“Ermənilər 15 yaşlı Xəqaninin başını kəsdilər” Xocalıda əsir düşən Dürdanə xanımla MÜSAHİBƏ

Müsahibələr 10:00 26.02.2023

Bu gün Xocalı soyqırımından 31 il ötür. Xocalıda yüzlərlə insan qətlə yetirilib. Ailəsi, əzizləri gözləri önündə əziyyətlə öldürülən qəhrəman şəhərin sakinləri bu gün Xocalının qan yaddaşını yaşadır. Misli görülməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Dinc, silahsız Xocalı camaatına bir gecənin içində amansız divan tutulub. Soyqırımı nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq qətlə yetirilib. Yüzlərlə insan yaralanıb, xəsarət alıb, şikəst olub, əsir düşüb. Həmin gecənin şahidlərindən biri də Dürdanə Ağayevadır.

Ednews səkkiz gün erməni əsirliyində qalan Xocalı sakini Dürdanə Ağayevlə müsahibəni təqdim edir. 

- Xocalı faciənin üstündən 31 il keçir. Həmin gecəni, soyqırımını necə xatırlayırsınız?

- Bu faciəni unutmaq istəsək belə unuda bilmərik. Biz Xocalı faciəsindən o qədər danışmalıyıq ki, unutdurmamalıyıq. 31 il insan öz vətəninə, evinə-eşiyinə həsrət qalır. Çox ağır dərddir. Mən o gecəni xatırlayıram, elə bil dünən olub. Gecə saat 11 olardı, Xocalıya hücum oldu. Gündüzdən bu hücumu yerlilər bilirdi. 

Xocalıya dörd tərəfdən hücum etdilər, faktiki olaraq şəhəri mühasirəyə aldılar. Mülki vətəndaşlar üçün qaça biləcəkləri yalnız bir dəhliz var idi - meşədən Ağdama gedən yol. Atəş başlayan kimi evdən qaçaraq meşəyə tərəf getdik. Çöldə qarlı fevral ayı idi, biz yüngül paltarda idik, iliklərimizə qədər donmuşduq. Qarqar çayını keçmək üçün suya az qala dizə qədər girmək lazım idi. Qardaşlarım nənəmi keçirdilər, o, zərər çəkmədən Ağdama ilk çatanlardan oldu. Biz isə ayaqlarımızı islatdıq, bu isə hərəkət etməyi çox çətinləşdirirdi. Həmin gecə Xocalı od tutub yandı. 

Geriyə baxmadan qaçdıq, soyuq, qaranlıq və qorxulu idi. Güllələrin vıyıltısı bizi yerə yıxırdı, anam böyründən yaralandı, qardaşım ona ayağa qalxmağa kömək etdi və biz yeriməyə davam etdik. Meşə meyitlərlə dolu idi, yaxınlıqda uşaqlar vardı, onları kömək dalınca gedənlər qoymuşdu. Bilirsiniz, çoxuşaqlı ailələr var idi, ona görə də qadınlar bütün uşaqları təkbaşına xilas edə bilməzdilər. Həm yaşlılar, həm də gənclər arasında həlak olanlar vardı... 

- Əsir düşdünüz və bu cəhənnəmdən necə xilas oldunuz?

- Qara qayanın üstündə qardaşımla birgə yaralı vəziyyətdə əsir götürüldük. 8 gün əsirlik həyatı yaşadıq. Ağla gəlməz işgəncələr, vəhşiliklər gördük. İnsanda bir mərhəmət hiss olar. Uşağa, qadına silah çəkməz, güllələməz. Amma ermənilər millət deyil, insan deyillər. Allahverdi Bağırovun sayəsində əsirlikdən xilas olduq. Allah ona rəhmət etsin. 

- Xocalıda əsir düşənlərin taleyi necə oldu?

- Allahverdi Bağırov 1 050 Xocalı sakinini əsirlikdən xilas etdi. Amma mən tanıdığım oğlanlar orda qaldı. Onların taleyindən heç birimizin xəbəri yoxdur. Onların başına nə gəldisə də bilmədik. Heç unutmaram, 15 yaşlında Xəqani adlı oğlan vardı. Onu ermənilər apardı qəbirlərinin üstündə başını kəsdilər. Bu zülmdür, dözülməz dərddir. Eləcə də Xəqani kimi oğlanlar ermənilərin əlində qaldı.

Səhəri gün bizi maşına mindirib Ağdama apardılar, çox həyəcan keçirirdim. Axı mən nəhayət anamı, qardaşlarımı və nənəmi görə biləcəkdim... Əvvəl anam heç məni tanımadı, mənə müraciət edərək “Mənim oradakı qızım necədir?” sualını verdi. Mən isə göz yaşları içində ona “Mən elə sənin qızınam ...” söylədim.

- Xocalı hadisələri ilə bağlı indiyədək sirr kimi saxladığınız məlumat varmı?

- Elə bir sirrim yoxdur. Ümumiyyətlə, Xocalı faciəsindən nəsə bir sirr saxlamaq günahdır. Onu danışmaq lazımdır. Bir qadın olaraq mənim kiçik bir mücrüm var. Xocalını unutdurmamalıyıq, biz nə qədər danışsaq azdır. ABŞ-da, Fransada, İtaliyada, Türkiyədə, Rusiyada olmuşam. Hara getmişəmsə erməni vəhşiliyindən danışmışam. Allah bizim xalqa güc, səbr versin. 

Söhbətləşdi: Oğuz Ayvaz

Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

500-dən çox quş növü məhv ola bilər
00:14 01.07.2025
"Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm"
23:59 30.06.2025
Ürək sağlamlığı üçün Gündə bir ovuc qoz ye
23:40 30.06.2025
Fransa polisi mülki şəxsləri öldürür
23:25 30.06.2025
Rusiyanın növbəti hədəfi Odessadır
23:13 30.06.2025
Bu qidalar iltihabı azaldır
22:54 30.06.2025
"ABŞ İrana milyardlarla dollar köçürüb"
22:39 30.06.2025
PKK-nın silahlarını təhvil verəcəyi tarix məlum oldu
22:27 30.06.2025
Uitkoff İranla müzakirələri davam etdirir
22:12 30.06.2025
Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir?
21:15 30.06.2025
Gündə bir alma yemək bu xəstəliklərdən qoruyur
21:06 30.06.2025
İTV Kənan MM-in iddialarına cavab verdi
20:51 30.06.2025
Paşinyan kilsəni zərərsizləşdirə biləcək?
20:36 30.06.2025
Aralıq dənizində Rusiyadan bir milyon barel neft daşıyan gəmi partlayıb
20:19 30.06.2025
Vinçenzo Montellanın müqaviləsi uzadıldı
20:04 30.06.2025
Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı paylaşım edib
19:49 30.06.2025
"Android" smartfonlarında "casus antenalara" qarşı qoruma funksiyası olacaq
19:34 30.06.2025
Paşinyan "xarici agentlər" haqqında qanun təklif etdi
19:19 30.06.2025
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində nə gəzir?
19:04 30.06.2025
Danimarkalı qadınlar orduya püşkatma ilə çağırılacaq
18:49 30.06.2025
Almaniyanın Ukraynaya maliyyə yardımı büdcəsindən 1 milyard avro "yoxa çıxıb"
18:34 30.06.2025
İran Ukraynaya nota verdi
18:19 30.06.2025
Tramp Suriyaya qarşı sanksiyaların yumşaldılması haqqında fərman imzalayacaq
18:04 30.06.2025
DİN "Sputnik Azərbaycan"da keçirilən əməliyyatla bağlı açıqlama verdi
17:55 30.06.2025
Bəylər Eyyubov vəzifəsindən azad edildi
17:39 30.06.2025
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
17:24 30.06.2025
Simonyandan Paşinyan haqqında danışdı: - “Antixristin kiçik barmağıdır”
17:09 30.06.2025
Peskov Azərbaycan XİN-in etirazına reaksiya verdi
16:54 30.06.2025
Avrasiya İttifaqı Özbəkistana “qarmaq” atır
16:39 30.06.2025
"Azərbaycanlıların Rusiyada öldürülməsi kök salmış şovinizmin təzahürüdür"
16:21 30.06.2025
Daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib
16:06 30.06.2025
İran ABŞ-dən zəmanət tələb edir
15:51 30.06.2025
Rusiya FTX-nin "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanıldı
15:36 30.06.2025
İranda "Starlink" istifadəçiləri şallaqlana bilərlər
15:21 30.06.2025
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
15:08 30.06.2025
Metsamor Cənubi Qafqazı Çernobilə çevirə bilər
14:53 30.06.2025
Səfərov qardaşlarının nəşi təhvil verildi
14:41 30.06.2025
Mirzoyan Lavrova elə öz sözləri ilə cavab verdi
14:38 30.06.2025
Rusiyada azərbaycanlıların cinayət işi Mərkəzi İstintaq Komitəsinə tapşırıldı
14:24 30.06.2025
"Sputnik Azərbaycan"da əməliyyat keçirilib
13:40 30.06.2025
Hamısı