“Bu şəxslərin sürücülük vəsiqəsi ləğv edilməlidir...” - Ekspertdən TƏKLİF

Müsahibələr 14:15 20.11.2023

“Azərbaycanda sürücələrin sürücülük bacarığı çox zəifdir və yol hərəkəti qaydalarını bilməyənlərin sayı həddindən artıq çoxdur”. 
Bu fikirləri nəqliyyat eksperti Eldəniz Cəfərov Ednesw-a açıqlamasında bildirib.


Daha sonra o qeyd edib ki, başlıca səbəblər arasında sürücü səhvləri, yolların və nəqliyyat nöqtələrinin infrastruktur problemləri, sürət nəzarəti pozuntuları, alkoqol və digər narkotik müxtəlifliklər, ilkin sürücü təhsili, və təhlükəsizlik tədbirlərinin yerinə yetirilməməsi sayıla bilər:


“Nəqliyyat qəzalarının qarşısını almaq üçün ilk öncə ibtidaidən başlamaq lazımdır.

Sürücülük kursları  bu gün formal xarakterli fəaliyyət göstərməməlidir. Biz bilirik ki, sürücülük kursları əsasən Bakı, Gəncə və Sumqayıt kimi şəhərlərdə normala yaxın fəaliyyət göstərir.

Digər regionlarda isə bu formaldır. Sürücülük kursu təşkil edənlərin belə doğru-düzgün sürücülüklə bağlı bacarıqları yoxdur. Baş verən qəzaların birincisi, yol hərəkəti qaydalarının bilərəkdən pozulmasıdır.

Sürət həddini aşan, manevr qaydalarını pozan, dönmə əməliyyatı edən zaman dönmə işıqlarını yandırmayan  sürücülərlə kəskin mübarizə aparmaq lazımdır. Hazırda bizdə  bu mübarizə yalnız cərimə şəklindədir.

Tənbeh kimi yalnız cərimə əsas olunur.

Düşünürəm ki, cərimə və sürücülük vəsiqəsinə stop qoyulmaqla yanaşı qəza törədən şəxslərə maarifləndirmə keçirilməlidir.

Maarifləndirmə deyərkən yalnız kurslarda və ya instutlarda göstərilən tədbirləri nəzərdə tutmuram”. 


Ekspert əlavə olaraq qeyd edib ki,müvafiq orqanlar dəfələrlə eyni qaydanı pozan fərdlərlər ciddi şəkildə məşğul olmalıdır:
“Əsasən  sürət həddini bilərəkdən aşanlar,təxminən 21 km-dən çox sürət həddini qorumayanlar, manevr xəttlərini dəfələrlə pozanlar və s. Bu şəxslərin sürücülük vəsiqələri ləğv edilməlidir.

Daha sonra yol infrasturklarının yenilənməsi və müasir standartlara cavab verməsi üzərində işlərin aparılması əsas məsələlərdən biridir. Mən şəxsən Azərbaycanda yolların  sürət həddinin endirilməsini dəstəkləyirəm Bakı şəhəri çərçivəsində bəzi küçələrdə sürət həddi endirilib.

Ümumiyyətlə qəza ocağı olan ərazilərdə sürət həddi endirilməlidir. Daha sonra tunellərin işıqlandırılması bağlı işlər görülməlidir. Sadalanan bu qaydalara əməl olunsa avtomobil qəzalarının statistikası ciddi şəkildə enə bilər”. 


Xəyal Ramiz

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı