"ABŞ, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin təmin edilməsində qərəzsiz rol oynamaq fürsətini əldən verib" - Amerikalı eksperti

Müsahibələr 15:45 20.11.2023

"ABŞ, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin təmin edilməsində qərəzsiz rol oynamaq fürsətini əldən verib"

Bu sözləri Ednews – a açıqlamasında siyasi ekspert, Azərbaycan - ABŞ İqtisadiyyat və Təhsil Şurasının baş direktoru və təsisçisi, BAMF-ın ABŞ-dakı nümayəndəsi Piter Teys söyləyib. Onun fikirlərinə görə Ceyms O'Brayen - in son çıxışları Vaşintqtonun Azərbaycan və Avropa dövlətləri ilə sahib olduğu əlaqələrə zərər verir.

"ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen, Cənubi Qafqaz regionunda tam miqyaslı silahlı münaqişəyə təkan verən, Azərbaycan və Avropadakı digər dövlətlərin iqtisadi əməkdaşlığına və rifahına zərər verən bir davranış nümayiş etdirir. Bayden - Harris Administrasiyası Yaxın Şərqdə və Cənub-Qərbi Asiyanın bəzi bölgələrində terror təşkilatlarını cəsarətləndirməkdə davam edir və bu kontekstdə Vaşinqton “böyük Ermənistan”a nail olmaq üçün öz iyrənc məqsədlərini həyata keçirməyə can atan erməni şər əməllərini dəstəkləməkdən utanmır". 

O, əlavə edərək:

"Vaşinqtondakı erməni lobbi təşkilatları informasiya müharibəsində bütün əxlaqsızlıq və çirkin təcrübələrdən istifadə edərək, Ceyms O'Brayen kimi rəsmilərdən istifadə edərək yalan məlumatlar əsasında Ermənistanın xeyrinə bəyanatlar verməyə inandırırlar. Dövlət Departamentində Sanksiya Siyasətinin rəhbəri kimi, cənab O'Brayen, Şərqi Avropada müharibə aparan ölkələrin ərazi bütövlüyünün xeyrinə və sanksiyalar vasitəsilə İslam Dövləti terrorçularının yayılmasının qarşısını almaq naminə nəzərəçarpacaq nəticələrə nail ola bilməyib", - deyib. 

Ekspert bu cür çıxışların regionda ABŞ - ın mövqeyinə xələl gətirəcəyini də söyləyib:

"Düşünürəm ki, heç bir xalq ermənilər kimi özünün iqtisadi və siyasi rifahının yüksəlməsinə şərait yarada biləcək belə bir sülh fürsətindən imtina etsin. Azərbaycan Respublikası dərin məqsədyönlü diplomatiya həyata keçirib. Ağ Ev və Avropa İttifaqı Avrasiya dövlətlərinin iqtisadi inteqrasiyasına böyük fayda verəcək Zəngəzur dəhlizinə nail olmaq üçün Bakının çox haqlı tələbinə dəfələrlə məhəl qoymayıb. Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin təmin edilməsində qərəzsiz rol oynamaq fürsətini əldən verib, hər şeydən əvvəl hazırkı administrasiya Azərbaycan xalqının çoxsaylı fədakarlıqları ilə əldə etdiyi təhlükəsizlik vəziyyətinə qarşı anlaşılmaz ritorikası ilə zərər vurur". 

"Bəs son günlərdə Bakı və Tehran arasında münasibətlərin bərpası ABŞ - ın bu cür mövqe tutmasına səbəb olmuş ola bilərmi?", sualına ekspert cavab olaraq, Vaşinqton bu prosesləri qınamaq əvəzinə əksinə alqışamalı idi söyləyib.

"Bakı ilə Tehran arasında münasibətlərin normallaşması ABŞ Dövlət Departamenti tərəfindən pislənmək yerinə əksində alqışlanmalı idi. Belə ki, İranla münasibətlərin bərpasına eyni ofisə milyardlarla ABŞ dollarının ayrılması, Tehran hökumətinə sərf etməsinə şərait yaradıb. Bakıya – Tehran münasibətlərinin normallaşmasına qarşı çıxmaq Vaşinqton üçün olduqca yersizdir.

Dövlət katibinin köməkçisi O’Brayen Vaşinqton, Azərbaycan və Türkiyə arasında mövcud Avropa tərəfdaşları arasında praqmatik ikitərəfli ittifaqlar mədəniyyətinə xələl gətirmək üçün mümkün olan hər şeyi edir. Erməni təcavüzkar revanşizmini kor-koranə müdafiə edən cənab O'Brayen və ABŞ Konqresinin üzvləri başa düşmürlər ki, biz, qanun aliliyinin aşağı düşdüyü, qlobal miqyasda texnoloji mürəkkəbliyin hökm sürdüyü və Çinin potensial supergüc kimi meydana çıxdığı bir II Soyuq Müharibə şəraitində yaşayırıq. Ələxsus belə şəraitdə Vaşinqtona lazım olan isə Azərbaycan, Türkiyə və ümumi olaraq Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığın sıx olmasına çalışmaq olmalıdır".

Əkbər Novruz

 

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Türkiyədə zəlzələ baş verib
16:53 02.07.2025
Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib
16:38 02.07.2025
Azərbaycanlı boksçu Dünya Kubokunda yarımfinala yüksəldi
16:23 02.07.2025
Avronun bahalaşması nələrə səbəb ola bilər?
15:15 02.07.2025
Milli Məclis saxta xəbərlərə qarşı hüquqi mexanizm yaradacaq
15:00 02.07.2025
Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq
14:45 02.07.2025
Yaponiyada hələ də atom bombası qurbanları yaşayır
14:30 02.07.2025
Hamısı