Kamran Əsədov: “İbtidai sinifin dərs materialları həddən artıq çətindir”

Müsahibələr 14:00 17.11.2023

Azərbaycanda valideynlər öz övladlarının təhsili haqqında olduqca tez maraqlanmağa məcbur olurlar. Dəyişən dünya təhsil sistemi və buna ataptasiya olmaq zərurəti yenə də gənclərin potensialını artırmır. Əksinə onların şəxsi inkişafına zərər yetirir.

Azərbaycanda məktəbəqədər hazırlıqların sayının sürətlə artması gənclərin elm və sosial həyatına necə təsir edir?
Mövzu ilə bağlı Ednews-a danışan təhsil eksperti Kamran Əsədov orta təhsil müəssisələrinin məktəbəqədər hazırlıqlara ev sahibliyi etməsini dövrün tələbləri ilə əlaqələndirdi:

“Azərbaycanda 4432 orta təhsil müəssisəsi var ki, bunların 2900-da məktəbəqədər hazırlıq keçirilir. Bunun əhəmiyyəti ondan ibarətdir ki, azyaşlılar məktəbə başlayanda fiziki və psixoloji olaraq hazırlıqlı olsunlar. İbtidai siniflərə azyaşlıların adaptasiya ola bilməməsi və onların ilkin biliklərə yiyələnməsində problemlər yaşaması çoxdan porblemdir. Bundan əlavə, bizim təhsil sistemində ən böyük çatışmazlıq uşaqların məktəbdə təhsildən əlavə sosial fəaliyyətlərin olmamasıdır”. 
Ekpsert qeyd etdi ki, faktiki olaraq 4-6 yaşlar arasındakı gənclərin elmə yiyələndirməyə çalışmaq onlara xeyirdən çox zərər verir:

“Bu gün valideynlərin uşaqlarını məktəbəqədər hazırlıqlara cəlb etməsinin səbəbi ibtidai sinifin dərs materiallarının azyaşlılar üçün həddən artıq çətin olmasıdır. Dərsliklərdə lazımından artıq məlumatın yerləşdirilməsi valideynləri təlaşa salır və onlar məcburi olaraq övladlarını hələ məktəbə başlamamış əlavə kurslara göndərirlər. Misal üçün əvvəllər birinci siniflər sentyabrda əlifbaya başlayır, may ayında isə bitirirdilər. Lakin, hazırda əlifbaya sentyabrda başlanılır və oktyabrda tədris bitir. Birinci sinifin növbəti aylarında isə, artıq azad cümlə qurmaq və çoxlu söz bazasına sahib olmaq zərurəti vardır. Təbii ki, bu müasir dövrün tələbidir və dünyanın digər ölkələrində həyata keçirilən metodlar ölkəmizdə də sınaqdan keçirilir”.

Bu vəziyyət azyaşlıların sosial həyatında nə kimi dəyişikliklərə yol açır sualına ekspert uşaqların həddən artıq məsuliyyətə cəlb olunması onların özünə qapanıq olmasına şərait yaradır deyə cavablandırdı.

“Azyaşlıların sosial-psixoloji cəhətdən sağlam olması onların gələcəkdə cəmiyyətə uyğun bir vətəndaş olmasına gətirib çıxarır. Erkən yaşlardan uşaqların elmi informasiyalarla təzyiq altına salınması onların çiyinlərində yersiz bir məsuliyyət hissi yaradır ki, bu da onların özünəqapanıq olmasına təkan verir. Buna görə də, uşaqların sosial və fiziki cəhətdən aktiv olmalarına xüsusi diqqət yetirmək zəruridir”.

Fərid Axund

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Hamısı