. Bir çox siyasətçilərlə ünsiyyət qururam, platforma haqqında danışıram. Hələ heç kimdən mənfi rəy eşitməmişəm. Siyasətçilərdən hər hansı biri bu təşəbbüsü açıq şəkildə dəstəkləmək istəyirsə, bunun üçün öz platformamızı verməyə hazırıq.

- Platforma epidemioloji xarakterli fövqəladə halların aşkarlanması və onlara cavab verilməsi üçün birgə sistemin qurulması baxımından Rusiya ilə inteqrasiyanı inkişaf etdirmək məqsədi daşıyır. Orada sizin səyləri dəstəkləyirlərmi?

- Təşəbbüsümüz Rusiya mediasında geniş şəkildə işıqlandırıldı. Bu o deməkdir ki, cəmiyyətdə bu cür təşəbbüslərə tələbat var. Ölkələrimizdəki mürəkkəb epidemioloji vəziyyət və Rusiyada Parlament seçkilərinə hazırlıq işləriilə bağlı siyasi aktivliyin artması daha geniş fikir mübadiləsinə mane olur.

- Umud müəllim, müsahibəmizin sonunda nəsə demək istərdinizmi?

- Ermənistandan ictimai xadimləri, jurnalistləri və siyasətçiləri platformamıza qoşulmağa dəvət edirəm. Qafqaz biotəhlükəsizlik üçün ümumi məkandır.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı