Türk kanalının aparıcısı Nərmin Balayeva: “Vətənə dönsəm işləmək üçün İTV-ni seçərdim” - MÜSAHİBƏ

Müsahibələr 12:40 19.03.2022

Türkiyədə “Haber Qlobal”da çalışan Azərbaycanlı aparıcı Nərmin Balayeva Azərbaycan tamaşaçısı üçün yeni imza deyil. Özünün sözlərinə görə isə əsl karyerasını Türkiyədə müəyyənləşdirə bilib.

Bizim.Media-ya müsahibəsində ölkə teleməkanından da danışan tanınmış sima bəzi incə mətləblərə də toxunub:

- Nərmin xanım, nə qədər vaxtdır Azərbaycandasınız və Bakı sizə yadlaşmayıb ki?

- 10 ildən çoxdur ki, Türkiyədə yaşayıram. Tez-tez gəlmək imkanım olmadığı üçün Azərbaycana ildə bir dəfə gəlirəm. Artıq bir aydır Bakıdayam. Bura gəlişim atamın vəfatı ilə əlaqədardır. Tezliklə Türkiyəyə və işlədiyim "Haber Global"dakı işimə qayıdacağam.

- "Haber Qlobal"dakı işlədiyinizi vurğuladınız. Oradakı işiniz tam olaraq nədən ibarətdir?

- Dörd ildir "Haber Global"da müxtəlif işlərdə çalışmışam. Hazırda “Poster” verilişinin aparıcısıyam, həmçinin də redaktor olaraq çalışıram. Ora mənə evim kimi doğmalaşıb. Vaxtımın böyük bir hissəsini orada keçirirəm və gördüyüm işdən böyük zövq alıram.



- Necə oldu ki, orada çalışmağa başladınız? Təklif sizdən, yoxsa qarşı tərəfdən gəldi?

- Mən Türkiyədə təhsil almışam. Marmara Universitetinin “Radio, Televiziya və Kino fakültəsi” üzrə üç illik magistr təhsilim var. Universiteti bitirdikdən sonra isə bir gün Məmməd Gülməmmədovla görüşdüm və o, mənə belə bir kanal açılacağını söylədi və məni də orada görmək istədiyini bildirdi. Düzü, 4 il öncə orada fəaliyyətə başlayanda ən aşağı işlərdən biri ilə başladım. Zamanla bilik və bacarıqlarımı artıraraq yüksəliş oldu. Aparıcı və redaktor kimi formalaşmağımda kanalımızın məşhur simalarından biri olan Erhan Ertürkdən aldığım fərdi dərslər mənə çox kömək etdi.

- Bəs oradakı maaşlar necə, sizi qane edirmi?

- Burada 4 il Aztv-də işləmişəm. Aztv–də qonorar sistemində işləyirdim və gəlirlərim indiki ilə müqayisədə çox aşağı idi. İndi isə demək olar ki, Haber Qlobalda aldığım maaş Türk vətəndaşının aldığı orta əmək haqqıdan xeyli yüksəkdir. Həmçinin qaldığım evin icarə haqqını və məni işə aparan maşının xərclərini də kanal qarşılayır. 

- AzTV-də də işlədiyinizi söylədiniz. Oradakı işinizdən ayrılma səbəbiniz təkcə maaş idi yoxsa...? 

- Orada da çox şey öyrənmişəm. Çox yaxşı təcrübələrim olub. O zaman biz qonorarla işləyirdik və normal qazancımızın olması üçün bir çox işlərdə işləməli olurduq. Bu isə öz növbəsində işimizin keyfiyyətinə təsir göstərirdi. Həmçinin Aztv-də azad rəqabət mühiti yox idi. Bu da  ilk növbədə inkişafın qarşısını alırdı. İndi isə məncə, AzTv-də xeyli islahatlar aparılır. Xüsusən də Ranar bəyin rəhbərliyi ilə açılan yeni verilişlər keyfiyyət və quruluş baxımından əvvəlkilərdən daha üstündür.



AzTV-dən ayrılmağıma gəlincə, bunun üçün xüsusi bir səbəb olmayıb. Türkiyədə magistr təhsili almaq imkanı qazandım və işdən ayrıldım.

- Kifayət qədər gözəl və savadlı bir xanımı adətən qısqanan xanım həmkarları da az olmur. Bu kimi hallarla qarşılaşmamısınız ki?

- Şəxsi praktikamda bu cür hallarla çox qarşılaşmışam. Hətta bəzən subay olduğum üçün əks cinslə belə adıma söz-söhbət qoşmaqdan çəkinməyiblər. Mən isə onların heç birinə reaksiya vermədən işimə davam etmişəm. Mənim həyat devizim arxaya baxmamaqdır. Nə olursa olsun heç vaxt öz arzularımdan əl çəkməmişəm. Üzərində çalışdığım hər bir işin zamanla bəhrəsini görmüşəm. Sənətim üçün hətta şəxsi həyatımı da arxa plana ataraq yalnız işimlə məşğul olmuşam.

- Türk xanımlarının sizə yanaşmasında da qısqanclıq faktorlarlarını sezmisiniz?

- Olmayıb deyə bilmərəm. Nə Aztv-də, nə də "Haber Global"da adımı müxtəlif kişilərlə hallandırmalarına reaksiya verməmişəm. Adətən türk xanımları çox sadə olurlar və Azərbaycan xanımları baxımlı olduqları üçün onlarda qısqanclıq doğurur. Son illərdə isə Türk xanımları da özlərinə qarşı çox baxımlı və cazibədardırlar.

 - Türkiyədəki karyeranız uğurlu olmasa vətənə qayıdıb burada hansı kanalda işləmək istərdiniz?

- Hər şey ola bilər. Kariyeramı daha da irəli aparsam, gələcəkdə Britaniyadakı kanalların birində çalışmaq istərdim. Təbii ki 10 illik fəaliyyətimin sonunda Türkiyəni tərk edib geri dönmək istəməzdim. Yox əgər buna məcbur qalsam, böyük ehtimalla işləmək üçün İTV-ni seçərdim. Orada son günlərdə yayımlanan verilişləri və kanalın dinamikasını çox bəyənirəm.

- Sirr deyilsə,  indi rəsmi olaraq hansı ölkənin vətəndaşısınız Türkiyə yoxsa Azərbaycan?

- Mən hələ də Azərbaycan vətəndaşıyam. Türk vətəndaşlığı almaq üçün müraciət etməmişəm, amma belə bir seçim imkanım olsa İsrail vətəndaşlığını seçərdim. O ölkəyə olan marağım sonsuzdur. Uşaqlıqdan Azərbaycanda yaşayan yəhudilərin əhatəsində böyümüşəm və onların xarakterlərini çox bəyənmişəm. Adətən söz-söhbətdən uzaq şəxsi inkişafa doğru köklənən insanlar olublar. Hətta bir ara Bakıda yəhudi dərnəklərinə də gedirdim. 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
BMT Ermənistandakı kilsə-hakimiyyət mübarizəsinə dair açıqlama verdi
19:07 08.07.2025
Hamısı