Hər axşam Bakıya gəlirəm... "Sahil" kafesi, siqaret, Xəzərin qoxusu... Sergey Danielyan iki xalqın birgə yaşayışından danışır

Müsahibələr 17:57 13.12.2021

EDNews.net Caliber.Az-a istinadən rusiyalı prodüser və ssenarist Sergey Danielyanla müsahibəni təqdim edir.

- Sizcə, Azərbaycan və Ermənistan müharibənin bitməsindən bir il keçsə də, niyə razılığa gələ bilmir? Səbəb nədir?

- Ermənistanla Azərbaycan heç vaxt razılığa gələ bilməyəcək. Mən indiki vəziyyətdən yox, bütövlükdə danışıram. Həqiqət sadə olsa da xoşagəlməzdir. Ermənilər azərbaycanlılara və türklərə nifrət edirlər. Yüz ildir bəslənən fizioloji nifrət hissi var. Bir neçə nəsil bu nifrətlə böyüdülüb. Təəssüf.

Azərbaycan indi danışıqlara daha çox hazırdır. O, qalibdir, münasibət qurmağa daha yaxşı köklənib. Ermənistan isə məğlub tərəfdir və bu, onun üçün daha çətindir. Paşinyanın isə sərbəst hərəkət etmək səlahiyyəti yoxdur. Ölkə daxilində çox güclü müxalifət var. Elə liderlər var ki, yatıb Qarabağı necə geri alacaqlarını görür. Və heç bir qurban onları narahat etmir ... Əhval-ruhiyyənin fərqli olması danışıqlar aparmağı çətinləşdirir.

- Amma bu yaxınlarda rəsmi İrəvan Rusiyanın vasitəçiliyilə Ankara ilə münasibətləri düzəltməyə hazır olduğunu açıqladı...

- Ermənistanın rəsmi rəhbərliyinə və onun heç bir bəyanatına inanmayın. Erməni cəmiyyətində Ərdoğana nifrət çox güclüdür. Bir çox bloqerlər təəssüf ki (məni bağışlayın!) onu Hitler adlandırır və ya onunla müqayisə edirlər... Mən bunu ciddi deyirəm. Və ermənilər məğlubiyyətlərində türkləri günahlandırırlar. Mən əhval-ruhiyyədən danışıram.

Siyasətçilərin dedikləri isə başqa məsələdir. Amma orada zərrə qədər də səmimiyyət yoxdur.

- Yəni, barışıq gözləmək lazım deyil?

- Barışıq? Bu gün? Bu sırf texniki məsələdir. Amma bu, barışıq yox, sərhədlərin müəyyənləşdirilməsi və s. Mən bunu nəzərdə tuturam. Bəs əsl barışıq? Mən ona inanmıram. Düşünürəm ki, üç-dörd nəsil dəyişməlidir... Daha tez mümkün deyil.

- Rusiya və ya Qərbin simasında vasitəçilərə arxalanmadan hər iki tərəf təkbaşına razılığa gələ biləcəkmi?

- Vasitəçilər lazımdır, təbii ki. Təkcə ona görə ki, Əliyevlə Paşinyan birbaşa təmas qurmur. Rusiyanın kömək edəcəyinə inanıram. Bu həm rahatdır, həm də anlaşılan nəzarət mövcuddur. Mən Qərb vasitəçilərinə inanmıram. Onlar, əlbəttə ki, mübarizəyə qoşulurlar, amma məsələ ilə dərindən maraqlanmırlar. Ancaq Rusiya üçün bu məsələ əhəmiyyətlidir. Bu onun cənub qonşularıdır və hamı ilə normal və konstruktiv münasibətlər qurmaq istəyir. Rusiya ilə oynamaq lazımdır, sonrasına baxarıq.

- Bildiyiniz kimi, Azərbaycan və Ermənistandan kənarda azərbaycanlılar və ermənilər bir-biri ilə yaxşı anlaşır, amma iki ölkə arasında gərginlik səngimir. Sizcə, bu paradoksun səbəbi nədir?

- Bir şeyi dəqiqləşdirək. Erməni adlandırdığımız iki millət var. Ermənistandan gələn ermənilər və Ermənistan ərazisindən kənarda doğulub yaşayan ermənilər. Və hətta üçüncüsü də var, o ümumiyyətlə ayrıdır! Bunlar Azərbaycanda doğulub boya-başa çatan, Bakı günəşi, ölkənin mədəniyyəti canlarına hopmuş ermənilərdir. Onlar ümumiyyətlə fərqli və sevimlidirlər.

- Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçiriləcək görüşündən gözləntiləriniz nədir?

- Mən həqiqətən də Brüsseldəki görüşün nəticələrinə ümid edirəm. Çox. Biz, əlbəttə ki, realist olmalıyıq, amma ümid edirəm ki, məsələlərin heç olmasa yarısı öz həllini tapacaq. Buna inanmaq istəyirəm.

- Rusiya sülhməramlılarının Qarabağda olması silahlı toqquşmaların qarşısını ala bilmədi. Sizcə niyə?

- Rusiya sülhməramlıları hər şeyə qadir deyil. Sülhməramlılar adətən bölücü mövqe tuturlar. Və onlar sərhədyanı ərazilərə tam nəzarət edə bilmirlər. Ona görə də bəzən atışma səsləri eşidilir. Amma bu, bildiyimiz kimi, silahlı toqquşma deyil, regionlararası münaqişələri həmişə müşayiət edən adi təxribatlardır... Təəssüf ki, belə hallar olur. Bax bu, mütləq vaxt tələb edir.

- Qarabağ münaqişəsinin SSRİ-nin dağılmasının katalizatoruna çevrildiyini deyə bilərikmi?

- Bu münaqişənin, məncə, SSRİ-nin dağılması ilə heç bir əlaqəsi yoxdur. O vaxtı yaxşı xatırlayıram və o illərin əhval-ruhiyyəsini xatırlayıram. Sizə belə deyim: 15 respublikadan 6-7-si SSRİ-dən ayrılmaq və müstəqilliyə can atmaq arzusunda idi. Təəssüf ki, biz bunu sınadıq, amma çoxları peşman oldular. Amma onlar partizan kimi susurlar. Valideynlərinin evindən qaçmaq istəyən, sonra yenidən damlarının altında gizlənən uşaqlar kimi. O zaman SSRİ-ni xilas etmək mümkün deyildi. Mən bunu dəqiq bilirəm. Belə bir ehtimalın olduğunu iddia edən politoloqlar isə sadəcə nəzəri olaraq danışırlar. Belə bir imkan yox idi.

- Yenidən Bakıya gəlmək istərdinizmi?

- Mən Bakıda anadan olmuşam, böyümüşəm, 27 yaşıma kimi orada yaşamışam, sonra Moskvanın geniş imkanlarından istifadə etmək üçün ora getmişəm. Ancaq sonra kədərli hadisələr baş verdi və mən valideynlərimi Moskvaya apardım. Amma bu başqa hekayədir. Yeri gəlmişkən! 1990-cı ilin yanvarında Moskva Bakıya tanklar yeridəndə bu, erməni əhalisinin müdafiəsi deyildi. Yox. Bu, Azərbaycanda sovet hakimiyyətini xilas etmək üçün sonuncu cəhd idi. Səbəb yalnız bu idi və başqa heç nə ...

Bakıya səfər etmək istərdimmi? Əlbəttə. Səhhətim yaxşı deyil, amma hər gecə gözümü yumub marşrutu, yeri seçirəm! Bir neçə gün əvvəl “Sahil” kafesinin ikinci mərtəbəsində oturmuşdum. Qəhvə, dondurma. Siqaret. Axşam idi. Xəzərin qoxusu... Bakıya tez-tez gəlirəm. Tez-tez…

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Türkiyədə zəlzələ baş verib
16:53 02.07.2025
Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib
16:38 02.07.2025
Azərbaycanlı boksçu Dünya Kubokunda yarımfinala yüksəldi
16:23 02.07.2025
Avronun bahalaşması nələrə səbəb ola bilər?
15:15 02.07.2025
Milli Məclis saxta xəbərlərə qarşı hüquqi mexanizm yaradacaq
15:00 02.07.2025
Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq
14:45 02.07.2025
Hamısı