"Gözlənildiyi kimi Azərbaycan öz hüquqi, qanuni ərazisində lokal antiterror tədbirlərini həyata keçirdi".
Bu sözləri Ednews -a Azərbaycanda Minazadan Zərəçəkənlərin Asossosiyası İctimai Birliyinin sədri Rey Kərimoğlu bildirib.
O, qeyd edib ki, tezliklə Qarabağ bölgəsində yerləşən erməni silahlılarının sonuncusuna qədər oranı tərk edəcək.
“Bildiyimiz kimi erməni separatçılarının müdafiə mövqeyi sürətli bir şəkildə yarıldı. Bütün proseslərin və tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının konstutsiyasında öz əksini tapan ölkə daxilindəki separatçılığa qarşı yönəlmişdir.
3 ildir ki, ölkə prezidenti İlham Əliyev, Xarici İşlər Naziri və digər diplomatlar Qarabağ bölgəsində yerləşən erməni silahlılarının çıxarılmasını bəyan edibdir.
Lakin bu bildirişlərə məhəl qoyulmur. Ermənistanında dediyi kimi ərazidə 10000-ə yaxın silahlı qüvvə var. 3 tərəfli bəyanatdada bildirildiyi kimi rus sülhməramlıları əraziyə daxil olduqdan sonra erməni silahlıları bölgəni tərk etməli idilər.
Əfsuslar olsun ki, qarşı tərəf bunu əməl etmədi. Bunun nəticəsidir ki Azərbaycan höküməti tam qanuni şəkildə antiterror əməliyatlarını həyata keçirdi”.
Xəyal Ramiz