Ankaranın Mərkəzi Asiyada artan rolu Türkiyə və Rusiya-Çin dueti

Müsahibələr 14:07 30.11.2021

Daxilindəki iqtisadi sıxıntılara görə gərgin vəziyyətdə olmasına baxmayaraq, Türkiyənin həm regionda, həm də Mərkəzi Asiyada rolu olduqca artıb. Bunu həm də Türkiyənin Qərbdən daha çox Mərkəzi Asiyaya yönələn irimiqyaslı layihələrinin genişləndirilmısi ilə də izah etmək olar. 

Bu gün Türkiyə ənənəvi olaraq Rusiyanın öz maraq zonası saydığı, Çinin isə sürətlə daxil olmaqda olduğu regiona girib. Ankaranın bu addımı təbii olaraq nə Moskvanın, nə də Pekinin ürəyincə deyil. Əslində, Türkiyə bu bölgədə nə Rusiya, nə də Çinlə təkbaşına rəqabətə girəcək gücə malik deyil. Lakin regionda toqquşan maraqlar və siyasi baryerlər Türkiyənin daha çox ön plana çıxmasına şərait yaradır. Səbəblər isə günümüzdəki Rusiya və Çin faktoru ilə bağlıdır. 

Rusiya ilə Çinin bəzi məsələlərdə mövqeyi üst-üstə düşsə də, bu ölkələri dost adlandırmaq mümkün deyil. İqtisadi cəhətdən dünyada ikinci olan Çin, Rusiyanın həm də bir kabusudur. Yəni Çin həm əhalisinin sayı, həm iqtisadi gücü, həm də ərazi iddiası ilə bağlı Rusiyaya təhdiddir. Bundan əlavə, ümumi sərhədləri olan Rusiya və Çinin qonşu ölkələrlə bağlı maraq dairələri də kəsişir. 

Dünyanın ikinci və üçüncü hərbi gücü olan bu dövlətlər açıq müharibəyə girmək niyyətində olmasalar da, bəlli məqamda bir-birinin qarşısını almağa çalışırlar. Hazırda Türkiyənin Mərkəzi Asiyaya daxil olmasını da bu kontekstdən nəzərdən keçirmək olar. 

Qeyd etdiyimiz kimi, Rusiya Orta Asiya regionunu daima özünün maraq dairəsi hesab edib. Amma bu gün Türkiyənin regiona daxil olması və fəal iş aparmasına dişlərini qıcayaraq dözür. Səbəb isə Çinin regiona ekspansiyası ola bilər. Təkbaşına Pekinin qarşısında dayanmağın çətin olduğunu anlayan Moskva, Ankaranı regiona buraxmaqla, Çinin rolunu azaltmağa çalışır. 

Türkiyənin aparıcı dövlət kimi Türk Dövlətləri Birliyi layihəsini irəli aparması Orta Asiya ölkələrini cəlbedici Çin variantından bir qədər soyumasına gətirib çıxarır. Eyni zamanda, region ölkələri Rusiyadan da nisbətən uzaqlaşalar da, Moskva iqtisadi asılılıq və Ankara ilə xoş münasibətlərə arxalanaraq, onları əlində saxlayacağına ümid edir. 

Regionda üç dövlətin mövqeyi və Türkiyənin rolu barədə daha ətraflı politoloq Samir Hümbətov EDNews.net-ə müsahibə verib.    

- Türkiyənin Mərkəzi Asiya kimi mürəkkəb bir regionda aktivləşməsi və türk dövlətlərinə birbaşa təsir imkanları qazanması həmin regionda ənənəvi söz sahibi olan Çin və Rusiyanın maraqlarına qarşı nə kimi ziddiyyət doğura bilər? 

- Mərkəzi Asiya ölkələrinin müstəqillik qazandığı dönəmlərə baxdıqda, o dövrdə nə Türkiyənin, nə həmin ölkələrin indiki kimi imkanları var idi. Artıq son 10 ildə Türkiyə xarici siyasət strategiyasını çoxşaxəli formaya gətirib və çoxvektorlu xarici siyasət strategiyasına görə Türkiyə artıq həm də Mərkəzi Asiya ölkələri ilə münasibətləri sıxlaşdırmağa başlayıb. Xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni geosiyasi reallıq bu prosesləri daha da sürətləndirib. Belə ki, Türkiyənin Qarabağ müharibəsindəki rolunu gördükdən sonra Mərkəzi Asiya ölkələrinin Türkiyəyə meyli daha da güclənib. Bir sözlə, həmin ölkələr Türkiyənin regionda bir güc halına çevrildiyini qəbul etməyə başlayıblar.

Digər tərəfdən, etiraf etmək lazımdır ki, bu gün Çinin Mərkəzi Asiyada maliyyə və investisiya imkanları olduqca böyükdür. Eyni zamanda, Rusiya kəşfiyyatı regionda güclü fəaliyyət göstərir. Buna baxmayaraq Türkiyə burada türkdilli ölkələri bir çətir altında birləşdirə bilib. Hesab edirəm ki, Türkiyə Rusiya ilə Çini qıcıqlandıracaq qədər hərəkət etmir. Lakin bu zaman-zaman Çin və Rusiya faktorunun regionda neytrallaşmasına gətirib çıxaracaq. 

- Bəzi ekspertlərin fikrincə, Rusiya Çinin regionda rolunu azaltmaq üçün Türkiyənin aktivliyinə göz yumur. Bu nə dərəcədə həqiqətə uyğundur? 

- Mən Rusiyanın Türkiyənin aktivliyinə göz yumduğunu düşünmürəm. Əslində Rusiya nə Çini, nə də Türkiyəni Mərkəzi Asiyada görmək istəmir. Sadəcə bugünkü dönəmdə adı çəkilən ölkələr öz istiqamətlərini seçdiyi üçün proseslər bu cür axarı ilə davam edir. Həm də regionda irimiqyaslı planlar həyata keçirmək üçün buna külli miqdarda maliyyə vəsaiti tələ olunur. Bu vəsaitin reallaşması üçün də Çin böyük rol oynayır. 

Bir nüansı da qeyd etmək istərdim ki, Çinin regiona gəlişi Rusiyanı zəiflətdiyi qədər, külli miqdarda pul xərcləyən Çini də asılı vəziyyətə gətirib çıxarır. Türkiyə üçün isə bu belə deyil. Türkiyə milli köklərə və xarici siyasətə əsaslanaraq regionda yumşaq güc siyasətini həyata keçirir. Bu da fikrimcə zamanla regionda Çinlə Rusiyanın təsirinin azalmasına aparan bir siyasi xətdir.  

- Türkiyə eyni zamanda Pakistanla çox ciddi əlaqələr qurub. Habelə Əfqanıstanla müəyyən münasibətləri var. Bu Türkiyənin regionda istədiklərinə qismən nail olduğu anlamana gələ bilər? 

- İlk öncə qeyd edim ki, Türkiyə ilə Pakistan arasında olan əlaqələr bu günlə bağlı deyil. Bunun kökü yüz illərə dayanır. Pakistan hətta müstəqillik dönəmindən öncə Türkiyəyə qarşı bir rəğbət bəsləyirdi. Müstəqillikdən sonra bu daha da böyüməyə başladı. Hətta Türkiyə Pakistana Kəşmir məsələsində hər cəhətdən dəstək veriridi. 

Əlavə edim ki, Türkiyənin Pakistan və Əfqanıstanla siyasi münasibətlərinin inkişaf etdirilməsi Türkiyənin Avrasiya aləmindəki maraqları baxımından önəmlidir. 

Pakistan-Əfqanıstan və Türkiyə münasibətlərində digər bir fakt da budur ki,  bu üç ölkəni bir-birinə yaxın edən din amilidir. Hər üç ölkə islami dəyərlərə görə bir-birinə həm müəyyən mənada güvənir və rəğbət bəsləyir. 

Qaldı ki, Türkiyənin Pakistan və Əfqanıstanla münasibətləri inkişaf etdirməklə istədiyinə nail olması. Hesab edirəm Ankara Mərkəzi Asiyada öz mövqeyini hər iki dövlət vasitəsilə daha da möhkəmləndirə bilər. Sadəcə bunun üçün hələ uyğun şərait mövcud deyil. Türkiyə istədiyinə tam nail olmaq üçün sadəcə uyğun məqamı gözləməkdədir. 

- Türkiyə ümumən regionda həddindən çox böyük proseslərə qatılıb. Bu isə onun ağır bir yükü çiynində daşıması anlamına gəlir. Sizcə bu sonda Türkiyənin əleyhinə ola bilərmi?   

- Xeyr, mən əsla düşünmürəm Türkiyə hansısa siyasi proseslərə qarışmaqla özünü yük altına atır. Əslində dövlət idarəetməsi elə bir şeydir ki, xarici siyasətlə bağlı nə qədər geniş imkanlara malik olsan dünyada daha böyük nüfuza malik ola bilirsən. İndiki vəziyyətdə Türkiyənin həm Yaxın Şərqdə aktivləşməsi, son dərəcə aparıcı rola malik olması, həm də bütünlükdə Avrasiya qitəsinin fərqli nöqtələrində möhkəmlənməsi onu göstərir ki, Türkiyə bu rolu layiqincə üstələyə bilir. Sadəcə görünən burada Türkiyənin bu qədər güclənməsinə səbr edə bilməyən tərəflərdir. Yəni bəzi hallarda Türkiyəni susmağa vadar etmək üçün müxtəlif yollara belə baş vururlar. Lakin sonda yenə də Türkiyə ilə hesablaşmaq məcburiyyətində qalıb geri çəkilirlər. 

Elnur Ənvəroğlu

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Türkiyədə zəlzələ baş verib
16:53 02.07.2025
Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib
16:38 02.07.2025
Azərbaycanlı boksçu Dünya Kubokunda yarımfinala yüksəldi
16:23 02.07.2025
Avronun bahalaşması nələrə səbəb ola bilər?
15:15 02.07.2025
Milli Məclis saxta xəbərlərə qarşı hüquqi mexanizm yaradacaq
15:00 02.07.2025
Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq
14:45 02.07.2025
Yaponiyada hələ də atom bombası qurbanları yaşayır
14:30 02.07.2025
Hamısı