“Bir kəmər, bir yol” uğrunda mübarizə qızışır

Müsahibələr 13:50 05.12.2023

Ednews olaylar.az nəşrinə istinadən xəbər verir ki, Yunus Oğuz Post Vaşinqton qəzetenin qərəzliyi haqqında fikirlərini bilidirib:

Yunus Oğuz: "Post Vaşinqton"un arxasında kim dayanır?

"Söhbət "Vaşinqton Post" qəzetinin nə yazmasından yox, onun arxasında kimin dayanmasından gedir. Hesab edirəm ki, bu yazı hazırda cərəyan edən maraqlı proseslərin nəticəsidir. Belə ki, Amerika Zəngəzur dəhlizində birbaşa oturmaq istəyir. Təkcə Azərbaycanda deyil, eləcə də Orta Asiyada enerji resurslarına sahib olmağa çalışır. Çox təəssüf ki, bunu Azərbaycanın əli ilə etmək niyyətindədir". Bunu "Olaylar" qəzeti və eyni adlı  informasiya Agentliyinin baş redaktoru, siyasi şərhçi Yunus Oğuz deyib. Bildirib ki, hazırda  "Bir kəmər, bir yol" uğrunda savaş gedir: "Fikir vermisinizsə, Çin rəsmisi elan elədi ki, "Bir kəmər, bir yol"un Azərbaycan ərazisindən keçməsi daha məqbuldur. Hazırda bu layihə uğrunda mübarizə gedir. Məlum olduğu kimi bu yol Zəngəzur dəhlizindən keçir. Ona görə də Azərbaycana qarşı təzyiqlər artır. Birləşmirş Ərəb Əmirliklərində ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə görüşərək məhz bu məsələləri müzakirə edib. Əsas odur ki, "Bir kəmər, bir yol" Orta Asiyadan gələrək Zəngəzurdan keçmək şərtilə Qərbə çıxır. Məsələ orasındadır ki, Azərbaycan onların şərtləri ilə razılaşmır. Orta Asiya Azərbaycan üçün hazırda ən önəmli rol oynayır ki, bütün enerji resursları oradan yönəlsin. Təsadüfi deyil ki, prezident İlham Əliyev bu yaxınlarda keçirilən  Mərkəzi Asiya Sammitinə fəxri qonaq kimi dəvət olunmuşdu. Onlar Azərbaycan Prezidentinin nüfuzunu bilirlər və buna görə də təzyiq gəstərməyə başlayıblar".

 
Y.Oğuz bildirib ki, göstərilən təzyiqlərdə əsas məqsəd onların istədiyini verməkdir: "Azərbaycanın əli ilə Mərkəzi Asiyadan gələrək Avropaya gedən enerji daşıyıcılarına nəzarət etmək istəyi var. Azərbaycan isə regional lider olduğundan bu məsələlərə özü nəzarət etmək istəyir. Ona görə də Amerikanın, Rusiyanın irəli sürdüyü şərtlərlə razı olmur. Bununla Azərbaycan regional liderliyini tam sübut edib. Bu səbəbdən Azərbaycana qarşı böyük təzyiqlər edilir. Bir tərəfdən Blinken zəng edib deyir ki, bunlar hamısı səhv edib, digər tərəfdən isə "Vaşinqton Post"u təzyiq vasitəsi kimi işə salırlar. Məlum olduğu kimi "Vaşinqton Post" demokratların maliyyələşdirdiyi bir qəzetdir. Bununla kifayətlənməyərək vətəndaş cəmiyyətlərinin dili ilə çatdırırlar ki, guya Azərbaycanda demokratiya yoxdur, insan hüquqları pozulur. "Freedom House"nin açıqlamasında da Azərbaycanı sıxmaq elementləri əksini tapmışdı. "Vaşinqton Post"un da, Avropanın da, Fransa və Almaniyanın da rəsmi və qeyri-rəsmi bir dərdi varsa, o da "Bir kəmər, bir yol"a nəzarətə girmək və oradan böyük pay qoparmaqdır. Həm də çalışırlar ki, Rusiya bu dəhlizə minimum həddə daxil olsun. Bununla da Güney Qafqazda Rusiyanın təsiri bitsin".

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan regional oyunçi kimi düzgün siyasət yürüdür: "Heç şübhə də etmirəm ki, gələcəkdə Azərbaycan iqtisadi baxımdan dünyanın ən inkişaf etmiş ölkəsinə çevrilərək "Böyük 20-liyə" daxil olacaq. İndi Azərbaycanın hədəfində odur və ona doğru gedir. Belə halda "Vaşinqtion Post"un nə yazmasından asılı olmayaraq Azərbaycan dövlətinin maraqları nədirsə o da həyata keçiriləcək. Nəzərə almaq lazımdır ki, bu il "Vaşinqton Post"da Azərbaycanla bağlı beş yazı dərc olunub. Təbii ki, Ermənistan kimi iqtisadiyyatı çökmüş, asılı dövlət belə təzyiqlərə dözə bilməz. Ermənistana kiçik bir təzyiq olan kimi Rusiyadan üz döndərdi. O cümlədən, Gürcüstana da təzyiq olan kimi geri çəkilir. Məsələn, Gürcüstan elan etmişdi ki, Rusiya ilə əlaqələri yumşaltmaq lazımdır. Çünki böyük bir ticarət əlaqələri var. Lakin, bir az sıxılan kimi mövqeyindən yayındı.  Göründüyü kimi  bütün davalar "Bir kəmər, bir yol"un üstündədir. Bu isə o deməkdir ki, geosiyasət geoiqtisadiyyata bağlıdır. Çin də daxil olmaqla Mərkəzi Asiya dövlətlərinin yükləri Azərbaycandan kecəcəksə, bu o deməkdir ki, büdcəyə milyardlarla pul gələcək. Burada söhbət təkcə Zəngəzur dəhlizindən getmir, qaz, neft kəmərləri var, yeni enerji daşıyıcıları istehsal olunur. Bir müddətdən sonra Azərbaycan enerji ixrac edəcək ki, bunların hamısı dövlətə böyük vəsaitlər gətirir. Belə ki, ortalığa tort qoyulub, kimsə böyük, kimsə balaca tikə götürmək istəyir. Belə məlum olur ki,  "Vaşinqton Post"un arxasında duranlar da şərtlər irəli sürmək istəyirlər. Təsəvvür edin ki, illər idi ki, Amerikanın Azərbaycanda səfiri təyin olunmurdu, indi təcili səfir təyin olundu. Görüntü ondan ibarətdir ki, kimlər Zəngəzur dəhlizindən pay istəmir? Buna görə Rusiya, Almaniya, Fransa, İran Zəngəzurda konsulluq açmaq istəyini reallaşdırırlar, hələ bir azdan Latın Amerikası ölkələri da prosesə qoşulacaqlar. Hazırda "Vaşinqton Post" bu məsələdə marağı olan oliqarxların müdafiəçisi rolunda çıxış edir. Çox təəssüf ki, həmin oliqarxlar da dövlətin adından çıxış edə bilirlər. "Vaşinqton Post" özbaşına deyil ki, gündə bir yazı yazsın".

Y.Oğuz bildirib ki, Amerika həmişə ikili siyasət aparır: "Ya əvvəl kökə verirlər, sonra qırmanc, ya əvvəl qırmanc verirlər, sonra kökə. Təbii ki, burada erməni lobbisinin də rolunu istisna etmək olmaz. Bütün sadalananlara baxmayaraq düşünürəm ki, Azərbaycan düz yoldadır. Əgər Azərbaycan geri çəkilsəydi, Ermənistan kimi onun da başını sığallayardılar. Azərbaycanın milli, dövlət mənafeyi var, dövlət maraqlarını da heç kimə vermək lazım deyil".

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Təl-Əvivdə hava limanına hücum olub
14:30 06.07.2025
Yaponiyada zəlzələ baş verib
14:00 06.07.2025
Azərbaycanlı güləşçi qızıl medal qazandı
13:30 06.07.2025
İlon Mask yeni siyasi partiyasını elan etdi
13:00 06.07.2025
"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Əsvanda Ptolemey dövrünə aid qəbirlər aşkarlanıb
11:29 06.07.2025
Rusiya Xarkova PUA hücumu həyata keçirib
11:11 06.07.2025
"Almaniya müdafiə olunmalıdır”
10:51 06.07.2025
Almaniya Ukraynaya Patriot sistemi almaq istəyir
10:16 06.07.2025
İsrailin Qəzzaya endirdiyi son hava hücumlarında 78 nəfər ölüb
09:52 06.07.2025
Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Şirkət maşını dərəyə aşıb
08:19 06.07.2025
Aşura günü 2 mindən çox şəxs qan verib
07:47 06.07.2025
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan keçiriləcək
07:13 06.07.2025
Mark Zukerberq Ağ Evdən qovulub
06:38 06.07.2025
Hamısı