İdlibdə gərilən əsəblər Böyük narazılıq Qarabağa qədər gələ bilər

Müsahibələr 15:31 16.09.2021

Suriyada İdlib gərginliyi nisbi sakitlikdən sonra yenidən qızışmağa başlayıb. Bölgədə əsas qüvvə olan Rusiyanın hərbi aktivliyi də artıb. Belə ki, ötən gün Rusiya hərbi təyyarələri İdlib səmasında 15-ə yaxın reyd keçirərək ərazini bombalayıb. Nəticədə, əhali arasında uşaqlar da daxil olmaqla çox sayda yaralanan var. 

Qeyd edək ki, İdlib Türkiyə sərhədinin 25 km-də yerləşir və həmin ərazi Türkiyənin Antakiya bölgəsinə də çox yaxındır. Maraqlı olan budur ki, Rusiyanın havadan həyata keçirdiyi bombardman zamanı atılan raketlərdən biri Türkiyə sərhədinə yaxın ərazidə ona aid bir tikilinin təxminən yüz metrliyinə düşüb. Bundan əlavə İdlibdəki əməliyyatlar zamanı Türkiyə tərəfi ötən şənbə günü üç şəhid verib.    

Beləliklə, Rusiyanın İdlibdə hava hücumu əməliyyatlarını intensivləşdirməsi bölgədə gərginliyin daha da şiddətlənməsinə səbəb olub. İdlibin diqqət mərkəzinə çevrilməsini zəruri edən daha bir səbəb, Rusiya Prezidenti Vladimir Putinin suriyalı həmkarı Bəşər Əsədlə Kremldə görüşündən sonra Türkiyənin əl-qolunu bağlamağa çalışmaq cəhdləridir. Əslində Əsədin Moskva səfəri əvvəl baş tutan səfəri kimi öncədən bəli deyildi. Əsədin Moskvada peyda olması yalnız çərşənbə axşamı Kreml və Dəməşq tərəfindən verilən bəyanat zamanı məlum olub. 

Bəyanata gəlincə, Putinlə Əsədin mətbuata açıqlaması daha diqqəti çəkəndir. "Xarici silahlı qüvvələr" haqqında bəhs edilən açıqlamada, ad çəkmədən Türkiyənin Suriyadakı varlığına da eyham vurulub. Görüşdə Rusiya prezidenti Putin həm BMT, həm də həmkarı Əsədin razılığı olmadan Suriya sərhədinə guya hər hansı qüvvələrin müdaxilə etməsini beynəlxalq hüquqa zidd sayıb. 

Əslində beynəlxalq hüququ tanımadan Qarabağa qoşunlarını yeridən Rusiya indi beynəlxalq hüquq adından danışmaqla Suriya hökuməti adından hay-küy qaldırmağa çalışır. 

Hazırda Qarabağda Türkiyənin ciddi fəallaşmasını həzm edə bilməyən Rusiya indi Suriyada Türkiyəyə qarşı fəaliyyətini genişləndirib. Gərginlik hələ ki, İdlibdədir və bura hələlik Türkiyə Rusiya baxışlarının bir birinə zidd gələn ortaq məkanıdır. Bəs görəsən məkan dəyişə bilərmi? Bu gərginlik nə vaxtsa Qarabağda meydana gələ bilərmi? 

Baş verənlərlə bağlı siyasi şərhçi Mətin Məmmədli EdNews-a müsahibə verib. 

May be an image of Metin Memmedli

- İdlibdəki gərginlik Rusiya ilə Türkiyə arasındakı münasibətləri hansı vəziyyətə gətirə biləcək? 

- Bu barədə onu qeyd edə bilərəm ki, vaxtilə Suriyada gərginliyin azaldılması zonaları Türkiyə ilə Rusiya arasında müəyyən olunub. Bu prosesə daha sonra İran da qoşulub və həmin bölgələrdən biri də İdlib hesab olunur. Lakin bu günə kimi Əsəd rejimi anlaşmaya zidd olaraq həmin ərazilərdə müxtəlif hərbi əməliyyatlar keçiriblər və dünən də Rusiya hərbi hava qüvvələri hərbi hücum əməliyyatı həyata keçirib. Həm Rusiyanın, həm də Əsəd rejimin iddialarına görə, həmin hərbi əməliyyatlar guya bölgədə anti-terror əməliyyatlarına yönəldilib. Halbuki, məqsəd İdlibi tədricən tamamilə Əsəd rejiminin tam nəzarətinə keçirməkdən ibarətdir.  

Bütün olanlara baxmayaraq, mən hesab etmirəm ki, bu gərginlik Rusiya-Türkiyə münasibətlərinin qırılma nöqtəsinə qədər davam edəcək. Bütün bunlarla bərabər, dünən hava hücumu ilə Rusiyanın törətdiyi hadisələr təbii ki, Türkiyə ilə Rusiya münasibətlərinə mənfi təsir göstərəcək.   

- Rusiya qırıcı təyyarələri İdlibi bombalayarkən raketlərdən biri Türkiyənin sərhədə yaxın bir tikili obyektinin 100 metrliyinə düşüb.  Türkiyə sərhədinə təhdid yaradan Rusiya hava hücumu Türkiyə tərəfindən hansı formada cavablandırılacaq?

- Həqiqətən də dünən Rusiya hərbi qüvvələrinin endirdiyi zərbələrdən biri Türkiyənin bölgədəki mülki obyektlərindən birinin yaxınlığına düşüb. Ümumiyyətlə bu günə qədər həm Rusiya, həm də Əsəd rejiminin bölgədə həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində xeyli sayda mülki vətəndaş həyatını itirib və mülki obyektlərə böyük həcmdə ziyan dəyib. Lakin buna baxmayaraq bu kimi hücumların hər birinə Türkiyə son illərdə mümkün qədər adekvat cavablar verib. Hesab edirəm ki, bu dəfə də Türkiyənin Rusiya tərəfindən həyata keçirilən dünənki hərbi hava hücumuna müəyyən mənada cavab verməsi gözləniləndir.    

- Putin Əsədlə görüşü zamanı Moskvada verdiyi açıqlamada BMT və ölkə rəhbərliyinin izni olmadan Suriya ərazisinə hər hansı silahlı müdaxilənin beynəlxalq hüquqa zidd olduğunu deyib. Putinin konkret ad çəkmədən verdiyi bu xəbərdarlıq mesajını Türkiyəyə vurulan eyham hesab etmək olarmı? 

- Rusiya prezidenti Vladimir Putinin Suriya prezidenti Əsədlə Moskvada görüşü zamanı verdiyi açıqlama əslində Türkiyəyə eyham idi. Çünki əvvəllər də Rusiya Suriyada baş verən vətəndaş müharibəsi zamanı Türkiyənin proseslərə müdaxiləsini qəbul etmirdi və bunun beynəlxalq hüquq normalarına zidd olduğunu hər dəfə ifadə edirdi. Eynilə bu gün də Rusiya öz fikrində sabit olaraq qalır və Rusiya türk ordusunun Suriyadakı mövcudluğunu qətiyyən həzm etmir. Bu üzdən də həmin ifadələri Türkiyənin ünvanına səsləndirilən bir eyham saymaq olar. 

- Hazırda Rusiya ilə Türkiyə arasında baxışların zidd gəldiyi məkan İdlibdir. Bu gərginlik tezliklə Qarabağda meydana gələ bilərmi? 

- Həqiqətən də Avrasiya məkanının müxtəlif bölgələrində, məsələn Suriya, Liviya, Aralıq və Qara Dəniz bölgələri və s. ərazilərdə Türkiyə ilə Rusiyanın maraq toqquşmaları mövcuddur. Bu baxımdan İdlibdəki vəziyyət müəyyən mənada yenidən gərginləşib və həmin gərginliyin zəncirvari bir proses olaraq Qarabağda da təkrarlanması heç şübhəsiz mümkündür. Lakin gərginlik baş versə də, bunun Qarabağda böyük müharibəyə aparacağına mən inanmıram. İlk növbədə səbəb olaraq deyə bilərəm ki, Suriyada da, Qarabağda da böyük müharibənin başladılması heç bir tərəfin maraqlarına uyğun gəlmir. Onu da nəzərə almaq lazımdır ki, son illərdə iki ölkə arasında ciddi maraq toqquşmalarına baxmayaraq, hər iki ölkə mövcud qlobal və regional geosiyasi konyukturu nəzərə alaraq, həm də öz aralarında müəyyən əməkdaşlıq formatlarını müəyyənləşdiriblər. Bu səbəbdən də həm Rusiya, həm də Türkiyə çalışır ki, müəyyən ziddiyyətlərdə problemləri konsensusla yoluna qoysunlar. Bu səbəbləri nəzərə alaraq hazırki prosesdə böyük müharibənin baş verəcəyini düşünmürəm. Lakin orta və uzaq perspektivdən yanaşdıqda belə bir böyük müharibə ehtimalları gözləniləndir.

Elnur Ənvəroğlu 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Hamısı