“Qazilər üçün olan reabilitasiya mərkəzlərində kadr çatışmazlığı var” - MÜNASİBƏT

Müsahibələr 16:15 14.11.2023

Xəbər verdiyimiz kimi, Milli Məclisin plenar iclasında deputat Musa Quliyev bildirib ki, müharibədən sonra travma alan qazilərin müalicəsi üçün reabilitasiya mərkəzlərinin açılmasına ehtiyyac var.

Qeyd edək ki, II Qarabağ müharibəsindən sonra bir çox klinikalarda reabilitasiya sahələrinin genişləndirilməsi və psixoloji sağlamlıqla bağlı  qazilər üçün əlavə yardım və müalicə kursları təşkil olunur. 

Azərbaycanda həqiqətənmi reabilitasiya mərkəzlərinə ehtiyyac var?


Bu cür müalicəvi mərkəzlərin yaradılması üçün lazımi kadrlar mövcuddur?

Məsələ ilə bağlı psixoloq Gülnar Orucova Ednews-a açıqlamasında bildirib ki, Azərbaycanda qazilər üçün hər bir nüansı qarşılayan reabilitasiya mərkəzləri yoxdur:

“44 günlük müharibədən sonra qazilərlə birgə bir çox insanlarda  travma yaranıb.

Başlıca olaraq şəhid analarını, şəhid ailələrini müharibə veteranlarını və qaziləri misal çəksək daha doğru olar.

Gəncə, Bərdə kimi münaqişədən kənar olan bölgələrdə sivil vətəndaşlarımız müharibənin fəsadlarından psixoloji olaraq əziyyət çəkir. Azərbaycanda psixi sağlamlıq və reabilitasiya mərkəzləri var lakin ümumi fəaliyyət göstərir.

Hazırda ölkədə müharibə iştirakçıları və qazilər üçün kompleksli olaraq mərkəz yoxdur.

Əlavə olaraq həm də kadr çatışmazlığı var. Məsələn bir qazinin psixoloji müalicə almaq üçün lazımi olan seans sayı 8-10 arasıdır.

Bunu da qarşılayacaq mütəxəssis sayı çox azdır. Ona görə dövlət tərəfindən açılaraq maliyələşdirilən reabilitisiya mərkəzlərinə ehtiyyac var”. 

Psixoloq qeyd edib ki, mərkəzlərin yaradılması kifayət etmir:

“Sosial şəbəkələrdə, cəmiyyətdə bir çox qazinin psixoloji olaraq sağlam olmadığını görürük.

Özünə qəsd,intihar, nevroloji pozğunluqlar və s. kimi ciddi problemlər var. Bunları aradan qaldırmaq üçün təkcə reabilitasiya mərkəzlərinin açılması kifayət etmir.

Çünki orada 3 aylıq kursu bitirənlər yox baza təhsili olan universitet psixologiyasını bitirən ixtisas sahiblərini yığmaq lazımdır. Nəyə görə Azərbaycanda qazilərə xidmət üçün Türkiyədən mütəxəssislər gəlməlidir.

Savadlı kadrların təşkil olunması reabilitasiya mərkəzinin yaradılması qədər əsas prioritet olmalıdır. Həmçinin hazır ki dövrdə psixologiya sahəsində demək olar ki, 90 faiz qadın işçilərdir. Bununla bağlı kişi psixoloqlarda yetişdirilməlidir”. 

Azərbaycanda Minazadan Zərəçəkənlərin Asossosiyası İctimai Birliyinin sədri Rey Kərimoğlu və Qarabağ Qaziləri Birliyi deputat Musa Quliyevin təklifini yüksək qiymətləndirib:

“Ankarada qazilər və xüsusi insanlar üçün böyük bir mərkəz fəaliyyət göstərir.

Yəni ixtisaslaşmış bir tibb mərkəzidir. Təbii ki, bizdə istərdik ki, Azərbaycanda da bunun kimi reabilitasiya mərkəzi açılsın.

Doğrudur qazilər üçün Azərbaycanda bir çox reabilitasiya mərkəzləri mövcuddur.

Lakin xüsusi olaraq ixtisaslaşmış bir reabilitasiya mərkəzinin olması psixoloji vəziyyəti yaxşı olmayan, nevroloji problemləri olan  müharibə iştirakçıların üçün böyük əhəmiyyət kəsb edir”.

Xəyal Ramiz

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı