Bildiyimiz kimi ötən gün Ermənistan parlamenti Roma Statutunun ratifikasiya etdi. Xatırladaq ki, Roma statutu beynəlxalq məhkəmə vasitəsilə ilə Vladimir Putinin həbsini qeyd edir.
Roma statunun qəbul edilməsi ilə Ermənistan -Rusiya münasibətləri hansı dərəcədə dəyişəcək?
Rusiyan Qafqazdakı yeganə dayağını itirirmi?
Ermənistan qərbpərəst siyasət apararaq Qərblə Rusiyanı qarşı -qarsıyamı qoyur? Qeyd edək ki Rusiya duması Roma Statutuna səs verən erməni deputatlara sanksiya təklifi edib.
Məsələ ilə bağlı politoloq Turab Rzayev Ednews-a açıqlamasında bildirir ki, əslində Rusiya ilə Ermənistan arasındakı gərginlik Paşinyanın hakimiyyətə gəldiyi dönəmlərdən başlayıb.
“Əlbəttə ki, bu proses Rusiya ilə Ermənistan münasibətlərinin daha da gərginləşməsinə səbəb olacaq.
Bunun kimi hadisələrin baş verməsi ilk deyil . Məsələn Paşinyanın rus hərbi bazalarını Ermənistan ərazisindən çıxarmaq üçün etdiyi fəaliyyətlər, KTMT-dən çıxmaq istəməsi və s..
Bununla bağlı Lavrov çıxışında Ermənistan hökümətinə bir çox suallar verdiyi halda cavab almadığını qeyd edib.
Son proseslərdən də bilindiyi kimi biz bu iki ölkənin arasında heç bir münasibət görmürük.
Hətta sonuncu səfər Ermənistanda keçirilən görüşündə Paşinyan və Putin arasında narazılıq belə yaranmışdı.
Hazırda isə Roma statunun qəbul edilməsi məsələni daha da ciddiləşdirdi. Birbaşa olaraq Putinin həbsi onun şəxsinə toxunan bir məsələdir. Putin isə şəxsi məsələrdə çox kinli biridir”.
Politoloq vurğulayır ki, bütün bu prosesləri cəmləyərək Putin Paşinyan hökümətini devirmək üçün hərəkətə keçəcək.
“Bir müddət əvvəl Paşinyana qarşı Rusiya muxalifəti dəstəkləyirdi.
Lakin bu istənilən nəticəni vermədi. Hətta gələcəkdə ölkə siyasətçilərinə və ya dövlətə qarşı sanksiyalar da tətbiq oluna bilər.
Hətta Paşinyanın şəxsinə yönəlmiş təhdidlər və sui-qəsd də ola bilər.
Nəticə olaraq görünür ki, Paşinyan Rusiyaya qarşı Qərb ölkələrini dəstəkləməkdə hələ də davam edir və geri adım atmaq fikri yoxdur. İstənilən halda qarşıdakı günlər Paşinyan hakimiyyəti üçün rahat keçməyəcək”.
Xəyal Ramiz