“Bakı Metropoliteni 56 illik dövründə bir dəfədə mənfəət əldə etməyib” – Metropolitendən AÇIQLAMA

Müsahibələr 15:15 02.11.2023

2024- cü ildə "Bakı Metropoliteni"nə dövlət büdcəsindən 50 milyon manat subsidiya nəzərdə tutulub. Bu, 2023-cü illə müqayisədə 11,6 milyon manat çoxdur. Vəsait sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün ayrılıb. Büdcənin ayrılması ilə yanaşı Bakı metropolitenində yaranan sıxlıq və əlavə problemlərin həll olunması üçün hansı tədbirlər görülməlidir?


Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Ednews-a açıqlamasında ictimaiyətin Bakı metro sistemi ilə əlaqəli yayılan yanlış fikirlərdən çəkinməli olduğunu söyləyib.

O, həmçinin qiymətlərin bahalaşması barədə yayılan xəbərlərə də fikir bildirib.


“Statistik olaraq maya dəyərinin göstərilməsi ictimai medianının reytinq xatirinə şişirtmə və dəyişdirilmış məlumatlar verməsi doğru deyil. Çünki qiymətlərin artırılması ilə bağlı rəsmi heç bir qərar yoxdur. 


Tarifin tənzimləməsi ilə bağlı Prezident İlham Əliyev sentybarın 2-də fərman imzalayıb.

Ümumiyyətlə baş verəcək bütün proseslər İqtisadiyyat Nazirliyi ilə razılaşdırılıb 6 ay ərzində ölkə başçısına məruzə  olunmalıdır.

İlk öncə bunların mexanizmləri tətbiq olunmalıdır. Qiymət artımı ilə bağlı bütün məsələlər hazırda heç bir əsasa dayanmır”.
Əlavə olaraq mətbuat katibi maya dəyərinin adambaşı niyə 68 qəpik olduğunu da açıqlayıb:


“Dünya ölkələrini müqayisə etsək 68 qəpik böyük rəqəm sayılmır. Anlayıram Qərb ölkələrinin sosial həyat səviyyəsi daha yüksəkdir. Lakin söhbət bununla kifayətlənmir. Biz təhcizatımızın 95 faizini ölkə kənarından alırıq. Demək olar ki, sərnişin daşımanın maya dəyəri ən aşağı həddədir”. 


Sərnişinlərin ən çox irad bildirdiyi mövzulara aydınlıq gətirən  Bəxtiyar Məmmədov bildirib ki, metropoliten maya dəyərini minumumda saxlamaq üçün enerjiyə qənaet etməlidir.


“Bu gün ən çox gələn suallardan biri də Bakı metropolitenində gələn yox gedən vaxtların göstərilməsidir. Bunun tətbiq edilməsi üçün milyonlarla manat vəsait ayrılmalıdır.

Bununla yanaşı intervallar bəlli olduğu üçün zatən bütün sərnişinlər qatar 30 saniyə gecikəndə belə hər şeydən xəbərdar olur. Prinsipial olaraq bu sərnişinin rahatlığına və təhlükəsizliyinə heç bir üstünlük gətirmir.

Digər məsələrdən biri də muafiq  vaxt ərzində eksalatorların fəaliyyətinin dayandırılması mövzüsudur.

Bəzən sərnişinlərin azlığı ilə bağlı eskalatorlar dayandırılır.  Bizim bu zaman əldə etdiyimiz qənaət həqiqətən çox yüksəkdir.  

Eyni zamanda bildirmək istəyirəm bütün qənaətlərin toplamı sərnişin daşımanın mayasının minumama endirilməsinə kömək edir”. 


Sıxlıqların yaranmasının səbəbini və bunun qarşısının alınması haqqında danışan ekspert qeyd edib, 27 stansiyadan yalnız 7 stansiyada ən çox sıxlığı vurğuluyub:


Ən sıx stansiyalar 20 Yanvar, Koroğlu ,28 May, Elmlər Akademiyası və günorta saatlarında Gənclik və Nərimanovdur. Sərnişinlərin səhər  saatlarında şəhər mərkəzinə axışması və axşam saatlarında şəhər kənarlarına qayıtması sıxlığı yaradan ən əsas məsələlərdən biridir.  Şəhər mərkəzini şəhər kənarına calayan stansiyaların sayı bəlli olduğundan bu kimi problemlər yaranır”.


Bakı metropolitenində yaranan problemlərin əsas səbəblərini sadalayan ekspert son olaraq qeyd edib ki metronun iki mərkəzi xətti bir birindən ayrılmalıdır:


“Dünyada belə bir standart yoxdur.

Həmçinin aradakı intervalları azaltmaq üçün qatarlar sonuncu stansiyadan dönüb geri qayıtmalıdır. Elektrik deposunun yaşıl xətti mütləq şəkildə inşa olunmalıdır.

Bir sıra yarımstansiya və infrastrukturlarda yenidən qurma işləri aparılmalıdır. Həmçinin yeni formatlı qatarların istifadə etdiyi güc əvvəlkilərə nisbətdə 2 dəfə çoxdur və buna görədə stansiyaların elektrik mənbələri buna uyğun tənzimlənməlidir”.  


Xəyal Ramiz

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı