Qərb Putini devirməyə çalışır? - Rusiyalı ekspertdən AÇIQLAMA

Müsahibələr 17:15 01.12.2023

Kommunist Partiyasının lideri Gennadi Zyuqanov bildirib ki, “Məndə olan məlumata görə, Federasiya Şurası dekabrın 13-də prezident seçkiləri kampaniyasının başladığını rəsmən elan edəcək”. 

Seçki qanunvericiliyinə görə, Rusiya Federasiyasında prezident seçkiləri 2024-cü ilin mart ayının ortalarında keçirilməlidir. 

Rusiya seçkilərinə gün keçdikcə yaxınlaşırıq. Bəs Qərb Putini devirməyə çalışacaqmı? Rusiyada inqilab təhlükəsi var, yoxsa dinc seçkilər olacaq? Yeri gəlmişkən, Rusiya liderinin imzaladığı sənəddə o, Mərkəzi Seçki Komissiyasına seçkiləri təxirə salmaq səlahiyyəti verib. Bu o deməkdir ki, gələn il seçki olmaya bilər.

Rusiyalı ekspert Vitali Arkov Ednews – a verdiyi açıqlamasında hələlik bununla bağlı rəsmi xəbər olmadığını və Rusiyada Putin - ə rəqib olmadığını deyib:

1688993302_1688991972_0001.jpg

“Rusiyada prezident seçkiləri hələ rəsmi olaraq elan edilməyib. Bu il Rusiya Konstitusiyasının 30-cu ildönümüdür və mən istisna etməzdim ki, mühüm qərar 12 dekabr 2023-cü ilə təsadüf edəcək. Rusiyada prezident seçkilərinin böyük ehtimalla qrafikə uyğun, namizədlərin aşkarlanması, ölkə daxilində vəziyyətin nəzarəti çərçivəsində aparılır. Kremldə bir sıra hadisələr pərdəarxası xarakter daşıyır və ictimaiyyətə açıqlanmır. Həqiqətən də, Rusiya vətəndaşlarının böyük əksəriyyəti dərk edir ki, bu gün siyasi arenada Vladimir Putin-lə müqayisə oluna bilənəcək heç kim yoxdur. Bəli, parlaq siyasətçilər, güclü hökumət rəhbərləri var, lakin onların əksəriyyəti “Ay” kimidir, onun parlaqlığı öz parıltısından deyil, Günəşdən gələn işığın əks olunmasından qaynaqlanır. Müasir Rusiya siyasətində də həqiqətən belədir”.

Ekspert hesab edir ki, Qərb Putinə qarşı heç nə edə bilməz və onun tətbiq etməyə çalışdığı sanksiyalar da buna nümunədir.

“Hazırda heç misli görülməmiş səviyyədə bir “Kollektiv Qərb” ilə üz – üzəyik. Soyuq Müharibədəki Qərb ilə arasında qat – qat fərq var. Qərbin məqsədlərindən biri də Rusiya rəhbərliyini ABŞ və onun peykləri üçün faydalı istiqamətdə dəyişməkdir. Lakin bu, praktiki olaraq qeyri-mümkün görünür. Vladimir Putin artıq yaşlandığını görür və anlayır. Ona görə də, o, öz siyasi kursunu Rusiyada var etmək üçün öz postunu etibarlı əllərə buraxacaq. Putin Rusiyanın artıq ümumilli lideridir. Xalqını onu hər zaman dəstəkləyəcək. Ortastatistik rus xalqını qətiyyən sadəlövh, məlumatsız bilməyin. Onlar Qərbin bu ölkəyə etmək istədiklərini görürlər. 

ABŞ və onun əlaltılarının Rusiyanı blokadaya almaq və məğlub etmək planları tam fiasko idi. Rusiya təcrid olunmuş vəziyyətdə deyil. Əksinə, Rusiya öndədir, o, ədalət əsasında qlobalizmin yenidən başlamasının, çoxqütblü dünya, bərabər imkanlar cəmiyyətinin tərəfdarı olan çoxluğun liderlərindən biridir".

Əkbər Novruz

Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

500-dən çox quş növü məhv ola bilər
00:14 01.07.2025
"Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm"
23:59 30.06.2025
Ürək sağlamlığı üçün Gündə bir ovuc qoz ye
23:40 30.06.2025
Fransa polisi mülki şəxsləri öldürür
23:25 30.06.2025
Rusiyanın növbəti hədəfi Odessadır
23:13 30.06.2025
Bu qidalar iltihabı azaldır
22:54 30.06.2025
"ABŞ İrana milyardlarla dollar köçürüb"
22:39 30.06.2025
PKK-nın silahlarını təhvil verəcəyi tarix məlum oldu
22:27 30.06.2025
Uitkoff İranla müzakirələri davam etdirir
22:12 30.06.2025
Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir?
21:15 30.06.2025
Gündə bir alma yemək bu xəstəliklərdən qoruyur
21:06 30.06.2025
İTV Kənan MM-in iddialarına cavab verdi
20:51 30.06.2025
Paşinyan kilsəni zərərsizləşdirə biləcək?
20:36 30.06.2025
Aralıq dənizində Rusiyadan bir milyon barel neft daşıyan gəmi partlayıb
20:19 30.06.2025
Vinçenzo Montellanın müqaviləsi uzadıldı
20:04 30.06.2025
Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı paylaşım edib
19:49 30.06.2025
"Android" smartfonlarında "casus antenalara" qarşı qoruma funksiyası olacaq
19:34 30.06.2025
Paşinyan "xarici agentlər" haqqında qanun təklif etdi
19:19 30.06.2025
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində nə gəzir?
19:04 30.06.2025
Danimarkalı qadınlar orduya püşkatma ilə çağırılacaq
18:49 30.06.2025
Almaniyanın Ukraynaya maliyyə yardımı büdcəsindən 1 milyard avro "yoxa çıxıb"
18:34 30.06.2025
İran Ukraynaya nota verdi
18:19 30.06.2025
Tramp Suriyaya qarşı sanksiyaların yumşaldılması haqqında fərman imzalayacaq
18:04 30.06.2025
DİN "Sputnik Azərbaycan"da keçirilən əməliyyatla bağlı açıqlama verdi
17:55 30.06.2025
Bəylər Eyyubov vəzifəsindən azad edildi
17:39 30.06.2025
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
17:24 30.06.2025
Simonyandan Paşinyan haqqında danışdı: - “Antixristin kiçik barmağıdır”
17:09 30.06.2025
Peskov Azərbaycan XİN-in etirazına reaksiya verdi
16:54 30.06.2025
Avrasiya İttifaqı Özbəkistana “qarmaq” atır
16:39 30.06.2025
"Azərbaycanlıların Rusiyada öldürülməsi kök salmış şovinizmin təzahürüdür"
16:21 30.06.2025
Daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib
16:06 30.06.2025
İran ABŞ-dən zəmanət tələb edir
15:51 30.06.2025
Rusiya FTX-nin "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanıldı
15:36 30.06.2025
İranda "Starlink" istifadəçiləri şallaqlana bilərlər
15:21 30.06.2025
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
15:08 30.06.2025
Metsamor Cənubi Qafqazı Çernobilə çevirə bilər
14:53 30.06.2025
Səfərov qardaşlarının nəşi təhvil verildi
14:41 30.06.2025
Mirzoyan Lavrova elə öz sözləri ilə cavab verdi
14:38 30.06.2025
Rusiyada azərbaycanlıların cinayət işi Mərkəzi İstintaq Komitəsinə tapşırıldı
14:24 30.06.2025
"Sputnik Azərbaycan"da əməliyyat keçirilib
13:40 30.06.2025
Hamısı