Qarabağ işğalda olan illərdə... Azərbaycanın zabit xalq artisti:

Müsahibələr 13:24 15.10.2021

EDNews.net Xalq artisti, Opera və Balet Teatrının solisti Fidan Hacıyevanın Qaynarinfo-ya müsahibəsini təqdim edir.

- Fidan xanım, sənət adamlarının Qarabağın ən gözəl, dilbər guşəsi olan Xudafərinə səfərini kimlər təşkil edib?

- Azərbaycan televiziyasının böyük bir layihəsi var. Biz sənət adamları da həmin layihə əsasında Qarabağa səfər etdik.

- Qarabağda hansı bölgədə oldunuz?

- Xudafərində. Qarabağda olmaq mənim kimi hər bir sənətkarın arzusudur. Qarabağ mənim arzularımın zirvəsi idi və buna çatdım, doğma Qarabağımıza ayaq basdım. Şəhidlərin qanı bahasına, müzəffər, rəşadətli Azərbaycan Ordusunun səyləri, eyni zamanda Ali Baş Komandan İlham Əliyevin siyasəti nəticəsində əldə olunan torpaqlarımızı ziyarət etdim. Biz ora sənət dostlarımızla birlikdə getdik, vətənpərvər əsərlər səsləndirdik. Səhnədə ifalarımıza baxmayaraq, daxildə göz yaşlarımız vardı. Bunlar sevinc göz yaşları idi. Çünki artıq neçə illərdən sonra biz o torpaqları gördük. Hazırda orada bərpa və quruculuq işləri gedir. Yaxın müddət ərzində Qarabağ dünyanın ən gözəl məkanı olacaq. Qarabağ turistlərin gələ biləcəyi məkana çevriləcək. Ora gələnlər görəcək ki, Qarabağın hər bir guşəsi gözəldir, bundan əlavə, tarixi abidələr var. Qarabağ işğalda olan illərdə mənim bir arzum vardı.- Sirr deyilsə, arzunuzu açıqlaya bilərsiniz?

- İstəyirəm, Qarabağda simfonik orkestlə birlikdə böyük bir solo konsert proqramı verəm. Mən xarici ölkələrdə qastrol səfərlərində olmuşam. Hər dəfə tamaşaçılar mənə sual verirdilər ki, "sizin torpaqlarınız işğal altındadır, o yerlərə gedə bilirsinizmi?”. Düzü, mənə bu sual veriləndə pis olurdum, daxilən sınırdım. Hər dəfə də konserti dahi sənətkar Müslüm Maqomayevin "Azərbaycan” əsəri ilə bitirirdim. Bu əsəri həm də iki dildə ifa edirdim. Hər dəfə də deyirdim ki, ilahi mənə qismət elə, bu əsəri qələbə, zəfər çalan xalqın sənətkarı kimi oxuyum. Bu mənim həmişə arzum olub, şükürlər olsun ki, Allah arzumu həyata keçirdi.

- İşğaldan sonra Xudafərini necə gördünüz?

- Havası təmiz, dağlar da sevinir. Orada böyük quruculuq işləri görülür. Şuşanın özündə olmamışam. Amma Xudafərinə gedənə kimi çox yollardan keçdik. Qarabağın hər yerində quruculuq işləri gedir. Yeni yollar, Füzuli rayonunda böyük aeroport tikilir, müasir şəhər salınır və bundan əlavə, tarixi abidələr bərpa olunur. Biz sənət adamları da öz sözümüzü vətənpərvər mahnılarla dedik, xalqımıza dəstək olduq. Müharibə dövründə mənim çoxlu vətənpərvər əsərlərim ərsəyə gəldi. Qarabağlı deyiləm, amma həmişə ora getmək arzum olub.

- Fidan xanım, siz həm də zabitsiniz...

- Mən həm də hərbçiyəm, zabitəm, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Nümünəvi Ansamblının rəisiyəm. Ansambl olaraq müxtəlif vaxtlarda əsgərlər qarşısında çıxış etmişik. Hazırda gözəl bir proqram hazırlayırıq. Bakıda olsam da, ürəyim orda qalıb. Həyat yoldaşım, uşaqlarımla bərabər Qarabağa gedəcəyik. Orada bizi bir ailə qonaq çağırıb. Füzuli rayonunda Kərimbəyli kəndi var, onların evində qonaq olduq. Bizi gözləyəcəklərini dedilər. Elə bir jurnalist yoxdur ki, onların evində qonaq olmasın. Mərdan müəllim və Əminə xanımın hər kəsə qapısı açıqdır. Bu müharibə zamanı mən Azərbaycan xalqında böyük bir birlik gördüm. Xalqımın ən kasıb vətəndaşı belə çörəyini hamı ilə paylaşırdı. Allah bütün illərimizi mehriban eləsin.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Paşinyan Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?
17:14 07.07.2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
17:09 07.07.2025
Paraşutla tullandı, qayaya çırpılıb həlak oldu
17:07 07.07.2025
Hamısı