Gürcüstan Aİ-na üzv ola biləcəkmi? – Politoloqların ÖZƏL ŞƏRHİNDƏ

Müsahibələr 16:50 13.11.2023

Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib ki, Gürcüstan, Ukrayna və Moldova yaxın gələcəkdə Avropa İttifaqına üzv olacaq. O, jurnalistin Ukraynanın 2030-cu ildə, Gürcüstanın isə daha sonra Aİ-yə üzv ola biləcəyi ilə bağlı sualına - “Bu, eyni zamanda baş verəcək” deyə cavab verib.


Hər üç postsovet ölkəsinin Avropa İttifaqına üzv olması nə dərəcə realdır? Rusiyanın buna reaksiyası necə ola bilər?


Məsələ ilə bağlı rusiyalı politoloq Sergey Stankeviç Ednews-a açıqlamasında bildirib ki, artıq illərdir ki, üç namizəd ölkənin siyasətçiləri “hər şeyin qaydasında olduğu” prestijli Avropa klubuna qoşulmaqla öz seçicilərinin rifaha tez çatmaq arzusu ilə aldadırlar:

6fcec37181a5fdb6023b2bbf9a62fd72.jpg
“Guya lazımi sənədləri imzalamaq və bəzi bürokratik rəsmiləşdirmələri tamamlamaq kifayətdir, bundan sonra yeni həyat başlayacaq. Brüsseldən mühüm “dayılar və xalalar” gələcək, yaxşı yollar çəkəcək, infrastrukturları müasirləşdirəcək, "Avropadakı kimi"  daha gözəl  həyat yaradacaq və büdcəyə yüksək subsidiyalar təyin edəcək.  Bu sözləri onlar zaman-zaman seçicilərə deyirlər ki, Avropa xoşbəxtliyi yaxındadır, sadəcə olaraq yenidən səs vermək və bir az da səbr etmək lazımdır”.


Politoloq həmçinin qeyd edib ki, bu 3 ölkənin siyasəti reallıqdan tamamilə fərqlidir. 


“Yumşaq desək, Avropa İttifaqına hansı sərhədlərin içərisindən daxil olmağın planlaşdırıldığı tam aydın deyil.

Çoxmərhələli giriş prosedurunun özü mürəkkəbdir və istənilən mərhələdə bloklana bilər. Nəticədə isə Aİ-nin bütün 27 dövlətinin parlamentlərində üzvlük sazişini ratifikasiya etmək lazım gələcək.

Avropa İttifaqının özü də hazırda  yaxşı vəziyyətdə deyil. Avropa enerji bazasını kəskin şəkildə sarsılıb. Bahalı enerji ilə yeni vəziyyətə ağrılı uyğunlaşma uzanacaq”.


Politoloq son olaraq vurğulayır ki,  prezident Zurabişvilinin üç ölkənin birdən-birə Avropa bolluğuna qaçması ilə bağlı proqnozu həddindən artıq optimistdir:


“Çox güman ki, Aİ siyasi səbəblərdən önəmli olan Balkanların inteqrasiyasını başa çatdırmağa və orada uzun müddət dayanmağa çalışacaq. Gürcüstan, Ukrayna və Moldova siyasətçiləri isə ziddiyyətli geosiyasi oyunlarda həddindən artıq iştirakdan çəkinməklə öz ölkələrinin müstəqil inkişafına daha çox diqqət yetirməlidirlər”.


Politoloq Tural İsmayılov isə düşünür ki, nə Gürcüstan nə də Ukrayna Avropa İttifaqına qəbul edilməyəcək:

8jpg-1685355799.jpg
“Faktiki olaraq Gürcüstan, Ukrayna və Moldovanın Qərb strukturlarına inteqrasiya olması qeyri-real görsənir.

Çünki Qərb dairələri bütövlükdə Avropa imperyalizminin təhlükəli senarisini davam etdirirlər. Ölkələri maksimum və mümkün olduğu qədər anti-Rusiya siyasətinə sürükləyərək verdiyi vədləri yerinə yetirmirlər.

Qərb 2008-ci ildə Gürcüstanda başlatdığı ssenarini Maydan planı ilə Ukraynada kuliminasiya nöqtəsinə çatdırdı.

Hazırda  Avropa və ABŞ Moldovada Dnestryanı, Ukraynada Donetsk və Luqansk, Gürcüstanda isə Cənubi Osetiya və Abxaziya kimi münaqişəli əraziləri bəhanə edərək onları Rusiya kimi geosiyasi güc ilə üz-üzə qoyur.

Əlavə olaraq onlar bu regionlarda Rusiyanın agresivləşməyinə səbəb olurlar.

Avropa İttifaqının və NATO-nun Şərqə doğru həm intensiv, həm də ekstensiv olaraq genişləməsinin  bu cür nəticələr doğurmasını təxmin etmək çətin deyildir”. 


Politoloq qeyd edib ki, nə Gürcüstan, nə də Ukrayna Avropa İttifaqına qəbul edilməyəcək: 


“Gürcüstan prezidenti Zurabaşvilinin Aİ-ə qatılmaq kimi ifadələr işlətməsi sadəcə əhali üzərində ümumi informasiya fonu yaradaraq siyasi taktikaya əsaslanır.

Lakin baş verənlər onu göstərir ki, Qərb ölkələri belə məqamlarda Rusiya ilə açıq şəkildə konferentasiyaya getmək istəmir.

Gürcüstan, Ukrayna və Moldova kimi postsovet ölkələrin başqalarının əli ilə Qərb strukturlarına yönləndirilməsi və Avropa İttifaqı üzvü kimi göstərilməsi regional sülhə zərər yetirir və Rusiyanı daha da aqresivləşdirir.

Digər tərəfdən real baxsaq Avropa ölkələrinin enerji təhlükəsizliyinin  70 faizi Moskvadan asılıdır.

Hazırda Avropanın Rusiyadan  asılılığı varkən ona qarşı bu ölkələrdən istifadə edərək bu cür addımlar atması doğru siyasət deyil”.


Xəyal Ramiz

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı