“Nə qədər ki, Paşinyan hakimiyyətdədir, sülh sazişi imzalanmayacaq” – Rus politoloqdan SENSASİON AÇIQLAMA – ÖZƏL MÜSAHİBƏ

Müsahibələr 14:01 10.01.2024

Ednews Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru Anton Bredixinlə müsahibəsini təqdim edir:

-    Cənubi Qafqazda sülh prosesinin perspektivlərini necə dəyərləndirirsiniz? 2024-cü ildə Ermənistanla sülh müqaviləsi imzalamaq mümkün olacaqmı?

-    Məncə, nə qədər ki, Nikol Paşinyan Ermənistanın rəhbəridir, Ermənistanla Azərbaycan arasında yekun sazişlərin imzalanması, mümkün olmayacaq. Yalnız hakimiyyət dəyişikliyindən sonra Ermənistanda ən azı müəyyən irəliləyiş əldə oluna bilər. Geridə buraxdığımız ilin bütün fəsillərində proqnozlar verilirdi ki, sülh sazişi üçün addım atılacaq, lakin görürük ki, hələ də ortada heç nə yoxdur.

-    Fransanın Ermənistan vasitəsilə Cənubi Qafqaz regionuna nüfuz etmə ehtimalı nə qədərdir?

-    Təbii ki, Fransa regionda öz təsirini maksimum dərəcədə artırmaq istəyən ölkədir. Düşünürəm ki, o, öz mövqeyini möhkəmlətmək naminə Ermənistandan kənara çıxacaq və güman edirəm ki, o, Gürcüstanın işlərinə daha çox qarışacaq. Və təbii ki, vəziyyəti özü üçün yenidən formalaşdırmağa çalışacaq və regional problemlərin həllinə tək onun qadir olduğunu göstərməyə cəhd edəcək. 

-    Qərb mediasında yazılanlara görə Avropa Şurasının prezidenti Şarl Mişel Avropa Parlamentinə namizədliyini irəli sürəcəyini açıqlayıb. Bu da öz növbəsində Mişelin tezliklə öz vəzifəsini tərk etməli olacağı anlamına gəlir. Onun vəzifəsinə ilkin namizədlərdən biri olan Viktor Orban təyin edilib. Bu cür mövqe dəyişikliyi regionumuza hansı yeni perspektivlər gətirə bilər?

-    Hazırda Avropa Birliyində baş verənlərdən danışsaq, görərik ki, Şarl Mişelin əvəzinə böyük ehtimalla Viktor Orban vəzifəyə gələcək. Lakin belə bir fakt var ki, Viktor Orban həddən artıq rusiyapərəstdir və buna uyğun olaraq onun siyasəti konkret olaraq milli dövlətləri, milli dəyərləri, ənənəvi dəyərləri qoruyub saxlamağa yönəlib. O, Rusiyada qadağan edilən LGBT-yə və ya Avropa cəmiyyəti üçün mövcud olan, normaya çevrilən hər hansı başqa sapmalara dözməyəcək. Ona görə də təbii ki, əvəzində, Aİ ona qarşı  başqa namizədləri irəli çıxarmağa çalışacaq. Çox güman ki, Orban Avropa İttifaqının rəhbəri olmayacaq. 

-    Son olaraq 2023-cü ildə Rusiyanın Cənubi Qafqazdakı siyasətini necə qiymətləndirərdiniz?

-    Rusiya Cənubi Qafqazda öz təsirini, mövcudluğunu, dostluğunu, ilk növbədə İlham Əliyevlə dostluğunu maksimum dərəcədə artıra bildi və buna uyğun olaraq regiondakı hadisələri qiymətləndirdi. Düşünürəm Rusiyanın geridə buraxdığımız ildə regionda sərgilədiyi mövqeni sadəcə müsbət qiymətləndirmək olar. Buna uyğun olaraq biz görürük ki, Rusiya məhz Qərbin bu hücumlarına, Qərbin istəklərinə uğurla müqavimət göstərir, regiondakı mövqeyini qorumağa çalışırdı.

Əkbər Novruz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
BMT Ermənistandakı kilsə-hakimiyyət mübarizəsinə dair açıqlama verdi
19:07 08.07.2025
Hamısı