“Atam adımı Şeyx Sənandan götürüb” Aktyor Sənan Əlləzlə MÜSAHİBƏ

Müsahibələr 11:00 30.03.2023
Xəbər verdiyimiz kimi, İctimai TV-də yayımlanan “Şeyx Sənan”  serialı yayımlanıb. Ednews serialın baş qəhramanı Sənan Əlləzlə müsahibəni təqdim edir.

- Sənan bəy, müsahibədən öncə qeyd etdiniz ki, at sürürəm. Şeyx Sənan serialının çəkilişləri ilə bağlıdır?

- At sürürdüm. Şeyx Sənan serialı ilə bağlı deyil. Tarixi bir filmin çəkilişlərinə hazırlaşırıq. Məhz  bu tarixi filmin məşqlərindəyəm.

- "Şeyx Sənan" sizin yaradıcılığınızın hansı mərhələsidir?

- "Şeyx Sənan" mənin yaradıcılığımın ilk mərhələsi olmasa da bu layihəyə kimi 30-a yaxın film və seriallarda  iştirak etmişəm. Dövlət və özəl filmlərdə seriallarda uzun müddətli seriallara çəkilmişəm. Yaradıcılığımın ilk mərhələsi olmasa da xüsusi mərhələsidir. Çünki burada Hüseyn Cavidin ruhu var. Cavid əfəndinin -"Şeyx Sənan" pyesinin motivləri əsasında yaranan 12 bölümlük film var. Eyni zamanda məni Şeyx Sənanla mənəvi bir bağım var. Çünki mənim adım da Sənandır. Atam adımı Şeyx Sənanın adından götürüb. Özüm də Tiflisdə doğulmuşam. Doğulduğum yerlə üzbəüz Şeyx Sənan dağı var. Əfsanələrə görə Şeyx Sənan həmin dağda dəfn olunub. Buna görə də "Şeyx Sənan"ın  mənim yaradıcılığımda xüsusi bir yeri var. İştirak etdiyim bütün layihələrim mənim üçün doğmadır. Amma Şeyx Sənan adım qədər yaxındır. 12 bölümlük serialın ərsəyə gəlməsində müəllifi və quruluşçu rejissoru Xəyyam Abdullazadə, Elçin Elxanlının və digər aktyorların çox böyük rolu var.

- Şeyx Sənanın axtarışına çıxdığı həqiqətlər onu hara aparacaq?

- Şeyx Sənan eşq axtarışındadır. Bu eşq bizim gördüyümüz maddi yox, mənəvi eşqdir. İlahi eşq isə Şeyx Sənanın gözündə Tamara cismində təcəssüm edir. O Tamaradakı dürüstlüyü  saflığı həm də ilahi eşqlə bərabərləşdirir. Ona görə də yekunda Sənan hər şeydən imtina edərək yenidən doğuş prossesinə başlayır. Yenidən doğuş mərhələsində isə Sənan xristianlığın qəbul edir, xaç suyuna girir, boynundan xaç asır. Amma bütün bunlar sadəcə görünən tərəflərdir. Mənə görə isə Şeyx Sənan Qurandan, dindən imtina etmədi, əksinə dini tapdı. Özündən imtina edib dini tapdı. O, əslində xaç suyuna girmədi yenidən doğuldu. Boynundan xaç asmadı çarmıxa çəkildi. Bütün bunların fonunda isə Sənan müasir cəmiyyətə ilahi eşqlə bərabər doğruluq və dürüstlüyü gətirmək üçün təlatüm yaşamaqdadır. 

 

- Həyatda Şeyx Sənan olsaydınız Azərbaycan cəmiyyətində nələri dəyişərdiniz?

- Biz bunu serialın ssenari müəllifi və quruluşçu rejissoru Xəyyam Abdullazadə və Elçin Elxanlı ilə hazırlıq müddətində söhbət etmişik. Müasir Şeyx Sənanı çəkirik. Müasir cəmiyyətimizdən Şeyx Sənan olsaydı nələri dəyişməyə çalışardı? Bu uzun illərdir ki, Xəyyamın beynində olan ideası idi. Onu müasir formada layihələşdirdi. Şeyx Sənanlıq şəxsiyyət, obraz deyil, yaşam tərzidir. Şeyx Sənan bir həyat tərzinə çevrilib. Şeyx Sənan döyülür, söyülür, əzab-əziyyət çəkir, təhqirlərə məruz qalır, şərə uğrayır. Amma bütün bunların fonunda yalan danışmır, sözündə bütövdür, xəyanət etmir. Öz ideyası uğrunda mübarizə aparır. Ölümə aparan yol olsa belə bu yoldan imtina etmir. Həqiqətən də Şeyx Sənan olsaydım  mən sizə dediklərimin hər birini dəyişməyə çalışardım. Çalışardım insanlar bir birinə xəyanət etməsinlər,sözünə bütöv olsunlar. Öz məqsədlərinə doğru irəliləsinlər.

- Sizcə, Şeyx Sənan müasir cəmiyyətimiz üçün kimdir və ya nəyi ifadə edir? 

- Şeyx Sənan müasir cəmiyyətimiz üçün yüz il bundan əvvəl yazılmış müasir bir obrazdır. Müasir cəmiyyətimniz üçün xristian bir qız üçün dinini dəyişmiş müsəlman şeyxidir. Şeyx Sənan neçə insanın edə bilməyəcəyi mən necə dinimi dəyişə bilərəm,ilahi eşq üçün bütün bunları necə edərəm deyilən bir obraz olsa da böyük bir cəsarət nümayiş etdirib. Mən əminəm ki, bu cəmiyyətdə belə insanlar var. Ola bilsin ki, onlar çox tanınmırlar, amma 12 bölümlük serialıma baxanda müasir Azərbaycan tamaşaçısı Şeyx Sənanın müasir cəmiyyətimiz üçün nə ifadə etdiyini tapacaqlar. Şeyx Sənanda özlərini görə biləcəklər. İddialı səslənməsin, amma mən bu obrazı canlandıranda çalışdım ki, Şeyx Sənanı bir insanın yox 12 insanın timsalını göstərim. 

- Əsər müsəlman və xristian məhəbbətindən bəhs edir. Sizcə sevginin dini olurmu?

- Biz çox xoşbəxt cəmiyyət və dövlətik ki, bizdə sevginin dini yoxdur. Mən həqiqətən fəxr edirəm ki, Azərbaycan tolerant bir ölkədir. Aprel ayı yaxınlaşır. Bu ayda həm müsəlmanların müqəddəs bayramı Ramazan, həm də xristianların Pasxa bayramıdır. Azərbaycanda yetəri qədər müsəlmanlar və xristianlar var. Həm müsəlmanların həm də xristianların xoşbəxt yaşadığı dövlətdə sizcə sevginin dini ola bilərmi? 

Şeyx Sənanın çəkdiyimiz yerlər Azərbaycanımızda çəkilib. Udi Alban kilsəsində mən Xaç suyuna girmişəm. Udi xristian icması bizi çox səmimi şəkildə qarşıladı. Qaxda həmçinin məsciddə də çəkilişlərimiz oldu. Qax məscidinin axundu da bizi eyni səmimiyyətlə qarşıladı. Sevgi olduğu yerdə dinin fərqi yoxdur.

Söhbətləşdi: Ayan Rzayeva

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
Hamısı