Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondu 30 il əvvəl hansı zərurətdən yaradıldı.. Açıqlama

Müsahibələr 14:53 22.09.2022

“Arxaya boylananda, fəaliyyətimizi incələyəndə, arxivimizə nəzər salanda görürük ki, bu 30 ildə kifayət qədər böyük fəaliyyətimiz var”.

Ednews BAMF-ın prezidenti Umud Mirzəyevin "bakı.xəbər" saytına verdiyi müsahibəni təqdim edir:
 
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) 30 illik yubileyidir. BAMF olduqca mürəkkəb və ağır şəraitdə, özü də belə bir təşkilatın doğulmasına zərurət olduğu bir dövrdə yaradılıb. 30 illik şərəfli yol keçən BAMF sözün həqiqi mənasında tarix yaradıb, geridə çox zəngin, mənalı və səmərəli səhifələr buraxıb. Elə bir sahə yoxdur ki, orada bu qurumun izi, dəst-xətti olmasın.
 
30 yaşlı Beynəlxalq Avrasiya Mətbuat Fondu hansı zərurətdən yarandı? Bu ideya necə doğuldu?  BAMF tərəfindən beynəlxalq miqyasda Azərbaycanın dövlətçilik mənafeyi naminə hansı işlər görülüb? Qurum mediamızla bağlı hansı fəaliyyətə imza atıb? Bu barədə “Bakı-Xəbər”ə  Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev danışdı.
 
“Biz istədiyimizə nail olduq”
 
“Deyim ki, biz bilərəkdən bu işlərin hamısına birdən başladıq, yox. 80-ci illərin sonu 90-cı illərin əvvəllərindəki vəziyyət hamıya məlumdur. Azərbaycan yenicə dövlət müstəqilliyini əldə etmişdi. Bu dövr doğurudan da çox mürəkkəb bir dövr idi. Bir tərəfdən, soydaşlarımız Ermənistandan deportasiya edildi, digər tərəfdən Ermənistanın torpaqlarımıza təcavüz etməsi, ərazilərimizin qarış-qarış  işğal olunması, başqa bir tərəfdən regionumuzla bağlı çox böyük dezinformasiyanın, məlumatsızlığın olması halları mövcud idi. Bilirsiz ki, o dövr üçün bütün məlumatlar Kremlin flitirindən keçiriləndən sonra yayımlanırdı. O vaxt internet, sosial şəbəkələr yox idi. O dövrün informasiya ötürücüsü ən yaxşı halda fakslar idi. Çox böyük çətinliklər mövcud idi. Bir Azərbaycan ziyalısı olaraq məni Azərbaycanda baş verənlərlə bağlı obyektiv informasiyanın yayılmasına necə nail olmaq olar sualı düşündürürdü. Ona görə də, biz daha çox ölkəmizlə bağlı məlumatların doğru-dürüst yazılaması, yayılması üçün postsovet məkanında, Baltikyanı ölkələrdə, Avropa ölkələrində olan dostlarımızı Azərbaycana səfər etməyə dəvət edirdik. Onlar gəlib baş verənlərə şahid olurdular.  Sonra düşündük ki, nədən bu fəaliyyətləri sistemli şəkildə həyata keçirməyək. Bunun üçün də bir təşkilatın yaranmasına zərurət yarandı. Bu ideya prosesin içində meydana gəldi. Mən Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışam. Əsasən burada təhsil alan əcnəbi dostlarımızla birlikdə 1992-ci ilin iyul ayının 22-də  Moskvada Beynəlxalq Avrasiya Mətbuat Fondununun təsis yığıncağı oldu. Həmin ilin sentyabr ayının 4-də isə BAMF dövlət qeydiyyatına alındı. Sağlıq olsun, oktyabrın ortalarında 30 illik yubileyimizi qeyd edəcəyik. Qeyri-təvəzökarlıq olmasın, arxaya boylananda, fəaliyyətimizi incələyəndə, arxivimizə nəzər salanda görürük ki, bu 30 ildə kifayət qədər böyük fəaliyyətimiz var”.
 
BAMF-ın tərcümeyi-halının kifayət qədər mənalı və zəngin olduğuna diqqət çəkən U.Mirzəyev vurğuladı ki, bu mənada alnı açıq üzü ağdırlar və nə lazımdırsa, nəyi etmək mümkündürsə hamısını ediblər. Təşkilatın nizamnaməsində əsas prioritet məsələ, məqsəd Qarabağ haqqında obyektiv informasiyanın yayılması və bu problemin çözülməsinə dəstək olmaq olduğunu deyən U.Mirzəyevin sözlərinə görə, fəaliyyətə başladıqdan sonra Çeçenistana, Baltikyanı ölkələrə, bir sözlə, postsovet məkanında harada konflikt ocağı olubsa BAMF həmin dövrdə o yerlərə səfərlər edib.  “Amma bu ideyanın təşəbbüskarı, təşkilatçısı mən olduğuma görə daha çox əksər böyük səfərlər Qarabağa, Azərbaycana oldu. Fəaliyyətimiz daha çox Azərbaycanla bağlı olduğu üçün fəaliyyətimizin əsas hissəsini Qarabağ haqqında obyektiv informasiyaların yayılması və o problemin çözülməsinə dəstək olmaq idi. Biz bu 30 ildə müxtəlif məzmunda, müxtəlif istiqamətlərdə yüzlərlə layihə icra etdik, peşəkar bir komanda formalaşdırmağa nail olduq. Bizim müxtəlif layihələrimizdə bu gün aşağı-yuxarı 200-dən çox adam çalışır.
 
Xatırlayıram ki, 1993-cü ildə “Mayak” radiosunda çıxış edərkən aparıcı mənə onun baş qərargahının nədən Bakıda olması ilə bağlı sual ünvanladı. Mən dedim, artıq zaman gəlib ki, bu cür beynəlxalq təşkilatların baş qərargahları Parisdə yox, Moskvada yox, məhz Bakıda olsun. O vaxt “Mayak” radisonun aparıcısına belə bir cavab verdim. Demək olar ki, biz istədiyimizə nail olduq. Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondu dünyanın aparıcı beynəlxalq təşkilatlarının ya üzvüdür, ya onlarla birbaşa əlaqələri var, onların tərəfdaşıdır. Biz bu gün BMT-nin General Statusunu qazanan bir təşkilatıq. 2013-cü ilin sonu 2014-cü ilin əvvəlində biz bu statusu qazandıq. Bu BMT-də ən yüksək statusdur. Bu status BMT auditoriyasının Nyu-Yorkda, Cenevrədə və Vyanada olan qapılarını birbaşa bizim üzümüzə açır. Yeri gəlmişkən, bu gün (6 sentyabr-İ.S) səfərə gedirəm. BMT-in Baş Assambleyasının sessiyası başlayacaq. Bundan başqa, ABŞ-da 4 yığıncaqda iştirak etməliyəm, hamısına dəvətliyəm. Beynəlxalq Mətbuat İnstitutunun dünya konqresinə dəvətliyəm. Eyni zamanda “Sülhün Kökləri” təşkilatının 25 illik yubileyinə qatılacağam. Orada Azərbaycanla bağlı bir filmin göstəriləcək, Azərbaycanın mina problemi ilə bağlı bir film təqdim edəcəyik. O yubiley tədbirlərində də çox yüksək çinli qonaqlar iştirak edəcək. Bu tədbir Azərbaycanın mina probleminin təbliği üçün çox önəmli bir platformadır. BMT-nin Baş Assambleyasında görüşlərimiz var. Vaşinqtonda da görüşmüz olacaq. Eyni zamanda səfər çərçivəsində başqa bir neçə görüşümüzün baş tutmasını da planlaşdırırıq. Deyə bilərəm ki, BAMF on ildən artıq əməkdaşlıq etdiyi Əl-Cəzirə televiziyası ilə bu ilin martında birbaşa əməkdaşlıq memerandumu imzaladıq. Bu da ölkəmiz, regionumuz, BAMF-ın tərcümeyi-halı üçün çox ciddi hadisədir. Əl-Cəzirdə Azərbaycanla bağlı çoxsaylı reportajların, verilişlərin hazırlanmasında, yayılmasında BAMF olaraq birbaşa qatqımız var. 44 günlük müharibə zamanı mən özüm Əl-Cəzirənin əsas ingilisdilli qrupu ilə iki ay ərzində (sentyabrın 27-dən noyabrın 27-nə qədər-U.M) birgə olduq və bu müddət ərzində ölkəmizlə bağlı ingilis dili seqmentində 42 reportaj hazırlandı. Bilirsiz ki, ölkəmizin ən böyük problemlərindən biri mina problemi ilə ilə bağlıdır. Biz dünyanın ən ciddi təşkilatlarından biri olan “Sülhün Kökləri” təşkilatı ilə mart ayında əməkdaşlıq memerandumu imzaladıq. İndi onların tədbirinə qatılmağa gedirəm. Bu təşkilat da Azərbaycanın mina problemini ən yüksək səviyyədə gündəmə gətirir, dünyanın bu problemə diqqət ayırması üçün öz sözünü deyir. Ümumiyyətlə, 20-dən çox işbirliyində olduğumuz təşkilat var, onlar dünyanın çox nüfuzlu təşkilatlarıdır”.
 
Dörd il Beynəlxalq Mətbuat İnstitutunun direktorlar şurasının üzv olduğunu deyən U.Mirzəyev vurğuladı ki, təşkilat dünyanın aparıcı, qlobal media qurumlarından biridir. Pandemiyadan sonra bu təşkilatda da fəaliyyətlərini daha da aktivləşdirməyi düşünən U.Mirzəyevin sözlərinə görə, 10 il əvvəl sözügedən təşkilatla Azərbaycanda “Neft, Qaz və Media” adlı çox möhtəşəm tədbir keçiriblər. Dünyanın aparıcı jurnalistlərinin Azərbaycana gəldiyini qeyd edən müsahibimizin bildirdiyinə görə, Azərbaycana başqa düşüncə ilə gələn jurnalistlər ölkəmizdən gedərkən fərqli bir düşüncə ilə gediblər, əldə etdikləri obyektiv informasiyaya görə köhnə təsəvvürləri dəyişib: “İnsanlar bəzən oxuduqları, sosial şəbəkələrdə gördüklərinə istinadan ölkələr barəsidə fikir yürüdürlər. Bizim əsas missiyamızdan biri regionumuzla, Azərbaycanla bağlı  obyektiv informasiyanın yayılması olduğu üçün bu 30 ildə ölkəmizə müxtəlif ölkələrdə çalışan jurnalistlərin, parlamentariləri, xalq diplomatlarının, nüfuzlu insanların  səfərlərini təşkil etmişik. Bunların arasın birinin adını çəkməyimiz kifayət edər. Biz 2016-cı ildə Nobel sülh mükafatı laureatı Məhəmməd Yunusu Azərbaycana səfərini təşkil etdik. Onu ölkə başçısı qəbul etdi. Onunla ADA Universitetində, Dövlət İqtisad Universitetində, 4 nazirlikdə ən yüksək səviyyədə görüş təşkil olundu. Azərbaycanda sosial biznesin inkişafı ilə bağlı Dövlət İqtisad Universiteti və BAMF-la birgə Sosial Biznes Mərkəzi yaradıldı...
 
Mən bu fəaliyyətimiz barədə ona görə ətraflı danışa bilirəm ki, arxada gördüyümüz çoxlu işlər var. Bu işlər hamısı əsaslı işlərdir, görülən işlərdir, zəhmətə qatlaşdığımız işlərdir. Bu barədə kifayət qədər danışmaq olar. Amma hesab edirəm ki, təşkilatımız barədə təsəvvür yaratmaq üçün bu 30 ilə qısa ekuskrusiya etdik. “Bakı-Xəbər” qəzetinə təşəkkür edirəm ki, bizim fəaliyyətimizə diqqət ayırıb”.
 
Biz də “Bakı-Xəbər” ailəsi olaraq BAMF-ı 30 illik yubileyi münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı