“Azərbaycan qanlı hadisələrdə əli olanları məhkəməyə verməkdə tam haqlıdır” Metyu Brayza ilə ÖZƏL MÜSAHİBƏ

Müsahibələr 15:00 20.01.2022
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri, tanınmış diplomat Metyu Brayza 20 Yanvar faciəsi ilə bağlı EDNews analitik xəbər portalına müsahibə verib. Diplomat qanlı faciədə doğmalarını itirən azərbaycanlılara baş sağlığı verib.
 
Bundan əlavə müsahibəsində M.Brayza 20 yanvar hadisələrinin arxa fonunda dayanan bəzi siyasi motivləri də təhlil edib.
 
Beləliklə, cənab Brayza ilə söhbətimiz başlayır.
 
- 20 yanvar hadisələrindən 32 il ötsə də, hər il yenə də qan yaddaşımız kimi qeyd olunmaqdadır. Siz Azərbaycanda fəaliyyət göstərən bir diplomat olmusunuz və Azərbaycan haqqında geniş bilgiyə maliksiniz. Bu hadisələrin baş verməsinin əsas səbəbi nə idi? Ümumiyyətlə, çürüyüb məhv olmaqda olan Sovet ölkələrində Azərbaycan da daxil olmaqla, bu kimi hadisələr baş verməyə bilərdimi?
 
- Etiraf edirəm ki, 20 yanvar hadisəsi Azərbaycan üçün dərin bir yaradır. Mən ilk əvvəl ölənlərin ailələrinə dərin baş sağlığımı bildirmək istərdim. Azərbaycan tanıdığım adamlar vardır ki, onlar hələ də o qanlı faciənin vurduğu travmadan özlərinə gələ bilməyib. 
20 Yanvar hadisəsi çürüməkdə olan Sovet imperiyasının son vurduğu bir zərbə idi. Həmin dövrdə Sovet ittifaqı təkcə ruslardan deyil, şərqdən qərbə qədər onun donuna girmiş müxtəlif ünsürlərdən ibarət idi. Belə bir məqamda ən vacib hadisələr həm də Azərbaycanda təzahür etdi. Düzdür, o dövrdə Azərbaycan da imperiyadan qoparaq öz müstəqillyini əldə edə bildi, lakin bunun ziyanlı tərəfi Azərbaycanın həm də Qarabağdan zorla qoparılması idi. 
Hesab edirəm, bu, erməni millətçi qrupların bir planı idi. Həmin dövrdə bu cür millətçi qüvvələr sanki özlərinə bir imic və ya karyera qurmağa çalışırdılar. 
Bütün bu olanlar 1990-ci ildən başlayaraq, həm də Azərbaycanda xalq arasında həyəcanların artmasına təkan verdi. Belə bir vəziyyətdən sui istifadə etməyə çalışan bir çox qüvvələr daxildə hakimiyyəti ələ keçirmək kimi planlara əl atdı. Hətta hərcmərclik Azərbaycanın Lənkəran, Gəncə və Quba bölgələrində dövlət çevrilişlərinə cəhdllərlə özünü göstərdi. Nəticədə, hakimiyyətdə olan Mixail Qorbaçov, bu gün Qazaxıstanda olduğu kimi ölkədə fövqəladə hal elan edərək rus qoşunlarını Bakıya göndərdi. Xalqın həyəcanları ordu qarşısında çaşqın bir durum yaratdı və yüzlərlə günahsız insan həyatını itirdi.
Mən hesab edirəm bu Qorbaçovun attığı ən yanlış bir addım idi. Çünki çevriliş cəhdi bu formada yatırıla bilməzdi. Bu sədəcə Sovet ittifaqı tərəfindən bir vəhşət idi. Buna baxmayaraq, Azərbaycan cəmi bir ildən sonra öz müstəqillyini elan etdi. Lakin nəticədə arzu edilməyən bir səhnə ortaya çıxır.
 
- Hər bir cinayətin bir hesabı var və 20 yanvar faciəsi də cəzasız qalan tarixin bir cinayət hadisəsidir. Təbii ki, bu gün məhv olmuş Sovet hökumətini yenidən dirildərək beynəlxalq məhkəmə tribunasına çıxartmaq mümkün deyil. Lakin bu cinayətdə əli qana batan hələ də bəzi siyasi ünsürlər həm Moskva, həm də Qərbin müxtəlif guşələrində gizlin sığınacaqlarda gizlənməkdədir. Azərbaycan beynəlxalq məhkəmənin köməyilə onları məsuliyyətə cəlb edə bilərmi?
 
- Bu sualı cavablandırmaq mənim üçün bir az çətindir. Hətta deyə bilərəm heç dəqiq cavabı da bilmirəm. Bu Azərbaycan hökumətinin qərarına bağlı bir məsələdir. Səhv etmirəmsə əsl cinayətkarların aşkar olunması üçün bu məsələyə bir dəfə 1994-cü ildə baxılıb. Bundan əlavə 2003-cü ildə Mixaill Qorbaçovun özünə qarşı ittiham irəli sürülüb. Lakin nəticəni siz də bilirsiniz. Sadəcə bilmədiyimiz budur ki, nə üçün onlar hələ də öz cəzalarını almayıb. 
Digər tərəfdən yanaşılsa, Azərbaycan günahkarların məhkəməyə verilməsində tam haqlı tərəfdir və onun buna tam hüququ çatır. Sadəcə bu məsələ uzun sürən prosesdir. Məsələn belə bir hal keçmiş Yuqoslaviyada da yaşanıb. Uzun zaman ərzində cinayət faktları araşdırılıb və bir araya toplanıb. Azərbaycanda bu prosesin necə getdiyini isə mən dəqiq bilmirəm.
 
- Sovet hökumətinin dağıldığı zaman baş verən hadisələrlə bağlı yalnız keçmiş Sovet Moskvasını qınamaq olarmı? Sizə elə gəlmirmi burada həm də Qərbin də müəyyən rolu olub? 
 
- Bu yanlış faktlara əsaslanan bir konspirologiyadır. Sovet ittifaqının dağılmasında Qərbin əlinin olması faktını mən tamamilə inkar edirəm. Çünki keçmiş SSR kənar qüvvələrdən təcrid olunmuş bir imperiya məkanı idi. Qərbin ora əlinin çatması sadəcə bir fərziyyədir. 
Dağılmaqda olan Sovet məkanında baş verən 20 yanvar hadisəsi həm də Ermənistan-Azərbaycan arasında başlanan çəkişmələrin bir parçası idi. Bu az öncə dediyim kimi Ermənistanın Azərbaycandan iddia etdiyi ərazini qoparmaq cəhdi idi. 
Sovet rejiminin dağılmasına gəldikdə isə bir daha qeyd etməliyəm ki, bu Qərbin təsiri ilə olmayıb. Bu yalan fərziyədir. Sovet rejimi öz-özündə çürüməyə başladı və onun törətdiyi fəsadlar hər kəsi üzdü. Mən 1996-cı ildə Moskvada çalışarkən Mixaill Qorbaçovun özü ilə də bu barədə söhbət etmişdim. O deyirdi ki, Sovet hökuməti əslində 10 il öncə, yəni 1979-cu ildə dağılmalı idi. 1974-cü ildə neftin qiyməti qalxanda Sovet hökumətinin özünü saxlamaq üçün 20 illik büdcəsi var idi. Sadəcə Sovetlərin qurduğu sistem müasir dönəmlə uyğunlaşmadı. Rejim hələ də İkinci Dünya Müharibəsi əhval ruhiyəsinə köklənmiş halda idi. Ölkə Qərblə ayaqlaşmırdı və hətta texnologiya sahəsində inkişafa maraqlı deyildi. 
Sizcə Qərb Sovetlərin dağılmasını nə üçün istəsin? Mən hətta deyərdim ki, ABŞ-ın keçmiş prezidenti olan ata Buş Sovet hökumətinin dağılmasında bərk narahat idi. O düşünürdü ki, Sovet hakimiyyəti dağılsa, sanki dünyada 20 yanvara bənzər hadisələr olacaq.
 
- Azərbaycanın keçmiş və yaxın tarixində baş verən bir çox kütləvi cinayət hadisələri, o cümlədən faciələrdə ermənilərin adı hallansa da, bunun arxasında hər zaman Kremlin ənənəvi siyasəti dayanıb. Bəs, Cənubi Qafqazda Rusiyanın müdaxiləsi olmadan, sülh və sabitlik içində birgə mövcud olan dövlətlər təsəvvür etmək mümkündürmü? Bu nə zamansa gerçək ola bilərmi?
 
- Bilirsiniz, ümumiyyətlə Cənubi Qafqazın taleyinin belə olması onun Rusiya kimi bir nəhəng dövlətlə qonşu olmasıdır. Məncə burada coğrafi mövcudluğu qınamaq lazımdır. 
Rusiya həm Ermənistan, həm Azərbaycan, həm də Gürcüstanın həyatında böyük iqtisadi oyunçu olub. Qonşuluq imkanlarından istifadə edərək öz xeyrinə həmin dövlətlərin daxilinə nüfu edib və öz hegomonluğunu qorumağa çalışıb. Bundan əlavə Qərb baxışları ilə desək, Rusiya həmin ölkələrə sanki öz keçmiş imperiya parçaları kimi baxır və Qərbdən, eləcə də cənubdakı qüvvələrdən qorunmaq üçün həmin dövlətləri özünə bufer hesab edir.
 
-  Hər bir enişin bir yoxuşu var. Azərbaycan da faciəli tarix yaşadı, lakin sonda zəfərə imza atdı. Bir diplomat olaraq Azərbaycanın Qarabağ müharibəsində həm hərb, həm də siyasət meydanında göstərdiyi mübarizəni necə dəyərləndirərdiniz? 
 
- II Qarabağ müharibəsi hər mənada mükəmməl bir hadisə kimi tarixə yazıldı. Hərbi cəhətdən yanaşsaq, Azərbaycan ordusunun şücaəti misilsiz idi. Xüsusilə Xüsusi Təyinatlı qüvvələr və komando dəstələrinin Şuşanı azad etməsi qeyri adi hərbi taktika kimi Qərbin nəzərini cəlb edib. Burada əlbəttə Türkiyənin də ən son texnologiyası Azərbaycan əsgərinin irəli getməsində mühüm rol oynayıb. Məsələn, dronlar vasitəsilə əldə edilən məlumatlar, düşmənin əldəqayırma təyyarələrlə mövqeyini aşkar edib ağır artilleriya və dron zərbələri endirmə və hətta bir sıra kəşfiyyat əməliyyatları buna misal ola bilər. 
Digər bir hərbi nailiyyət Azərbaycanın Pakistan ordusundan dağlarda döyüş, yüksək mövqeləri ələ keçirmək və ən əsası şəhərlərə ciddi ziyan vurmadan düşmən tərəfi geri çəkmək taktikalarını mənimsəməsi idi. Azərbaycan ordusu İranla olan sərhəd ərazilərini işğaldan azad edərkən mən həmin prosesin son dərəcə sürətlə baş veridiyinə heyrətləndim. Bütün hadisələr sanki ildırım sürəti il baş verirdir. 
Azərbaycan ordusu ən əsası mədəniyyət beşiyi olan Şuşaya qovuşdu. Hətta qalib ordu ən sonda yenə Ermənistana humanitar yardımların göndərilməsiüçün yol verərək, Kəlbəcər və digər azad olunan rayonlardan çıxmaları üçün vaxt verərək güzəşt etdi.  Azərbycan bu müharibədə dünyaya əsl humnizmi nümayiş etdirdi”.
 
Elnur Ənvəroğlu
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Təl-Əvivdə hava limanına hücum olub
14:30 06.07.2025
Yaponiyada zəlzələ baş verib
14:00 06.07.2025
Azərbaycanlı güləşçi qızıl medal qazandı
13:30 06.07.2025
İlon Mask yeni siyasi partiyasını elan etdi
13:00 06.07.2025
"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Əsvanda Ptolemey dövrünə aid qəbirlər aşkarlanıb
11:29 06.07.2025
Rusiya Xarkova PUA hücumu həyata keçirib
11:11 06.07.2025
"Almaniya müdafiə olunmalıdır”
10:51 06.07.2025
Almaniya Ukraynaya Patriot sistemi almaq istəyir
10:16 06.07.2025
İsrailin Qəzzaya endirdiyi son hava hücumlarında 78 nəfər ölüb
09:52 06.07.2025
Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Şirkət maşını dərəyə aşıb
08:19 06.07.2025
Aşura günü 2 mindən çox şəxs qan verib
07:47 06.07.2025
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan keçiriləcək
07:13 06.07.2025
Mark Zukerberq Ağ Evdən qovulub
06:38 06.07.2025
Hamısı