İranın Zəngəzur ağrısı: İran ikiüzlülüyünün səbəbləri nələrdir? – Ekspertlərin ŞƏRHİNDƏ

Müsahibələr 16:15 18.09.2023

İranın xarici işlər naziri Zəngəzur dəhlizi haqqında bildirib ki, regionda İranı Ermənistanla birləşdirən tarixi marşrutun məhdudlaşdırılmasına və ya bağlanmasına imkan verməyəcəklər. 
İran yenə ikibaşlı oynamağa başlayıb. Gah Azərbaycanla prosesləri normallaşdırmağa cəhd edir, gah da yenidən təxribatçı acıqlamalar verir.

Ağ Partiyanın sədri Tural Abbaslı Ednews – a açıqlamasında, İranın ikili standartlarının səbəbi olaraq koalisiyaya məruz qalmasını göstərib:

“İran hazırda Rusiya, İran, Azərbaycan, Pakistan, ABŞ və yaxud İsrail ilə qarşı – qarşıya gəlmək istəmir. Bilir ki, İranla heç bir dövlət tək başına vuruşmayacaq və koalisiyaya məruz qalacaq. Özünün də daxilində kifayət qədər narazılıqlar var. Ona görə o başa düşür li, mümkün bir müharibə rejimin sonunu gətirə bilər. Eyni zamanda İran qeyd edib ki, Ermənistanın varlığı onlar üçün qırmızı xətdir. Onlar çox gözəl bilir ki, Azərbaycan Zəngəzuru geri qaytarsa və Ermənistanla sərhəd bu şəkildə bağlansa, İranın manevr imkanı məhdudlaşmış olur. Bu baxımdan da bu qırmızı xətdir və onlar sonuna kimi mübarizə aparırlar. Lakin düşünürəm ki, Azərbaycan və onun müttəfiqləri də bir o qədər İran qədər inadkar olmalıdır. Dünənə kimi SSRİ ilə sərhəd olan ölkə indi gəlib tarixdən dəm vurur. SSRİ – dən əvvəl də bütün o ərazilər AXC- nin tərkibində idi. İran regionda sona qədər öz maraqlarını qorumağa çalışır. Ələxsus burada idealoji maraqlar da var. Sözsüz Türkiyənin sünni bir dövlət olduğunu nəzərə alsaq, onun öz maraq dairəsi altında olan bir regionda fəaliyyət göstərməsini istəməz. Sözsüz bilməliyik ki, Zəngəzur dəhlizinin hazırda ən böyük əleyhdarları İrandır və biz bu istiqamətdə fəaliyyət göstərməliyik”.

Milli Məclis deputatı Fazil Mustafa da məsələ ilə bağlı fikirlərini Ednews – la paylaşıb. O, qeyd edib ki, İranın bu cür açıqlamaları əslində gözləniləndir. 

“Çünki bu dövlətin siması və prinsipsizliyi bəllidir. Bu açıqlama isə çox səviyyəsiz bir açıqlamadır. İran regionda hansısa dövlətə yol açmaq istəyirsə, ona müdaxilə edə bilməz. Heç kim heç nəyi məhdudlaşdırmır. Burada sadəcə bəhanələri irəli sürməyin mənası yoxdur. Azərbaycan İranın öz istəyindən qeyri-aslı bir şəkildə öz hədəfinə nail olmalıdır və olacaq da. Biz ayrıca İran ərazisindən bir yol istəmirik. Bu Ermənistanla Azərbaycan arasında öz həllini tapacaqdır və İranın bura heç bir aidiyyatı yoxdur. Ona görə səsləndirilmiş bu fikirlər çox absurddur. Biz İranın qeyri – səmimi mövqeyini hər zaman vurğulayırıq. İran sanki regionda Fransadan sonra üçüncü bir erməni dövlətidir. Ələxsus İranın Fransa ilə birlikdə atdığı addımları da Azərbaycan maraqlarına uyğun gözləmək sadəlövhlükdür. Biz öz kursumuzu davam etditməli və bu yolu açmalıyıq”.

Əkbər Novruz

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı