Rəsmi Tehran hücumlarla dünyaya hansı mesajı ötürür? – Sədrəddin Soltan ilə MÜZAKİRƏ

Müsahibələr 15:30 17.01.2024

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbə endirib.Qeyd olunur ki, hücum Pakistanın İranla həmsərhəd olan Bəlucistan əyalətinə olub. Bu, İranın Pakistan ərazisinə ilk raket hücumudur. Dünən isə İraqın Ərbil şəhərinə hücumlar olub. İran hakimiyyətinin aqressiv və çoxvektorlu hücum planının əsas səbəbi nədir?


Məsələ ilə politoloq Sədrəddin Soltan Ednews-a açıqlaması zamanı bildirib ki, İran İslam İnqilabçıları Keşikçilər Qvardiyası əvvəlcə İrana daha sonra Pakistana zərbələr endirməsi regionda onsuzda gərgin olan vəziyyəti daha da ağırlaşdırır:


“Bu məsələdə Tehranın əsas hədəflərindən biri  regionda HƏMAS-İsrail münaqişəsini yaymaqdır. Çünki Suriya və İraqda Tehran qüvvələri ilə ABŞ arasında davamlı olaraq  müxtəlif istiqamətlərdə atışmalar olur. İran yönlülər ABŞ-nin bazalarına hücumlar təşkil edir, qarşı tərəfdə  İranın iki ölkədə olan mövqelərini bombardman edir. Tehran hakimiyyəti İraq və Pakistan ərazilərini bombalamaqla həm də ABŞ-a  bir ismarıc göndərir. Məsələn MOSSAD-ın  mərkəzinin vurulması məsələsi təsadüfi deyil. İraq ərazisində MOSSAD-ın qərargahı var və İrana qarşı fəaliyyətini həmən ərazidən  yerinə yetirirlər. Əslində İran bununla  İsrailə qarşı həmlə elədiyini  nümayiş etdirir. İran ilə Pakistan sərhədində bəluclar yaşayır və İran bəlucları bundan daima narazıdır. Çünki bəluclar  İranda ən çox hüquqi tapdalanan etnik qrupdur. Ona görə bu ərazilərdə etiraz aksiyaları daha çox artıb. Hətta bunlara məxsus olan  silahlı qruplaşmaların olduğuda iddia olunur. Ona görə Pakistan sərhəd əraziləri bombardman etməsinin bir digər səbəbi də burada yaşayan bəluclara hədələmək ola bilər”. 


Ekspert həmçinin qeyd edib ki, eyni zamanda İran bu ölkələrə hücum etməklə ölkələrin suverenliyini pozur: 
“İran İraqla ötən ilin yayında əldə edilən  təhlükəsizliyə dair razılaşmanı pozub. Habelə 1988-ci il İraq-İran müharibəsindən sonra tərəflər arasında imzalanan təhlükəsizlik və suverenliq müddəalarını pozub. İran hakimiyyəti İraq ərazisində onsuzda fəaliyyət göstərir. İranın İraqa qarşı əlavə olaraq  belə bir aksiya keçirməsi məntiqli deyil. İran bu addımı ilə  həm də Husiləri, HƏMAS-ı və Hizbullahı  zərbələrdən müdafiə edib. Başqa sözlə İran  bu qruplara olan təhdid və zərbərləri özünə çəkib. Digər tərəfdən  İran ilə Əfqanıstan arasında gələcəkdə problem yaşanılması istisna edilmir. Çünki Taliban rejimi ilə İran höküməti arasında bir çox problem həll olunmamış qalır”. 


Xəyal Ramiz

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Türkiyədə zəlzələ baş verib
16:53 02.07.2025
Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib
16:38 02.07.2025
Azərbaycanlı boksçu Dünya Kubokunda yarımfinala yüksəldi
16:23 02.07.2025
Avronun bahalaşması nələrə səbəb ola bilər?
15:15 02.07.2025
Milli Məclis saxta xəbərlərə qarşı hüquqi mexanizm yaradacaq
15:00 02.07.2025
Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq
14:45 02.07.2025
Yaponiyada hələ də atom bombası qurbanları yaşayır
14:30 02.07.2025
Hamısı