“Zəngəzur dəhlizi yeni dövrün başlanğıcı olacaqdır” – Türk ekspertdən ÖZƏL ŞƏRH

Müsahibələr 12:45 18.09.2023

Yaxın aylarda Türkiyə tərəfi Zəngəzur dəhlizinin açılması ilə bağlı işə başlayacaq və Azərbaycan tərəfi bu istiqamətdə işlərini davam etdirir. 
Bu məsələ ilə bağlı ötən günlərdə Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Əbdülkadir Uraloğlu, “Biz bu dəhlizin həyata keçirilməsində müəyyən bir mərhələ keçdik, inanıram ki, Azərbaycan, Türkiyə və Ermənistan yaxın gələcəkdə bu layihəni həyata keçirəcək” – deyə İstanbulda Türk Dövlətləri Təşkilatının (OTT) təşkil etdiyi Multimodal Nəqliyyat və Logistika Forumu zamanı mediaya bildirib. 

Görünür Türkiyə Zəngəzur dəhlizinin Şərqlə Qərbi birləşdirən mühüm logistika nöqtəsinə çevrilməsinə böyük ümidlər bəsləyir.

Zəngəzur dəhlizinin açılması nəticəsində region və dünya ölkələrinə yaradacağı imkanlarla bağlı iqtisadçı ekspert və Atatürk Universitetinin Prof. Dr. Kərəm Qarabulut, Ednews – a özəl müsahibəsində bu barədə fikirlərini bölüşüb:

“Zəngəzur dəhlizinin açılmasının böyük strateji əhəmiyyəti var. Çünki bu yol vasitəsilə Türkiyə nəinki quru yolu ilə Azərbaycanla birləşəcək, həm də Orta Asiyaya açılacaq. Azərbaycan isə bu dəhlizlə Avropaya açılacaq. Zəngəzur dəhlizinin açılması ilə Qars-İğdır-Naxçıvan dəmir yolu Türkiyənin dəmir yolu əlaqəsinin qurulması üçün gündəmə gələcək məsələlərdən biri olacaq. Bu dəhlizin açılması ilə Türkiyə ilə Azərbaycan arasında həm turizmin, həm də xarici ticarətin indiki səviyyədən 2-3 dəfə artacağını gözləmək lazımdır. Bu yol ilə bağlı İrəvan; “Türkiyə sərhədlərini bizə açsa, yolun çəkilməsinə icazə verərik” deyə israr edə bilər. Yəni bu dəhlizin müqabilində Ermənistan çox güman ki, Türkiyənin sərhəd qapılarını açmaq üçün ciddi cəhdlər göstərməyə başlayacaq. Ələxsus bu dəhlizdə Ermənistanın iştirakı yalnız Ermənistanın Azərbaycana qarşı münasibəti dəyişdiyi halda mümkün ola bilər”. 

Ekspert müsahibəsində bu dəhlizin dünya siyasi – iqtisadi prosesləri üçün yeni bir dövr olacağını da vurğulayıb:

“Bunu qeyd etmək lazımdır ki, bu dəhlizin açılması dünyada heç bir dövlətə ziyan vuracaq xüsusiyyətə sahib deyil əksinə, həm region, həm də dünyanın siyasi-iqtisadi və sosial sabitliyinə töhfə verəcəkdir. İlk başda qeyd etdiyim kimi Ermənistan bu dəhlizin açılması ilə xeyir əldə edəcək və mövcud çətin vəziyyətini bərpa etməyə doğru başlayacaqdır. Həmçinin Rusiyanın da burada siyasi-iqtisadi maraqlarının olduğunu vurğulamaq lazımdır. Rusiyanın məhsulları da bu dəhliz vasitəsilə dünyaya təqdim oluna bilər. Ayrıca Rusiyanın müttəfiqi Çin bu məsələnin gerçəkləşməsində istəyi olan ölkələrdən biridir, dəfələrlə bunu bəyan edib. Naxçıvan-Bakı-Aşqabad yolu, hətta Çinə nəqliyyat təmin olunacağından həm kənd təsərrüfatı, həm heyvandarlıq, həm də sənaye sahələri inkişaf edəcəkdir. Bu vasitə ilə süqut etmiş keçmiş İpək Yolu yerini, Dəmir İpək Yolu ilə əvəzləyəcəkdir. Avropa ölkələrinin də mənfəəti bu dəhliz üzərindədir ki, bu yolla Dəmir İpək Yolu üzərindən orta asiya və çinə nəqliyyat daha asan olur. Təbii ki, bu yolun siyasi aspektləri də vardır. Xüsusən də İran məsələdə Ermənistan tərəfi nümayiş edir, lakin bunun əksinə dəhlizdə iştirakı təmin edilsə, öz ərazisindəki dəmir yollarının da ticari cəhətdən aktivləşməsinə gətirib çıxaracaqdır. Qısaca onu deyə bilərəm ki, bu dəhlizin açılması ilə bağlı işlər tam sürətləm davam edir və bu dəhliz yeni dövrün başlanğıcı olacaqdır”.

Əkbər Novruz

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı