“Azərbaycan yeməkləri üçün çox darıxıram” Metyu Brayza ilə EKSKLÜZİV MÜSAHİBƏ

Müsahibələr 13:05 03.06.2022
“Azərbaycan mədəniyyəti və yeməkləri üçün çox darıxıram. Yeməklərin oxşar olduğu qonşu ölkə olan Türkiyədə olsam belə, Azərbaycan yeməkləri daha fərqlidir. Onların xüsusi dadı var”.
 
ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza Ednews-a özəl müsahibə verib.
 
Müsahibə zamanı ABŞ-li diplomat Azərbaycan haqqında maraqlı məqamlara da toxunub. O, işğal zamanı Şuşaya etdiyi səfərlərdən və yenidən o şəhəri görmək həyacanından da söz açıb. Söhbət zamanı cənab Brayza Azərbaycan mətbəxi üçün çox darıxdığını da deyib:
 
-Azərbaycan mətbəxi çox özəldir. Baharatlar, ədviyyatların istifadəsi, pomidor, xiyar, bibər kimi məhsullar fərqlidir. Onlar burada inanılmaz dərəcə təravətli və dadlı olur. Ancaq təbii ki, Azərbaycanın insanları, burada ailəmə qarşı isti və gözəl münasibət bəsləyən dəyərli dostlar üçün isə daha çox darıxıram.
 
 
- Bakıya “Bakı Enerji Həftəsi” üçün səfər etmisiniz. Başqa hansı planlarınız var? 
 
- Bəli, Azərbaycana sırf "Bakı Enerji Həftəsi" üçün gəlmişəm. Hökumət rəsmiləri, nazir, baş nazir müavini, beynəlxalq enerji şirkəti nümayəndələri, “SOCAR” kimi böyük şəxslərlə mükəmməl söhbət və prezentasiyalar edirik. Bu səfər mənim üçün çox produktivdir. Forumda iştirak etməkdən əlavə olaraq beynəlxalq və Azərbaycan enerji şirkətlərinin nümayəndələri ilə son dərəcə faydalı görüşlər keçirirəm. 
 
 
- Daha hansı görüşləri nəzərdə tutursunuz? Ümumiyyətlə, bu görüşlərin məqsədi nə olacaq?
 
Azərbaycan hökumət rəsmiləri, “SOCAR” kimi enerji şirkətlərinin nümayəndələri ilə görüşlərim olub. Şirkət nümayəndələri və BP-nin region üzrə prezidenti Geri Cons ilə şənbə günü Şuşaya səfərimiz olacaq. Səfərimiz Qarabağı bərpa olunan enerji ilə tamamilə yaşıllaşdırılmış bir regiona çevirmək üçün BP-nin Azərbaycan hökuməti ilə birgə planlaşdırdığı investisiya ilə bağlı məlumat almaq məqsədi daşıyacaq. 
 
 
-Bildiyimiz qədər Şuşaya da səfər edəcəksiniz. Sizcə, bu səfəriniz digərlərindən nə ilə fərqlənəcək? Şuşada nəyi görmək istəyərdiniz?
 
 - ATƏT-in Minsk qrupunun həmsədri olduğum müddətdə Şuşaya çox səfərlərim olub. Qarabağa səfərlərim zamanı hər zaman Şuşada da olmuşam. Şuşa çox xüsusi bir yerdir. Şuşa azad olunandan sonra, Azərbaycanın mədəniyyət paytaxtının dəyişimi, xüsusilə də yaşıl şəhər olması üçün etdiyi investisiyalar nəticəsində necə dəyişdiyini görməyi çox istəyirəm.
 
- Suallarımızı cavablandırdığınız üçün sizə təşəkkür edirik.
 
- Çox xoş oldu!
 
Mirvari Əzizova
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Hamısı