“Şəhid olsam, salavat çək və döyüşə davam et” Qardaşı şəhid, özü isə qazi olan gizirlə MÜSAHİBƏ

Müsahibələr 09:30 27.09.2021

Hər döyüş yoldaşını itirdikdən, hər vətən torpağı azad edildikdən sonra yanaqlarına damcılayan yaş dənələri, sanki qazinin gözlərinə əbədi həkk olunur. Qazi sanki yoldaşlarını dəfn etdiyi vətən torpağını ruhu və qəlbindən savayı həm də gözlərində gəzdirir. Ona görə hər qazinin gözü vətənə baxan gözdür, mübarək vətənin özüdür.

Belə qazilərimizdən biri Aprel döyüşləri və Vətən Müharibəsi iştirakçısı, Silahlı Qüvvələrimiz giziri Ziya Ağahüseynovdur. Ziya qazi olmaqla yanaşı, həm də şəhid qardaşıdır. EDNews.net Anım Günündə Fizuli uğrunda döyüşlərdə yaralanan, qardaşını Qubadlıda vətən yolunda qurban verən gizir Ziya Ağahüseynovla müsahibəni təqdim edir:

- Özünüzü oxucularımız üçün təqdim edəsiniz...

- Mən, Ağahüseynli Ziya Əliyar oğlu, 1992-ci ildə Cəlilabad rayonunda anadan olmuşam. 2010-cu ildən əsgər kimi ordu sıralarına çağırılmışam, sonra çavuş, sonra isə gizir rütbəsi almışam və 11 ildir Silahlı Qüvvələrimizdə xidmət edirəm. Aprel döyüşləri və Vətən müharibəsində iştirak etmişəm və hər iksində yaralanmışam. Hazırda orduda xidmətimi davam etdirirəm.

- Bu gün Vətən müharibəsinin başlamasından düz bir il keçir. Bu bir ildə bütün Azərbaycan xalqının, xüsusilə müharibə iştirakçılarının həyatında ciddi dəyişikliklər müşahidə edilib. Sizin həyatınızda bu bir ildə nələr dəyişdi? Keçən ilə dönüb baxanda nələri itirmisiz və nələri qazanmısız?

-Bu bir ildə itirdiklərimiz çox olsa da, qazandıqlarımız ondan da çox oldu. Mənim öz doğma qardaşım Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid oldu. Döyüş yoldaşlarım, bölmə yoldaşlarım, illərdir birgə xidmət etdiyim, dostluq etdiyim, sirrimi böldüyüm yoldaşlarım şəhid oldu. Onların hər birinin ailələri qarşısında baş əyirəm. Döyüş yoldaşlarımızın arasında da sağlamlığını, ayağını, qolunu itirənlər çox oldu. Lakin bütün bunlara rəğmən biz 30 illik həsrətə son qoyduq və ən böyük qazancımız işğaldan azad edilən vətən torpağı oldu.

- Mən sizinlə birlikdə 2020-ci ilin 26 sentyabr gününə qayıtmaq istərdim. O gün bütün hərbi hissələrimizdə döyüş əhval-ruhiyyəsi hiss olunurdu. 21 və 25 sentyabr tarixlərində atəşkəs pozulmuş və ordumuz şəhid vermişdi. Bəzi hərbi hissələrdən çıxışlar başlamışdı. Sizin hərbi hissənizdə vəziyyət necə idi? O günü necə xatırlayırsız?

- Biz hərbçi olaraq ayın tarixindən asılı olmayaraq hər an döyüş əhval-ruhiyyəsində və döyüşə hazır vəziyyətdə oluruq. Həmin gün normal iş günü idi, hər kəs xidməti ilə məşğul idi. Axşama yaxın xəbər gəldi ki, düşmən yenə təmas xəttində təxribata cəhd edib və qoşun bölmələrimiz təxribatın qarşısını almaq üçün əks-əməliyyata başlayıb. Biz əməliyyata 27 sentyabr, səhər radələrində başladı.

- Sizi, sizin taboru ilk olaraq hansı istiqamətə göndərdilər?

- İlk olaraq Fizulinin Qaraxanbəyli istiqamətinə hərəkət etdik. Ayın 27-dən aktiv döyüşlərə girdik. Bu istiqamətdə şiddətli döyüşlər gedirdi və 30 illik müdafiə istehkamları, müdafiə xəttiləri ordumuz tərəfindən yarılmağa başlandı. Beton maneələr, bunkerlər və s. bizə çox çətinliklər yaratsa da, biz bunu bacardıq və bir-bir düşmən postlarını, mövqeləri ələ keçirməyə başladıq.

- Qaraxanbəylidən sonra sizi hara göndərdilər? Əsas hədəf kimi hara göstərilirdi?

- Bizə əmr gəlmişdi ki, Fizulinin şəhər mərkəzi götürülməlidir. Və digər qoşun bölmələri ilə birlikdə bizim tabor Fizuli şəhəri uğrunda irəli atıldı. Məntəqə-məntəqə, kənd-kənd alaraq irəlilədik. Tək bizim taborun 33 şəhidi və 90-a yaxın qazisi oldu. Çox itki verməyimizə səbəbsə açıq döyüşlərə girməyimiz idi. Çünki bizim işimiz düşmənin mühəndis maneələrini yarıb, arxadan gələn bölmələrə yol açmaq idi. Buna görə də yoldaşlarımız çoxu güllə və qəlpə yaralarından şəhid oldu. Öz tabor komandirimiz belə yaralanaraq qazi oldu.

- Müharibədə müşahidə etdiyiniz hansı məqamlar var ki, onları heç vaxt unuda bilməyəcəksiz?

- Çox şey deyə bilərəm, lakin əksəriyyəti hərbi sirdir. Amma mənim üçün unudulmaz olan məqam komandir və əsgərlərin şücaətidir. Mən 11 ildir xidmətdəyəm və çox mərd, cəsur əsgərlər görmüşəm, onlara komandirlik etmişəm. Ancaq ağlıma belə gəlməzdi ki, döyüş təcrübəsi olmayan əsgərlər belə, igidlik göstərə bilər. Müharibə bir daha sübuta yetirdi ki, əgər komandir qorxmursa, əsgər də döyüşdən qorxmur. Qəribə bir doğmalıq və intizam var idi. Əsgərlər öz komandirlərinə güvənir və inamla ardınca irəliləyirdi. Bunu heç vaxt unuda bilmərəm.

Səfərbərlikdən gələn yoldaşlar da bizə çox dəstək olurdular, onların da şücaətləri danılmazdır. Məsələn, səfərbərlikdən gələn, ehtiyatda olan baş leytenant İlkin Rzaquluyev var idi. 6 nəfərlik bir manqa ilə Fizulidə “karyer” deyilən ərazini ələ keçirmişdilər. Orada düşmən yaxşı mövqe tutmuşdu və geri çəkilmirdi, lakin 6 nəfərlik bu manqa bizim hərbi hissə komandirimiz Rəşad Salmanovun rəhbərliyi ilə düşmənin içinə sızıb karyeri ala bilmişdi. Yenə Fizulidə İlandağ adlanan bir strateji yüksəklik var idi. Ermənilər oranı alınmaz qala hesab edirdilər. Çox çətin olsa da bizim tabor İlandağı düşməndən təmizləyə bildi.

- Sizcə, bu uğurların əsas səbəbi nə idi?

- Qələbənin sirri komandirlərdə, onların döyüş bacarığındadır. Təsəvvür edin, hərbi hissə komandirindən manqa komandirinə qədər hər bir komandir öz tabeliyində olan şəxsi heyətə belə bir təlimatı verir: “Mən şəhid olsam, bir salavat çək və döyüşə davam et, irəlilə. Geriyə baxma, mənim üçün vaxt itirmə!” Məncə, qələbənin sirri bu komandada, təlimatda idi.

- Ayın neçəsi və necə yaralandınız? Yaralananda ölüm qorxusunu hiss etdinizmi?

- Təbii, hər kəsin qəlbində az və ya çox dərəcə ölüm qorxusu olur. Lakin bizim içimizdəki düşmənə nifrət hissi ölüm qorxusunu məğlub edirdi. Yaralanmağa gələndə Fizuli istiqamətində bir kanal var idi. Şəxsi heyəti o kanaldan keçirməli idik. Qruplara bölündük və mən də gözətçi kimi bölüyün uşaqlarını oradan keçirməyə başladım. Hər kəs keçəndən sonra dedilər ki, kəşfiyyat qrupu gəlir, onları da keçirmək istəyəndə düşmən həmin istiqaməti vurmağa başladı. Bu anda düşmən tankından açılan atəş 2 metr yaxınlığıma düşdü. Xoşbəxtlikdən arxa tərəfə düşdü və mən sığınacaq tərəfə tullanan zaman ayağıma 7 qəlpə dəydi və yıxılanda boyun fəqərələrim zədələndi. Əvvəlcə, heç yaralandığımı hiss eləmədim, sonra ayağımdan qan axdığını gördüm, lakin bildirməməyə çalışdım. Çünki döyüşdə yaralanmaq o deməkdir ki, döyüş yoldaşlarını qoyub hospitala yollanırsan. Mən də bunu istəmirdim. Heç birimiz istəmirdik. Çünki hər kəsin arzusu Şuşaya daxil olmaq idi. Heç kim bu arzusuna çatmamış hospitala getmək, döyüşdən uzaqlaşmaq istəmirdi. Qısası, qalxdım, dedim heç nə olmayıb, 10-15 metr getdikdən sonra əsgərim ayağımdakı qan izini görüb dedi ki, komandir sən yaralanmısan. Dedim, yox, yaxşıyam, qan şəhidlərin qanıdır, üstümə bulaşıb. Bu anda bizim taborun kəşfiyyat rəisinin müavini var idi, Səmid müəllim, Allah ona rəhmət eləsin, sonra şəhid oldu... Məni çağırdı yanına. Acıqlandı ki, bu nə deməkdir, sən yaralanmısan, amma heç kimə demirsən. Dərhal hospitala getməlisən. İstəməsəm də komandirə etiraz edə bilməzdim. Beləliklə, Əhmədbəyli hospitalına yollandım. Buradan həkimlərimizə təşəkkür edirəm, gecə-gündüz xidmətimizdə durdular, bizi sağaltdılar.

- Bəs qardaşınız necə şəhid oldu? O sizinlə eyni istiqamətdə döyüşürdü, yoxsa, başqa istiqamətdə idi?

- Qardaşım, əsgər idi. Onlar döyüşə Beyləqan istiqamətindən girmişdilər və Qubadlıya qədər irəlilədilər. Onunla müntəzəm danışır, məsləhətlər verirdim. Güman edirdim ki, hospitaldan döyüşə, qardaşımın, döyüş yoldaşlarımın yanına qayıdacam. Lakin yeriyə bilmirdim və ərizə yazsam da məni hospitaldan döyüşə göndərmədilər. Mən də müalicəm bitdikdən sonra evə, kəndə qayıtdım. Oktyabrın 19-da mən artıq kənddə idim, qardaşımın sonuncu zəngi də həmin gün oldu. Məndən soruşdu ki, kəndə şəhid cənazəsi gəlibmi? Dedim yox. Qayıtdı ki, Allah qoysa, kənddən birinci şəhid özüm olacam. Bir gün sonra icra nümayəndəsi məni çağırdı və qardaşımın şəhid xəbərini çatdırdı. Təsəvvür edin, həmin gün atam evdə mənim üçün qurban kəsmək istəyirdi ki, oğlum çox şükür sağ-salamat döyüşdən gəlib. Nə biləydi ki, kiçik oğlu vətən uğrunda şəhid olub.

- Allah rəhmət eləsin.

- Sağ olun, Allah bütün şəhidlərimizə rəhmət eləsin.

- Müharibədən bir il keçməsinə baxmayaraq bəzi qazilərimiz bir çox problemlərlə bağlı dövlət qurumlarına müraciət edir, müxtəlif məsələlərdən narazılıq edir, şikayətlənirlər. Sizin bir qazi və şəhid ailəsi olaraq nəsə narazılığınız, probleminiz və ya şikayətiniz varmı?

- Xeyr, yoxdur. Şəxsən mənə və ailəmə dövlət tərəfindən bir çox yardımlar olunub. Mən döyüşdə yaralanmışam və dövlət hesabına müalicə almışam. Düşünürəm ki, bəzi problemlər də qısa zamanda həll olunacaq. Və ümumiyyətlə, mənim şəxsi fikrimdir ki, müharibədən çıxan bir dövlətdən çox şey tələb etmək doğru deyil. Bu gün dövlət əlindən gələni edir. Lakin nəzərə almaq lazımdır ki, yükü ağırdır, şəhid ailələrinə sosial yardımlar edilir, Qarabağ yenidən qurulur, yaralı qazilərimizin müalicəsi həyata keçirilir. Bütün bunlarla birlikdə edilməyən, çatdırılmayan bəzi məsələlər də ola bilər. Lakin səbirli olmaq lazımdır.

Nicat İsmayılov


Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı