“BMT ekspert qrupunu Qarabağa gəlişi onlara bütün gerçəkləri nümayiş etdirəcəkdir” – Niyaməddin Orduxanlı

Müsahibələr 18:00 29.09.2023

Rəsmi Bakı yaxın vaxtlarda BMT-nin beynəlxalq ekspertlər qrupunun Qarabağa səfərinə icazə vermək niyyətindədir. Bu barədə mətbuatda məlumatlar yayılıb.

Bəs bu qrupun burada iştirakı hansı məqsədləri hədəfləyir? 

Məsələ ilə bağlı politoloq Niyaməddin Orduxanlı Ednews - a müsahibəsində bildirib ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq niyyətini hər zaman ortaya qoyub:

“Əslində Azərbaycan uzun illərdir başda BMT olmaqla, bütün beynəlxalq təşkilatlarda, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olması, suverenliyin əldə edilməsi və sülh şəraitində yaşanılmasını ortaya qoyub. Çünki Azərbaycanın əraziləri 30 il işğal altında olub. Azərbaycan dəfələrlə bütün beynəlxalq təşkilatlarla, aparıcı olan və ya olmayan dövlətlərlə əməkdaşlıq etmək niyyətini ortaya qoyub. Çox təəssüf ki, BMT Təhlükəsizlik Şurasının bəlli 4 qətnaməsi olduğu halda belə, Azərbaycana ikili standartlarla yanaşılıb. Beynəlxalq hüququn təmin olunmasına çox laqeyd münasibət göstərilib. Ən dəhşətlisi də Azərbaycana qarşı “Azadlığa Dəstək Aktı”na 907 – ci düzəlişi tətbiq edib, ölkəmizi o yardımdan məhrum etmişdilər”. 

Politoloq müsahibə əsnasında BMT – nin regiondakı hadisələrə ikili standart nümayiş etdirməsinə də toxunub.

“Bu gün BMT və digər aparıcı beynəlxalq təşkilatlar Ukraynada baş verən hadisələrə görə işğalçı adlandırır və sanksiya tətbiq olunur. Lakin necə ola bilər ki, Azərbaycanın 1991 – 1992 – ci ildə BMT – də qəbul etdirdiyi əraziləri Ermənistan işğal edəndə onlar sakit qaldılar. Bir işğalçıya münasibət bəsləyib, digərinə münasibət göstərməmək, qeyri – mütənasiblik təşkil edir. BMT – nin vəzifəsi yarandığı tarixdən beynəlxalq hüququn tam təmini üzərinə olub. Lakin alınan qərarlar sadəcə göz aldatmaq məqsədilə, yazılı formatda olub”.

Sonda o, bu qrupun Qarabağa gəlməsini yüksək qiymətləndirib və bildirib ki, bu onlara bütün gerçəkləri göstərəcəkdir:

“Ələxsus BMT artıq başa düşür ki, həmin o, TŞ – nin 4 qətnamələrini Azərbaycan tək başına icra etdi. Azərbaycan öz gücünü nümayiş etdirdi. Qeyd etdiyim kimi, biz hər zaman əməkdaşlığa hazır olduğumuz kimi, burada da əməkdaşlığa tam hazırıq. BMT – nin ekspertlər qrupunun da buraya gəlməsi mühüm hadisədir. Beynəlxalq hüququn təminatçısı olaraq regionda iştirakı sülhün bərqərar olunmasına və gerçəklərin bir daha onlara göstərilməsinə şərait yaradacaqdır”.

Əkbər Novruz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
Hamısı