Məşhur özbək blogger, qadın hüquqlarının və təbiətin qorunması üzrə ictimai fəal Əqidə Mahir Azərbaycana səfər edib.
Ə.Mahir Bakıda səfəri çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində olub.
Əqidə Mahir 3 günlük Bakı səfərinin təəssüratları, türk dünyasında qadın hüquqlarının vəziyyəti və Azərbaycanda qaçqın və məcburi köçkün qadınların durumu barədə EDNews-a eksklüziv müsahibə verib.